Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3663/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3335/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3332/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 3299/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3302/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3306/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3333/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3301/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3135/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3164/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2806/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2810/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2811/2021-005 nömrəli, xx.xx.2021 -ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2655/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2180/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2188/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3161/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-3334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2805/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə saat 10:30-da ünvan 1 ünvanında borclu "xxxx" MMC-nin rəhbəri Şəxs 3(005)-2180/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2188/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və s. icra sənədləri üzrə yaranmış cərimə borclarını ödəmək, təklif olunan lakin heç bir ödəniş edilməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. nəticədə "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindənİXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədləri üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında protokola ******* nömrəli əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3335/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 20000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3332/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindan 18548 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3299/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15452 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3302/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 27978 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3306/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 26000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3333/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 20978 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3301/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 30077.06 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3135/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11179 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3164/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 21000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8600 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23098 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2806/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 10000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2810/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 20000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2811/2021-005 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12073.6 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2655/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 20000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2180/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11892 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2188/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əssən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11308 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3161/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 29600 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-3334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 19151,60 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2805/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindan 11000 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Məlum icra sənədi müxtəlif tarixlərdə daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu şöbəyə dəvət olunaraq icraata başlamaq haqqında qərar müvafiq bildirişlərlə borcluya şəxsən təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən onun adına tələbin yönəldiləcəyi əmlak və nağd pul vəsaiti aşkar edilməlmişdir. Məlum icra vərəqələri üzrə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs yaranmış cərimə öhdəliklərindən heç bir rəsmi ödəniş etməmiş, hazırki tarixə cərimə borcları 331935,80 (üç yüz otuz bir min doqquz yüz otuz beş ABŞ dolları, səksən sent) ABŞ dolları təşkil edir. Daha sonrakı mərhələdə borclu şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrlə şöbəyə gəlməmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən “İcraata başlamaq haqqında” qərarın və müvafiq bildirişlərin surətindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqələrinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3663/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3663/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver