Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3638/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X2 və X4 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Protokol Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Mirsaleh Cavadovun rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il arixdə saat 03:20 radələrində o etibarnamə əsasında idarə etdiyi "Toyota Pirus" markalı **-DH-*** dövlət qeydiyyat işanlı avtomobil ilə Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə Təbriz küçəsi istiqamətində sol 1ci zolaqla 20 km saat sürətlə hərəkətdə olarkən Təbriz küçəsi ilə A.Neymətulla küçəsinin kəsişməsindən sola Təbriz küçəsində dönmək istəyən zaman A.Neymətulla küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətində hərəkətdə avtomobilin qarşısına çıxmışdır. Həmin avtomobil onun avtomobilinin sağ yanında olan Toyota Pirus markalı avtomobilinə çırpılmışdır. Hadisə zamanı həmin avtomobilin sürücü və avtomobildə olan sərnişin xəsarət alıdıqları ücün hadisə yerinə gələn TTYS-nın həkimləri onları xəstəxanaya aparmışlar. Baş verən hadisədə o qarşıdan gələn nəqliyyat vasitənin hərəkət istiqamətinə çıxaraq qaydanı pozmağı səbəbindən yol nəqliyyat hadisəsi baş ermişdir. Hadisə baş verən zaman avtomobildə tək olmuşdur. Hadisədən sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə zamanı xəsarət almayıb və MTE-dan keçməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1 №-1196 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:20-də RPİ-nin DYPŞ-nin 266 YPX-nin əməkdaşı məlumat verərək bildirdi ki, A.Nemətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsində YNH baş vermiş və xəsarət alan olduğunu bildirmişdir. HK-2 №-19525 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 04:41-də 1 saylı TTYS-dan Rüstəmov və Sabunçu xəstəxanasından Əfəndiyeva məlumat verərək bildirdi ki, 1991-ci il təvəllüdlü X2 və 1992-ci il təvəllüdlü X4 YNH zamanı xəsarət almasını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:15 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2008-ci il buraxılışlı "Toyota Pirus markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətində 1-ci zolaqla 60 km saat sürətlə hərəkətdə olarkən, A.Neymətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsində A.Neymətulla küçəsindən Təbriz küçəsinə dönmək istəyən Toyota Pirus markalı avtomobil onun hərəkət istiqamətinə çıxaraq o baş yolda olmağını və onu gözləməli olduğu halda onun qarşısından Təbriz küçəsinə dönən zaman o avtomobili saxlaya bilməyib həmin avtomobilin ön hissəsinə çırpılmışdır. Hadisə baş verən zamanı onun avtomobilində qabaq oturacaqda sərnişin olmuşdur. Hadisə baş verən zaman həmin sərnişin və o xəsarət aldıqları ücün hadisə yerinə gələn TTYS vasitəsi ilə onları xəstəxanaya aparmışlar. Hadisə zamanı xəsarət almışdır. Araşdırma zamanı izahatı alınmış X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu Fətəlixan küçəsində Binə sovxoz ərazisinə taksi sifarişi vermiş, Toyota Prius markalı taksi avtomobilli yaxınlaşmış, o qabaq oturacaqda əyləşmiş, həmin avtomobil ilə Ağa Neymətulla küçəsi ilə hərəkət edən zaman Təbriz küçəsinin kəsişməsində Təbriz küçəsinə dönmək istəyən avtomobil onun oturduğu avtomobilin önünə çıxmış və toqquşma baş vermişdir. Hadisə zamanı onun başı avtomobilin ön şüşəsinə dəymiş və xəsarət almışdır. Onunla bərabər avtomobildəki sürücü də xəsarət almışdır. Hadisə yerinə təcili yardım gələrək onları xəstəxanaya aparmışlar, hadisə baş verdikdən sonra hər iki avtomobilin sürücüləri onunla maraqlanmamışlar. Baş vermiş hadisə zamanı xəsarət almış və başına tikiş qoyulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar günahkar sürücü barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 1420 saylı xx.xx.2023-cü il tarixli rəiyndən görünür ki, 1991-ci il təvəllüdlü X1 bədən səthində aşkar edilmiş xəsarətlərqapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş - cırılmış yarası, sağ bazunun qançırı, sağ və sol baldırın sıyrıqları, döş qəfəsinin, sol baldırın və sol budun yumşaq toxumalarının əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına əbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 1385 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Vət.X3 Bakı əhəri 1 saylı TTYS-da qoyulmuş "Döş qəfəsinin əzilməsi diaqnozu obyektiv əlamətləri ilə əsaslandırılmadığına və məhkəmə-tibbi ekspertizası zamanı öz obyektiv əlamətlərini tapmadığına görə onun xəsarət kimi qiymətləndirilməsi mümkün deyil. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3638/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3638/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver