Məhkəmə qərarları › İş №3(005)-3613/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3613/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3613/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs Bakı Şəhər Heyvanat Parkının nümayəndəsi və vəkili X2 iştirakı ilə Bakı Şəhər Heyvanat Parkının icraçı direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 13 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhər Heyvanat Parkının icraçı direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 13 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91 və 119-cu maddələrinin tələblərini Bakı Şəhər Heyvanat Parkının pozduğunu iddia edərək onun barəsində 13 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tenbeh vermə haqqında qərar qəbul etmişdir. İnzibati orqan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91 və 119-cu maddələrinə istinad edərək həmin qərarı qəbul etmişdir. Hesab olunur ki, inzibati orqan araşdırma aparmadan, onlardan izahat almadan iş üzrə qeyri-obyektiv və əsassız qərar qəbul etmişdir və bu səbəbdən həmin qərar ləğv edilməlidir. Belə ki, inzibati orqan X6 əlil olduğunu əsas göstərərək Bakı Şəhər Heyvanat Parkı barəsində sözügedən inzibati tenbeh vermə haqqında qərar qəbul etmişdir. X10 Bakı Şəhər Heyvanat Parkına işə qəbul olunarkən tam sağlam olması barədə tibbi arayışı təqdim edərək əlil olduğu barədə heç bir məlumat verməmişdir. İşə qəbul Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemi (EMAS) vasitəsi ilə həyata keçirilir və 2021-ci ildə Emas-da şəxsin əlil olub-olmaması barədə isə məlumatlar əks olunmamışdır. EMAS-da əlillik barədə məlumatlar olmadığı halda, Azər Alıyev isə əlil olduğu barədə məlumatı gizlətdiyi və bu barədə heç bir məlumat vermədiyi səbəbindən Azər Alıyevlə bağlanmış əmək müqaviləsində 8 saatlıq iş rejimini qeyd edilmişdir. X13 tərəfindən əlil olduğu barədə məlumatın gizlədilməsinə səbəb isə X6 əmək qabiliyyətsiz olduğu olmuşdur. Yəni, X10 əlil olaraq əmək qabiliyyətsiz olduğu faktını qəsdən gizlətmişdir, çünki o bilirdi ki, əmək qabiliyyətsiz olduğu onunla əmək müqaviləsinin bağlanmamasına səbəb ola bilər və yaxud əmək fəaliyyətinə başlasa, əlil olaraq müavinət almaqdan məhrum oluna bilər. 2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində işçinin əlil olması barədə məlumatlar əks olunmurdu və Azər Alıyev öz maraqlarını güdərək həmin faktı bizdən gizlətdiyi halda onunla əmək münasibətləri rəsmiləşdirilərkən əlil olduğunun nəzərə alınması qeyri-mümkün olmuşdur. Bakı Şəhər Heyvanat Parkına işə götürülən hər bir şəxs əlil olduğu halda onunla əmək müqaviləsi bağlanarkən həftəlik iş saatı 36, məzuniyyəti isə 42 gün nəzərdə tutulmuşdur. X13 şəxsi maraqlarını güdərək əlil olduğunu bizdən gizlətmiş, əksinə, sağlam olması barədə arayışları təqdim etmiş və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsində həftəlik iş günü 40 saat göstərilmişdir. Məhkəmə iclasında Bakı Şəhər Heyvanat Parkının nümayəndəsi və vəkili X4 Bakı Şəhər Heyvanat Parkının icraçı direktoru X3 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək X10 işə qəbul olarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibbi arayışı təqdim etdiyini bildirmişdir. Həmin tibbi arayışda X6 peşəyə yararlığı haqqında həkim rəyinə əsasən onun praktiki sağlam olduğu qeyd edilmişdir, yəni X6 orqanizmin 61-100 faiz pozulmasına görə müəyyən edilmiş əlilliyi barədə məlumatları olmamışdır. Bakı Şəhər Heyvanat Parkının nümayəndəsi və vəkili X4 məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli 13 noyabr 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.3-cü maddələrii ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 13 noyabr 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, vətəndaş X6 orqanizmin 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91 və 119-cu maddələrinin tələblərini pozulmuşdur. X1 İXM-in 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 700 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl Bakı Şəhər Heyvanat Parkının təqsirli bilindiyi inzibati xətalara dair münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 91.2-ci maddəsinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. 119.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.1.3-cü maddəsinə əsasən bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibbi arayışda X6 peşəyə yararlığı haqqında həkim rəyinə əsasən onun praktiki sağlam olduğu qeyd edilmişdir, yəni X6 orqanizmin 61-100 faiz pozulmasına görə müəyyən edilmiş əlilliyi barədə Bakı Şəhər Heyvanat Parkının məlumatı olmamışdır Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibbi arayışda X6 peşəyə yararlığı haqqında həkim rəyinə əsasən onun praktiki sağlam olduğu qeyd edilmişdir. Həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, X6 orqanizmin 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. O, əmək qabiliyyətsiz hesab olunur. Məhkəmə hesab edir ki, qeyd edilən hallar hüquqi şəxs Bakı Şəhər Heyvanat Parkı barəsində inzibati məsuliyyəti istisna edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in: 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhər Heyvanat Parkının icraçı direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 13 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmalı, qərar ləgv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhər Heyvanat Parkının icraçı direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 13 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar