Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-362/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4, X1 və onun vəkili X9, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:30-da ünvan 1 ünvanında "xxxx" MMC-nin rəhbəri Şəxs oğlundan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-2816/14 nömrəli, xx.xx.2014-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə yaranmış 14029 manat borc məbləğini ödəmək təklif olunmuş, lakin borclu ödəniş etməmiş icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2816/14 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X7 ölməsi nəticəsində ailə başçısının itirilməsinə görə xx.xx.2011-ci il təvəllüdlü X8 18 yaşına qədər saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 500 manat məbləğində pul vəsaiti borclu 'Transqeyt" MMC-dan tutularaq X1 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən maddi zərərin əvəzi kimi 3.155 (üç min yüz əlli beş) manat iddiaçı X6 xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat borclu "xxxx" MMC-dən tutulub dövlət büdcəsinə keçiri məlidir. Borclu "xxxx" MMCnin əmlak vəziyyəti yoxlanılarkən onun adına bank hesabları aşkar olunmuş və müxtəlif tarixlərdə bank hesablarına inkasso sərəncamı tətbiq olunmuş, lakin bank hesabları bağlı olduğundan icra sənədləri icra olunmadan geri qaytarılmışdır. Məlum icra sənədləri üzrə borclu "xxxx" MMC -nin rəhbəri Şəxs yaranmış borc öhdəliklərindən heç bir rəsmi ödəniş etməmiş, hazırki tarixə 14029 manat ödənilməmiş borc öhdəliyi qalmışdır. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, "xxxx" MMC şirkəti uzun müddətdir ki, maddi çətinliklər səbəbindən fəaliyyətini dayandırmışdır. Lakin icra sənədləri üzrə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Onu da qeyd etmişdir ki, "xxxx" MMC şirkətinin direktoru vəzifəsində işləmişdir. Lakin "xxxx" MMC-nin şirkətinin təsisçisinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə bu vəzifədən azad edilmişdir. Hazırda "xxxx" MMC-nin direktoru deyildir. Bu səbəbdən də MMC-nin borclarına görə məsuliyyət daşıyan və cavabdeh qismində çıxış edən, inzibati xətanın ubyekti hesab edilən və həmin inzibati xətaya görə məsuliyyət daşımalı olan şəxs deyildir. Bu səbəbdən də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 və onun vəkili X16 bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs artıq neçə ildir ki, qanuni qüvvəyə minmiş qətnamənin icrasından boyun qaçırır. Bu səbəbdən də "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X11 bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs qanuni qüvvəyə minmiş qətnamənin icrasından boyun qaçırır. Bu səbəbdən də "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2816/14 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, X7 ölməsi nəticəsində ailə başçısının itirilməsinə görə xx.xx.2011-ci il təvəllüdlü X8 18 yaşına qədər saxlanılması üçün 18 iyul 2013-cü il tarixdən hesablanmaqla hər ay 500 manat sabit məbləğində pul vəsaitinin borclu 'Transqeyt" MMCdan tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən maddi zərərin əvəzi kimi 3.155 (üç min yüz əlli beş) manatın iddiaçı X6 xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın borclu "xxxx" MMC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.20144-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2816/14 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli İnkaso Sərəncamından görünür ki, "xxxx" MMC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq 3255 (üç min iki yüz əlli beş) manat ödəniş etmişdir. “X23 Azərbaycan” QSC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin “X23 Azərbaycan” QSC-də olan cari hesablaşma hesabları bağlı olduğu üçün inkasso sərəncamları icra olunmadan geri qaytarılmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin bankda açılmış hesabları bağlı olduğu üçün “Nərimanov Rayon Məhkəməsinin 2(005)- 498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə tərtib olunan inkasso sərəncamları icra olunmadan geri qaytarılmışdır. "xxxx" MMC-nin şirkətinin təsisçisinin 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs 23 yanvar 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, X12 23 yanvar 2023-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Əvvəla məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş materiallardan, icra sənədlərində qeyd olunan borc məbləğinin məhz Şəxs "xxxx" MMC-nin rəhbəri olduğu dövrdə yaranması müəyyən edilmir. Hazırki şəraitdə iş üzrə tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs "xxxx" MMC-nin rəhbəri kimi fəaliyyətinə son qoyulmuşdur. Başqa sözlə, Şəxs faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini və ya sahibkarlıq fəaliyyətini həyata keçirmir. Şəxs həmin MMC-də rəhbər funksiyalarını həyata keçirdiyinə, xüsusilə icra sənədlərinin qəbul edildiyi dövrdə bu cür səlahiyyətləri icra etdiyinə dair inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Bunun əksinə olaraq iş materiallarında olan TRANSQEYT” MMC-nin şirkətinin təsisçisinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə Şəxs hazırda "xxxx" MMC-nin direktoru olmadığı öz təsdiqini tapır. Belə olan təqdirdə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab oluna bilməz. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə, hüququn ədalətlilik, təqsirə görə məsuliyyət və təqsirsizlik prezumpsiyası prinsiplərini rəhbər tutaraq qeyd edir ki, fərd ancaq hüquqazidd əməlinə və onun şəxsiyyətə, cəmiyyətə və dövlətə ziyan vuran nəticəsinə müəyyən psixi münasibəti mövcud olduqda məsuliyyət daşıya bilər. Təqsirlə bağlı olmayan, yəni qəsd və ya ehtiyatsızlıqdan törədilməyən əmələ görə məsuliyyət yarana bilməz. Şəxs yol verdiyi əməlin ictimai təhlükəliliyini dərk etməmişdirsə və ya dərk etmək imkanından məhrum edilmişdirsə belə əməl onun üçün məsuliyyət yarada bilməz. Təqsirlə əhatə olunmayan əmələ görə məsuliyyətə cəlb etmə məsuliyyətə alma obyektiv təqsirləndirməyə gətirib çıxarardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2816/14 nömrəli, xx.xx.2014-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı "xxxx" MMC-nin rəhbəri kimi Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xatanın törədilməsində onun təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-362/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-362/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver