Məhkəmə qərarları › İş №3(005)-3641/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3641/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3641/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs – X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 19 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X4 qarşı xırda talama etmişdir. Bununla da, barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 19 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X6 onun işlədiyi klinikada otağından Şəxs 110 manat dəyərində mobil telefonunu oğurlaması barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəhbərliyinə yazdığı şikayət ərizəsi qeydiyyata alınaraq təhqiqatçı Təyyar Rzaquliyevin icraatına verilmiş, araşdırmanın nəticəsi olaraq 18 noyabr 2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında tərəfindən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs barəsində inzibati xəta haqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən xüsusatları nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Şəxs ona borcu var. Borcunu vermir. Şəxs onun telefonunu oğurlayacağına düşündüyündən bunu görüntüyə almaq üçün iş otağına kamera yerləşdirmişdir. Onun mobil telefonunu Əmrah oğurlamışdır. Otağa yerləşdirdiyi kamerada qeydə alınmış görüntüləri məhkəməyə təqdim edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, oğurluq etməmişdir. Ruhanənin yanına klinikaya tibbi xidmətlər üçün uzun zamandır gedir. Onun Ruhanəyə sadəcə borcu var. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Təyyar Rzaquliyev tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” 18 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyinə dair kifayət qədər sübutlar toplanmamış, İXM-in bir sıra tələbləri pozulmuşdur. Belə ki, İXM-in 8-ci maddəsinə əsasən (Təqsirsizlik prezumpsiyası prinsipi) inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin törədilməsi müəyyən edilməlidir. İXM-in 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə iclasında X6 izahatında Şəxs tərəfindən onun mobil telefonunun oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış X3 araşdırma zamanı irəli sürdüyü dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilir ki, Şəxs X3 fəaliyyət göstərdiyi otağa daxil olur və onlar birlikdə çay içərək söhbətləşirlər. X1 otağından hər hansı bir avadanlıq və ya mobil telefon və digər əşya götürməsi aşkar edilmir. Qeyd edilən xüsusatla bağlı məhkəmə bildirir ki, göründüyü kimi hazırkı halda yalnız zərərçəkmiş şəxsin izahatına əsaslanaraq şəxsin barəsində xırda talamaya dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin X4 məxsus mobil telefonu oğurlamasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda təqdim edilmiş videogörüntüdə də bu fakt öz əksini tapmır. Belə olan halda isə hər hansı bir inzibati xəta hadisəsinin mövcudluğundan söhbət gedə bilməz. Göründüyü kimi hazırki iş üzrə cinayət və ya inzibati xəta hadisəsinin törədilməsi məsələsi araşdırılsa da, əldə edilmiş sübutlara düzgün qiymət verilməmiş, Şəxs barəsində icraat İXM-in prinsiplərinin tələbləri pozulmaqla aparılmış, onun təqsirli olması və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol formal mülahizələrə əsaslanmışdır. Sadalananları, həmçinin İXM-in 53, 84-cü maddələrini rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə sübutlar inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün kifayət etmədiyindən Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 19 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 19 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar