Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3659/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi 15 saylı Vəkil Bürosunun vəkili X4, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ baş inspektoru polis mayoru X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı Şəhəri Nərimanov Rayonu Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 18 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində “Chevrolet” markalı, **-VF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ə.Ağaoğlu küşəsində Təbriz küçəsi istiqamətində hərəkətdə olan zaman X5 idarə etdiyi “Toyota” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomaşına çırpılmışdır. Zərbənin təsirindən “Toyota” markalı avtomobil qarşısında dayanan X1 idarə etdiyi “KİA” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Nəticədə qeyd edilən avtomobillərə maddi zərər dəymişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Bununla da o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Nərimanov Rayonu Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ baş inspektoru polis mayoru X3 tərtib etmiş olduğu protokola uyğun ifadə verərək müfaviq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində protokol tərtib olunmuş şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Sürücülük vəsiqəsinin etibarlılıq müddətinin keçməsi diqqətindən qaçmışdır. Əməlindən peşmandır, yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində protokol tərtib olunmuş şəxsin müdafiəçisi X7 müdafiə etdiyi şəxs barəsində yüngül xarakterli inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 2/29242 saylı, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs hadisə günü ayıqdır. İş materiallarında olan Şəxs məxsus sürücülük vəsiqəsindən görünür ki, sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixədək etibarlıdır. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3659/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3659/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver