Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3616/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X2 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: 2_NK № - 21038 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:59-da Sabunçu tibb mərkəzindən tibb bacısı Bünyatova məlumat verərək, Z.Bünyadov pr-də baş vermiş YNH nəticəsində 2004-cü il təv. X2 başın yumşaq toxumalarının əziyi xəsarəti ilə müraciət etməsini bildirdi. Araşdırma zamanı Şəxs izahatında bildirmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə, saat təxminən 18:50 radələrində o etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı ** DG *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu Z.Bünyadov prospekti ilə üzü Çermet körpüsünə düşüb Koroğlu istiqamətinə doğru yolun soldan birinci zolağı ilə saatda 60 km sürətlə hərəkət edərkən onunla eyni istiqamətlə hərəkətdə olan ağ rəngli avtomobilin əyləci sıxdığını görmüş və o avtomobilinin əyləcini sıxsa da, ara məsafəsini saxlaya bilməməyi səbəbindən avtomobilin qabağı ilə həmin avtomobilin arxa hissəsinə toqquşmuşdur. Belə ki, ağ rəngli “Chevrolet Aveo” markalı avtomobil ilk öncə ondan irəlidə dayanmış olan “Toyota Prius” markalı avtomobilin arxa tərəfinə toqquşmuşdur. Hadisə yerinə ilkin olaraq Bakı şəhər DYPİ-nin Zaur Abbasov adlı hadisə üzrə inspektoru gəlmişdir. Xəsarət alanın olub-olmamasını soruşmuş və ona xəsarət alanın olmadığı bildirilmişdir. Bütün sürücülər sənədlərinə ona təqdim etmişlər və onlara bildirmişlər ki, səhər DYPİ-nə gəlib 6-cı otağa yaxınlaşsınlar. Sonradan ona məlum olmuşdur ki, Chevrolet markalı avtomobildə sağ qabaq oturacaqda əyləşmiş sərnişin xəstəxanaya müraciət edib, onun müraciəti onda şübhə doğurur. Həmçinin o hadisə üzrə inspektorun məsləhəti ilə özü gedib sərxoşluq müayinədən keçmiş və ayıq olmağı öz əksini tapmışdır. Araşdırma zamanı X3 izahatında bildirmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə saat təxminən 18:50 radələrində o etibarnamə əsasında idarə etdiyi “Chevrolet Aveo” markalı **-AR-*** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə üzü Çermet körpüsünə düşüb Koroğlu istiqamətinə doğru yolun soldan ikinci zolağı ilə saatda 60 km sürətlə hərəkət edərkən onunla eyni istiqamətlə irəlidə hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin əyləci sıxıb avtomobilini saxlamış və o da əyləci sıxıb avtomobilini saxlamağa çalışmış və avtomobilinin önü ilə həmin avtomobilin arxa buferinə dəymişdir. Zərər elədə çox deyildi. Həmin avtomobilə toxunduqdan təxminən 2-3 saniyə sonra avtomobilinin arxasına bərk zərbə dəymiş və avtomobili təkrar “Toyota Prius” markalı avtomobillə artıq toqquşmuşdur. Onun avtomobili ilə Kia markalı avtomobil toqquşmuşdur. Hadisə yerinə ilkin olaraq Bakı şəhər DYPİ-nin Zaur Abbasov adlı hadisə üzrə inspektoru gəlmişdir. Xəsarət alanın olub-olmaması ondan soruşulmamışdır. Bütün sürücülər sənədlərini ona təqdim etmişlər və onlara səhər DYPİ-nə gəlib 6-cı otağa yaxınlaşmaları bildirilmişdir. Sonradan avtomobilinin sağ qabaq oturacağında əyləşmiş qardaşı X2 özünü pis hiss etmiş və onu Sabunçu xəstəxanasına aparmışdır. Kia markalı avtomobil onun avtomobilinə toqquşan anda qardaşı avtomobilinin ön alın şüşəsinin içəri hissəsinə dəyib nəticədə alnı şişmişdir. Avtomobilini evakuatorla apartmışdır. Araşdırma zamanı X4 izahatında bildirmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə saat təxminən 18:50 radələrində o özünə məxsus, idarə etdiyi “Toyota Prius” markalı **-XL-*** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu Z.Bünyadov prospekti ilə üzü Çermet körpüsünə düşüb Koroğlu istiqamətinə doğru yolun soldan ikinci zolağı ilə saatda 60 km sürətlə hərəkət edərkən qarşıda tıxac olduğundan avtomobilini tam saxlamışdır. Saxladıqdan 2-3 saniyə sonra avtomobilinin arxasına bərk zərbə dəymişdir. Bundan bir iki saniyə sonrada zərbə səsi eşitmişdir, daha sonra isə avtomobilinin arxasına təkrar zərbə olmuş və o xəsarət almamışdır. Avtomobilində tanışlar əyləşmişdir, onlardan da xəsarət alan olmamışdır. Hadisə yerinə ilkin olaraq Bakı şəhər DYPİ-nin Zaur Abbasov adlı hadisə üzrə inspektoru gəlmiş, xəsarət alanın olub-olmaması ondan soruşulmamışdır. Bütün sürücülər sənədlərinə Zaur Abbasova təqdim etmişlər və onlara səhər DYPİ-nə gəlib 6-cı otağa yaxınlaşmaları bildirilmişdir. Avtomobilini sonra sürüb çıxıb getmişdir. Araşdırma zamanı X2 izahatında bildirmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə saat təxminən 18:50 radələrində o qardaşı Şamxal Novruzlunun idarə etdiyi “Chevrolet Aveo” markalı ** AR *** dövlət nömrə nişanlı avtomobildə qabaq sağ oturacaqda əyləşib Nərimanov rayonu Z.Bünyadov prospekti ilə üzü Çermet körpüsündən düşüb düzünə hərəklət edəndə qabağında olan avtomobilə dəymişdir. Bir iki saniyə sonra isə onların avtomobilinin arxasına digər avtomobil toqquşmuş və onun alın nahiyəsi əyləşdiyi avtomaşının ön alın şüşəsinə dəyərək xəsarət almışdır. Sonradan Sabunçu xəstəxanasına yollanmışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 1199 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü X1 almış olduğu xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin qançırı küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3616/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3616/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver