Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3634/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası DİN NBPİ X10 Polis İdarəsinin Biləcəri stansiyasında xətt polis şöbəsinin Keşlə stansiyasında xətt polis məntəqəsi məntəqə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN NBPİ X10 Polis İdarəsinin Biləcəri stansiyasında xətt polis şöbəsinin Keşlə stansiyasında xətt polis məntəqəsi məntəqə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. Həmin protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə vətəndaş Şəxs polisin qanuni tələblərinə riayət etmədiyi üçün polis məntəqəsinə dəvət olunmuş, bu zaman polis əməkdaşlarına müqavimət göstərək onların tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Biləcəri stansiyasında xətt polis şöbəsinin Keşlə stansiyasında xətt polis məntəqəsi məntəqə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 21 dekabr 2021-ci il tarixdə təxminən saat 02:00 radələrində o yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmir yolu stansiyasının “A” parkının ərazisində parklanmış vaqonların yanında çoxlu sayda istifadəyə yararsız, tullantı, metallom dəmir parçalarının olduğunu görüb və maddi vəziyyətinin aşağı olduğuna görə qərara gəlib ki, həmin dəmir parçalarını gizli yolla oğurlayıb aparıb hər hansı metal qəbulu məntəqəsinə sataraq pul əldə etsin . Bu məqsədlə həmin dəmir parçalarını yükləmək üçün maşın tapmağına görə “Ziya Bünyadov" körpüsünün yaxınlığına gedib. Orada olan ‘'Qazel" markalı avtomaşının ön şüşəsində olan 070 *** ** ** saylı mobil nömrəyə zəng edib “Qazel” markalı avtomaşını yanına çağırıb. Bir qədər keçdikdən sonra avtomaşının sürücüsü Seyfəddin adlı şəxs “Qazel” markalı avtomaşının yanına gəldi. O ona müəyyən qədər tullantı dəmirimin olduğunu və onu metal qəbulu məntəqəsinə aparmalı olduğunu bildirib. O da ona etiraz etmədi və onlar 30 manata razılaşaraq birlikdə Keşlə dəmir yolu stansiyasının ərazisinə getdiblər. Həmin gün saat 03:25 radələrində o orada olan tullantı dəmir parçalarını “Qazel” markalı avtomaşının yük yerinə atmağa başlamaq istəyərkən onlara tərəf dəmir yolunun mühafizə komandasının əməkdaşının yaxınlaşdığını görüb və əlindəki dəmir parçasını avtomaşına yükləmədən yerə ataraq “Qazel” markalı avtomaşının sürücüsü Seyfəddin adlı şəxsə bildirib ki, təcili buradan gedək. Sonra isə onlar birlikdə “Qazel” markalı avtomaşına əyləşib dərhal hadisə yerindən uzaqlaşıblar. 21 dekabr 2021-ci il tarixdə saat 15:00 radələrində o Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmir yolu stansiyasının ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək oğurluğa cəhd etdiyinə görə onu Keşlə st. X12 dəvət etdilər. O isə tutulacağından qorxduğuna görə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq Polis Məntəqəsinə getməkdən boyun qaçırıb. Bu səbəbdən də polis əməkdaşları onu məcburi qaydada Polis Məntəqəsinə aparıblar. Bir qədər keçdikdən sonra qardaşı X1. X8rşısına gəlib onun Polis Məntəqəsinə gətirilməyinə etiraz olaraq əsəbi halda ünvansız nalayiq küçə ifadələri işlətdiyinə görə polis əməkdaşları onu da Polis Məntəqəsinə dəvət etdilər. Lakin qardaşı Hüseyn də polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə onu da məcburi qaydada Polis Məntəqəsinə gətiriblər. Etdiyi əməli səmimi etiraf edib və bu hərəkətinə görə də üzr istəyib. Sonda qeyd etdiklərini nəzərə alaraq barəsində mümkün qədər yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Biləcəri st. XPŞ-nin Keşlə st. XPM-nin rəisi Etibar Hüseynova ünvanlanmış xx.xx.2021-ci il tarixli raportdan görünür ki, 21 12.2021-ci il tarixdə, saat 03:25 3707 saylı "A" parkının 4-cü yolunda parklanmış tərkibində Gəncə-Keşlə göndərişli 21054136, 21054132 saylı dəmir yol qəiməli 62202353, 62619176 nömrəli yarım vaqonlardan metal məmulatlarının naməlum şəxs(lər) tərəfindən oğurluğa cəhd edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə 15:00 radələrində Biləcəri st. XPŞ-nin, Keşlə st. XPM-nə dəvət olunmuş, Şəxs onlarla birlikdə XPM-nə gəlməsini və oğurluğa cəhd edilməsi ilə əlaqədar olaraq izahat verməsini bildiriblər. Lakin Şəxs polis işçisinin qanuni tələblərinə tabe olmayaraq Keşlə st. XPM-nə getməkdən imtina etdi, o Keşlə st. XPM nin rəisi polis baş leytenantı Etibar Hüseynovla birlikdə həmin şəxsi nizam-intizama dəvət edərək hərəkətlərinə son qoymasını bildirərək polis məntəqəsinə getməsini xahiş etdik, lakin onun bu tələblərə məhəl qoymadığını görərək məcburi qaydada Keşlə st. XPM-nə apariblar. Keşlə st. XPM-də məlum oldu ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Şəxsdur. Biraz keçmiş bir nəfər şəxsin Keşlə st. XPM nin qarşısında, qardaşı Şəxs polis məntəqəsinə gətirilməyinə etiraz olaraq yüksək səslə, ünvansız nalayiq küçə ifadələri işlətdiyini görüb. O, Keşlə st. XPM nin rəisi polis baş leytnentı Etibar Hüseynovla birlikdə, həmin şəxsə yaxınlaşaraq nizam intizama dəvət edərək, nəlayiq ifadələr işlətməməyi və hərəkətlərinə son qoymasını xahiş etdik, lakin adı sonradan bizə məlum olan Hüseyn Vəliyev əsəbi olduğundan əməllərinə son qoymayaraq hərəkətlərini davam etdirirdi. Bundan sonra onlar həmin şəxsi də, ünvansız nalayıq küçə ifadələri işlədərək ictimai qaydanı pozduğuna görə Keşlə st XPM nə dəvət etdiblər. Lakin həmin şəxs polis məntəqəyə gəlməkdən və qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırdı. Bu səbəbdən də, həmin şəxsi də Keşlə st. XPM-nə gətiriblər. Məntəqədə məlum oldu ki, həmin şəxs xx.xx.1991-ci il təvəllüdlü X4r. “İnzibati qaydada tutma haqqında” xx.xx.2021-ci il tarixli Protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirilir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2021-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qanunauyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3634/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3634/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver