Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-366/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 nümayəndəsi-X10 oglunun iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış vətəndaş Şahid1 xx.xx.2024-cü il tarixdən və Şahid2 xx.xx.2025-ci il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X8 çıxış edərək bildirmişdir ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən DİN tərəfindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, bir sıra şirkətlər tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Şirkətlər müəyyən edilmiş, siyahı tərtib edilmişdir. Bu siyahı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilmişdir. Daha sonra həmin şirkətlərə bu barədə məlumat verilmişdir. Müəyyən olunmuşdur ki, Şahid1 xx.xx.2024-cü il tarixdən və Şahid2 xx.xx.2025-ci il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 məhkəmə iclasında izahatında protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil çıxış edərək bildirmişdir ki, protokolda adı keçən Şahid1 Talət oğlu ilə Əmək Müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanmışdır. Eyni tarixdən “Qarabağ və Şərqi Zəngəzur” İqdisadi zonasına işçi qismində giriş edə bilməsi üçün Podratçı təşkilat (AS inşaat) vasitəsilə müvafiq icazə alınmışdır, işçi ilə xx.xx.2024-cü il tarixdə öz ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və həmin tarixdən Şahid1 Qarabağ və X6 zonasını faktiki olaraq tərk etmişdir, bir daha həmin ərazidə şirkətimiz adına əmək fəaliyyəti ilə məşğul olmamışdır. Protokolda adı keçən digər keçmiş işçimiz Şahid2 ilə Əmək Müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanmışdır. Eyni tarixdən “Qqarabağ və Şərqi Zəngəzur” İqdisadi zonaya giriş etməsi üçün müvafiq icazə alınmışdır. Bir müddət sonra Sevdimalıyev Novuz işdən çıxma barəsində müvafiq ərizə təqdim etmişdir. Nəticədə xx.xx.2025-ci il tarixində işçinin öz ərizəsi əsasında Əmək Müqaviləsinə xitam verilmişdir və eyni tarixdən adıçəkilən şəxs Qarabağ və X7 zonasını faktiki olaraq tərk etmiş, bir daha həmin ərazidə şirkətimizi adına əmək fəaliyyəti ilə məşğul olmamışdır. Göründüyü üzrə protokolda qeyd edilən xx.xx.2024-cü il tarixində Şahid1 ilə və xx.xx.2025-ci il tarixlərində Şahid2 ilə əmək münasibətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq xtam verilmişdir. İşçilərin şirkətə qarşı heç bir tələbi olmamışdır. Protokolu tərtib edən Dövlət Xidmətinin formal yanaşmasına görə əgər işçi barəsində DİN-nin bazasında Qarabağa işçi olaraq giriş icazəsi aktiv görünürsə (adətən belə icazə 600- 90 gün aralığında olur) bu o anlama gəlir ki, həmin işçi ilə əmək münasibətləri davam etdirilir və guya ki, əmək müqaviləsinə xitam verilməsini öz sistemlərində görsələr belə işçi giriş icazəsi olduğu üçün Qarabağa gəlib həmin şirkətin cəlb etdiyi əmək fəaliyyəti təyinatlı işlərlərə cəlb edilmişdir. Bu cür formal mülahizə və qanunvericiliyin tələbinə formal yanaşma kimi sahibkarlara əlavə hüquqi və bürokratik problemlər yaratmaqla yanaşı bunun üçün əlavə hüquqi xərclərə və sahibkara stress-əsəb gərginliyinə başa gəlir.Çünki sözügdən icazə sistemi DİN-in nəzarətində və birbaşa idarəetməsində olmaqla “işğaldan azad edilmiş ərazilərə buraxılış və informasiya sistemi” adlı ictimaiyyətə açıq olmayan elektron sistem üzərindən tənzimlənir. Bu barədə adi vətəndaşların və ya sahibkarlıq subyektlərinin sərbəst girib icazə ala biləcəyi heç bir publik sayt və ya mobil tətbiq yoxdur. Yəni Şəxs MMC istəsə belə adıçəkilən şəxslərə birbaşa icazə ala bilməz, nə də ki, əmək müqaviləsinə xitam verildikdən sonra müddəti bitməmiş icazə dövrlərinin deaktiv edilməsi və qüvvədən düşməsini təmin etmək səlahiyyətində deyil. Beləliklə, Şəxsnın nümayəndəsi X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsassız və qanunsuz olduğunu bildirmişdir. O, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid1 oğlu çıxış edərək izahatında göstərmişdir ki, o, Şəxsndə işləmiş, xx.xx.2024-cü il tarixdə oradan öz ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixdən sonra başqa şirkətin işçisi olaraq Qarabag zonasına daxil olmuşdur. Məhkəmə iclasında videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid2 çıxış edərək izahatında göstərmişdir ki, o, Şəxsndə işləmiş, xx.xx.2025-ci il tarixdə oradan öz ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.2025-ci il tarixdən sonra Qarabag zonasına daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki Şəxs əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış vətəndaş Şahid1 xx.xx.2024-cü il tarixdən və Şahid2 xx.xx.2025-ci il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin pozulmasında təqsirli bilindiyi işçilər Şahid1 və Şahid2 Şəxs işçiləri olmuşlar, lakin onlar öz ərizələri əsasında işdən azad olunmuşlar. İşdən azad olunduqdan sonra işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış Şahid1 və Şahid2 hal-hazırki tarixədək əmək müqaviləsi olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəxs barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərkən yalnız DİN tərəfindən verilmiş məlumata və ehtimallara əsaslanmışdırlar. Bundan başqa X5 Xidməti tərəfindən Şəxs barəsində inzibati material araşdırılarkən nə Şahid1 və Şahid2 oğlu nə də Şəxs nümayəndəsinin iştirakı təmin olunmamış və onların izahatları alınmamışdır. Beləliklə inzibati icraat qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Şahid1 xx.xx.2024-cü il tarixdən və Şahid2 xx.xx.2025-ci il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdirlər. İşğaldan azad edilmiş şəhər, rayon və digər yaşayış məntəqələrində quruculuq, abadlıq işlərinin keyfiyyətinə və plan üzrə nəzərdə tutulmuş müddət ərzində icrasına nəzarət edilməsi, eləcə də mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılması ilə əlaqədar işçi heyətin icazə portalına daxil edilməsinə zərurət yaranmşdır. Bununla da, Şahid1 xx.xx.2024-cü il tarixdən və Şahid2 xx.xx.2025-ci il tarixdən hal-hazırdək tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 izahatlarında portaldan Qarabağ bölgəsinə gedərək orada olan iş şəraiti ilə tanış olmaq üçün qeydiyyatdan keçirildiklərini bildirmişdirlər. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-366/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-366/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver