Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3643/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, X2 və onun fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylıinzibati tənbeh vermə haqqında qərarından şikayəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 1 girişli yaşayış binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinin 35.0 kv.m sahəsini icarəyə götürərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Əsas fəaliyyəti qalıcı makyajın qələmlə çəkilməsidir. Fəaliyyət göstərdiyi binada ZED Central klinikası da fəaliyyət göstərir. Aprelmay aylarında prokurorluq əməkdaşları klinikada yoxlama apararkən, onun fəaliyyət göstərdiyi icarə sahəsinə yaxınlaşaraq izahat tələb etdilər ki ,onlar burada həkim kimi fəaliyyət göstərirlər, onlar isə bildirmişdir ki, qələmlə makiyajın həkmliklə heç bir əlaqəsi yoxdur. Qeyd edilən vaxtdan təxminən 6 ay sonra oktyabr ayının əvvəlində Sabunçu rayon icra məmuru Natella xanım zəng vurub bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı əsasında İXM-nin 210.1-cu maddəsinə uyğun olaraq 5000 manat cərimələniblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə etdiyi müraciətə əsasən qeyd edilən qərar ona xx.xx.2024-cü il tarixdə rəsmi olaraq təqdim edilmişdir. İlkin olaraq o, özünü İXM-nin 210.1-cu maddəsi ilə təqsirli bilmir. İXM-in 210.1-cu maddəsi ilə müəyyən olunan Lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmamışdır. Onun fəaliyyəti icarə müqaviləsi ilə təyin edilən sahədə qalıcı makyajın qələmlə çəkilməsidir. Bunun isə tibbi fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın müəyyən etdi hissəsində göstərilir ki, Bakı şəhəri “ZED Centre” adlı obyektdə tibbi ləvazimat aşkar edilmişdir. Şikayətə əlavə etdiyi icarə müqaviləsindən də göründüyü kimi onun qeyd edilən obyektlə heç bir aidiyyəti yoxdur. xx.xx.2024-cü il tarixdə prokuroluq tərəfindən aşkar edilməsi göstərilən bu fakt 1 ay 20 gün sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə yekunlaşır. İnzibati xətalar haqqında işlərə baxılması müddətləri 111.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında iştirak edən X2 və onun fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil şikayəti müdafiə edərək təmin edərək bildirmişdir ki, Vəfa İbrahimzadə heç bir tibbi fəaliyyətlə məşğul olmamışdır, onun göstərdiyi xidmət lisensiyanın alınmasını tələb etmir. Ümumi sertifikat əsasında qaşlara dizayn vermək öyrədilir və həmin işlər də müxtəlif salonlarda həyata keçirilər. Bu xidmət tibbi xidmət hesab olunmur və Səhiyyə Nazirliyinin nümayəndəsi də bu halı təsdiq edən sənədi təqdim edə bilməmişdir. Qanunvericilikdə lisenziya tələb edən sahələrin siyahısı dəqiq göstərilmişdir. Qeyd olunan xidmətin kosmetologiya xidməti olması isə heç bir sənəddə öz təsdiqini tapmır. Göstərilənlərin nəzərə alınmasını və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən bildirilmişdir ki, kosmetoloji sahələrlə bağlı tənzimləyici hər hansı normativ sənəd mövcud deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarından görünür ki, Azərbyacan Respublikası Baş Prokurorluğu xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə qərarına əsasən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu “ZED Centre” adlı obyektdə X2 tərəfindən lisenziya oladan tibbi fəaliyyəti göstərilməsi aşkar edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X1 İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədib törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X1 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3643/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3643/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver