Məhkəmə qərarları › İş №3(005)-3635/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3635/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3635/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Biləcəri stansiyasında xətt polis şöbəsinin Keşlə stansiyasında xətt polis məntəqəsi məntəqə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ADY-nin Biləcəri mühafizə xidmətində işləyən, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 31 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN NBPİ X5 Polis İdarəsinin Biləcəri St. X7 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 23 dekabr 2021-ci il tarixdə Biləcəri stansiyasında xətt polis şöbəsinin Keşlə stansiyasında xətt polis məntəqəsi məntəqə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 22 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 22 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs 21.12.2021-ci il tarixdə saat 18:00 radələrində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Biləcəri stansiyasında xətt polis şöbəsinin Keşlə stansiyasında xətt polis məntəqəsi məntəqə rəisi X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 22 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 23 dekabr 2021-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 22 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21.12.2021-ci il tarixdə saat 18:00 radələrində ünvansız söyüşlər söymüşdür. Barəsində inzibati icraat aparılan Şəxs eyni tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 23 dekabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası DİN NBPİ X5 Polis İdarəsinin Biləcəri St. X7 daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Biləcəri stansiyasında xətt polis şöbəsinin Keşlə stansiyasında xətt polis məntəqəsi məntəqə rəisi X4 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə təxminən saat 03:25 radələrində oturub avtomobildə xalası oğlu ilə birlikdə söhbət etdikləri zaman onun yanına Keşlə mühafizə xidmətinin əməkdaşı yaxınlaşıb. Onun nə üçün burda olduğunu soruşduqda o burda xalası oğlunu gözlədiyini bildirib və sonra həmin yeri tərk edib. 21 dekabr 2021-ci il tarixdə saat 16:00 radələrində onu polis məntəqəsinə dəvət ediblər, o da məntəqəyə yaxınlaşanda müharibə iştirakçısı olduğu üçün əsəblərini saxlaya bilməyib nalayıq ifadələr istifadə etdikdə polis ona dur deyib. Onu sonradan polis məntəqəsinə dəvət ediblər. O ora yaxınlaşıb bir müddət onunla söhbət etdikdən sonra onu Biləcəri xətt Polis Şöbəsinə dəvət ediblər. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 21 dekabr 2021-ci il tarixli Protokoldan görünür ki, Şəxs 21 dekabr 2021-ci il il tarixdə saat 21:00 radələrində inzibati qaydada tutulmuşdur. Biləcəri st. XPŞ-nin Keşlə st. XPM-nin rəisi Etibar Hüseynova ünvanlanmış 21.12.2021-ci il tarixli raportdan görünür ki, 21 12.2021-ci il tarixdə, saat 03:25 3707 saylı "A" parkının 4-cü yolunda parklanmış tərkibində Gəncə-Keşlə göndərişli 21054136, 21054132 saylı dəmir yol qəiməli 62202353, 62619176 nömrəli yarım vaqonlardan metal məmulatlarının naməlum şəxs(lər) tərəfindən oğurluğa cəhd edilmişdir. Bununla əlaqədar olaraq 21.12.2021-ci il tarixdə 15:00 radələrində Biləcəri st. XPŞ-nin, Keşlə st. XPM-nə dəvət olunmuş, X2 onlarla birlikdə XPM-nə gəlməsini və oğurluğa cəhd edilməsi ilə əlaqədar olaraq izahat verməsini bildiriblər. Lakin A.Vəliyev polis işçisinin qanuni tələblərinə tabe olmayaraq Keşlə st. XPM-nə getməkdən imtina etdi, o Keşlə st. XPM nin rəisi polis baş leytenantı Etibar Hüseynovla birlikdə həmin şəxsi nizam-intizama dəvət edərək hərəkətlərinə son qoymasını bildirərək polis məntəqəsinə getməsini xahiş etdik, lakin onun bu tələblərə məhəl qoymadığını görərək məcburi qaydada Keşlə st. XPM-nə apariblar. Keşlə st. XPM-də məlum oldu ki, həmin şəxs 19.06.1992-ci il təvəllüdlü X3r. Biraz keçmiş bir nəfər şəxsin Keşlə st. XPM nin qarşısında, qardaşı Ayxan Vəliyevin polis məntəqəsinə gətirilməyinə etiraz olaraq yüksək səslə, ünvansız nalayiq küçə ifadələri işlətdiyini görüb. O, Keşlə st. XPM nin rəisi polis baş leytnentı Etibar Hüseynovla birlikdə, həmin şəxsə yaxınlaşaraq nizam intizama dəvət edərək, nəlayiq ifadələr işlətməməyi və hərəkətlərinə son qoymasını xahiş etdik, lakin adı sonradan bizə məlum olan Şəxs əsəbi olduğundan əməllərinə son qoymayaraq hərəkətlərini davam etdirirdi. Bundan sonra onlar həmin şəxsi də, ünvansız nalayıq küçə ifadələri işlədərək ictimai qaydanı pozduğuna görə Keşlə st XPM nə dəvət etdiblər. Lakin həmin şəxs polis məntəqəyə gəlməkdən və qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırdı. Bu səbəbdən də, həmin şəxsi də Keşlə st. XPM-nə gətiriblər. Məntəqədə məlum oldu ki, həmin şəxs xx.xx.1991-ci il təvəllüdlü Şəxsdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 22 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 150 (bir yüz əlli) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar