Məhkəmə qərarları › İş №3(005)-3647/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3647/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3647/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs- X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 24 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1194/2021 nömrəli. 19.05.2021-ci il tarixli icra sənədinə əsasən X3 uşaqları 11 iyun 2011-ci il təvəllüdlü X7 və 01 mart 2013-cü il təvəllüdlü X8 ilə həftənin bazar günü saat 10:00-dan saat 15:00-dək, iş günü olmayan 2 (iki) gündən artıq olan bayram günlərində cəmi 1 (bir) gün saat 10:00-dan saat 16:00-dək uşaqlarla ünsiyyətdə olmaq üçün görüş verilməlidir. Məlum icra sənədi 26.07.2021-ci il tarixdə şöbənin icraatında daxil olmuş və tərəfimdən dərhal icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu şəxs uşaqla ünsiyyətə dair icra sənədi üzrə tələbi iltizam alınmasına baxmayaraq müxtəlif bəhanələrlə icra etməmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Borclu şəxs uşaqla ünsiyyətə dair icra sənədi üzrə tələbi iltizam alınmasına baxmayaraq müxtəlif bəhanələrlə icra etməmişdir . Lakin hal-hazırda tələbkarın yazılı ərizəsindən də göründüyü kimi onun Yusif Dadaşova qarşı heç bir şikayət və tələbi yoxdur. İcra sənədi üzrə Y.Dadaşov öz öhdəliklərini yerinə yetirmişdir. Bu səbəbdən iş üzrə qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, İlqar Novruzov tərəfindən qeyd edilən icra vərəqəsi qərəzli şəkildə pozur. Övladları ilə görüşməsinə mane olur. Uşaqlarında ona qarşı soyuqluq yaradır. Övladlarına psixoloji təsir edir. Övladlarının atası ilə qalmasına heç bir etirazı yoxdur lakin bir ana kimi onun da övladlarını görmək hüququ vardır. Təqribən 3 aya yaxındır ki, övladlarını görmürdü. Buna baxmayaraq hazırda Yusif Dadaşov tərəfindən uşaqları ilə görüş hüququ təmin edildiyindən ona qarşı şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Uşaqlarının tərbiyəsində, habelə onların anası ilə ünsiyyətində və ona bağlılıqlarına təsir belə göstərmir. Sadəcə olaraq C. Ağayevanın işlədiyi məkanın uşaqlarının tərbiyəsinə təsir göstərə biləcəyi ehtimalı böyük olduğundan görüşmələrinə şərait yaratmamışdır. Əks halda onun uşaqlarını anası ilə görüş hüquqlarından məhrum etmək kimi niyyəti olmamışdır. Hal-hazırda isə zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1194/2021 nömrəli. 19.05.2021-ci il tarixli icra sənədinə əsasən X3 uşaqları 11 iyun 2011-ci il təvəllüdlü X7 və 01 mart 2013-cü il təvəllüdlü X8 ilə həftənin bazar günü saat 10:00-dan saat 15:00-dək, iş günü olmayan 2 (iki) gündən artıq olan bayram günlərində cəmi 1 (bir) gün saat 10:00-dan saat 16:00-dək uşaqlarla ünsiyyətdə olmaq üçün görüş verilməlidir. “İcraata başlama haqqında” 26.07.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1194/2021 nömrəli. 19.05.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş aktlar məhkəmə baxışında tədqiq edilərkən müəyyən edilmişdir ki, Şəxs tərəfindən icra sənədinin icra edilməməsinin səbəbləri qərəzli xarakter daşımamış, əksinə müəyyən edilmişdir ki, X9 və X10 ilə onların anası X2 görüş hüququ təmin edilmişdir. Bununla yanaşı iş üzrə zərər çəkmiş şəxs X2 məhkəmə iclasında vermiş olduğu ərizədən də görünür ki, onun Şəxs qarşı heç bir şikayəti yoxdur. X9 və X10 ilə onun görüşü baş tutmuşdur. Bu səbəbdən Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, habelə zərər çəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması, habelə iş üzrə icraata xitam verilməsinə dair müraciətini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar