Məhkəmə qərarları › İş №3(005)-3656/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3656/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3656/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Füzuli rayonu, Zərgar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PŞ-nin baş təhqiqatçısı, polis mayoru X8 30 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Şöbəsinin polis sahə inspektroru X7 tərəfindən 20 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında X3 məxsus “Hyundai Elantra” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşının təkərlərini deşərək yararsız hala salıb ona 400 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında X3 məxsus “Hyundai Elantra” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşının təkərlərini deşməmiş, yararsız hala salmamışdır. O, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi polis polkovnikleytenantı Anar Rüstəmov tərəfindən təsdiq edilmiş 20 noyabr 2024-cü il tarixli Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində X1nun şikayəti əsasında aparılan araşdırma ilə bağlı müşahidə kameralarının görüntülərində aşkar edilmiş avtomobilinin təkərini deşərək maddi ziayn vurmuş Şəxs müəyyən edilərək PŞ-yə dəvət olunmuşdur. PŞ-də Şəxs qanunsuz əməli müşahidə kameralarının görüntüləri ilə sübüta yetirilməsi izah edilməsinə baxmayaraq, səs küy yaratmaqla avtomobilin təkərini deşmədiyini israr edərək PŞ-də əməkdaşların xidməti fəaliyyətini davam etdirməyinə maneçilik törətmiş, ifadə ediləsi və yazılası mümükn olmayan söyüşlər söymüş, PŞ-də xanım işçilərin olması ona bildirilsə də, Şəxs özünü daha çılğın və qeyri adekvat apararaq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qanunsuz əməllərini saat 11:05-dan 11:15-dək davam etdirmişdir. Vətəndaş Şəxs barəsində İXM-nin 232-1, 535.1 və 510-cu maddəsi ilə protokol tərtib olunaraq onun barəsində İnzibati material toplanmış, lakin həmin şəxs özünü haqlı çıxardaraq barəsində tərtib edilmiş protokola qol çəkməkdən imtina edərək narazı olduğunu bildirmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi polis polkovnikleytenantı Anar Rüstəmova ünvanlanan 31 noyabr 2024-cü il tarixli raportdan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nə yazmış olduğu ərizəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşını ünvan 2 ünvana getmiş və xx.xx.2024-cü il tarixdə saat təxminən 08:30 radələrində sonuncu dəfə saxlamış olduğu yerdə maşınına yaxınlaşdıqda maşının qabaq sağ və sol arxa sağ təkərinin naməlum şəxs və ya şəxslər tərəfindən deşildiyini aşkar etmişdir. Faktla bağlı Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı, polis mayoru Asif Abışov tərəfindən araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda göstərilən hadisəni törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib hissəsi yarandığından həmin şəxs(lər)in müəyyən olunaraq barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi tövsıyyə olunmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında 31 oktyabr 2024-cü il tarixli qərardaddan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nə yazmış olduğu ərizəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşını ünvan 2 ünvana getmiş və xx.xx.2024-cü il tarixdə saat təxminən 08:30 radələrində sonuncu dəfə saxlamış olduğu yerdə maşınına yaxınlaşdıqda maşının qabaq sağ və sol arxa sağ təkərinin naməlum şəxs və ya şəxslər tərəfindən deşildiyini aşkar etmişdir. Qeyd olunan faktla bağlı Nərimanov RPİ-nin 16-cı PŞnin təhqiqatçısı, polis mayoru Asif Abışov tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə (cinayət işinin başlanmasının rədd edilməsi barədə) qərar qəbul olunmuş və hadisəni törədən naməlum şəxsin barəsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın icrası xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuşdur. İnzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. X2 avtomaşına ziyan vurulması faktı üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Araşdırma zamanı X1 vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20.00 radələrində o, etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı maşını ilə ünvan 3 ünvanın qarşısına gələrək maşının saxlayaraq qapılarını bağlayıb yaşadığı qeyd olunan ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 08.30 radələrində o, sonuncu dəfə saxlamış olduğu yerdə maşınına yaxınlaşdıqda maşının qabaq sağ və sol, arxa sağ təkərinin naməlum şəxs və ya şəxslər tərəfindən kənar əşya ilə deşildiyini aşkar etmişdir. Maşının qeyd olunan təkərlərinin deşilməsi nəticəsində R.Murtuzəliyevə ümumilikdə 400 manat dəyərində maddi ziyan dəymişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi rədd materialında olan materiallar, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin “Qeyd” hissəsinə əsasən, Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar