Məhkəmə qərarları › İş №3(005)-3664/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3664/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3664/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ 29 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 100 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhər DYPİ 29 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixində tərəfindən DYP-nin Badamdarda yerləşən baş ofisindən yaxınlaşaraq əldə edilmişdir. Özünə məxsus “OPEL ASTRA” minik markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ilə hərəkətdə olarkən guya yol hərəkəti haqqında qanunun tələblərini pozmuşdur və haqqında Azərbaycan Respublikasının İXM-nin 327.4-cü maddəsinin, yəni üfüqi nişanlanma xətlərinin tələblərinin pozulması maddəsi ilə 100 manat məbləğində ona elektron qaydada və qərarsız formada elektron protokol tərtib olunmuşdur. 02.08 2022-ci il tarixindən, yəni hadisə baş verdiyi andan xx.xx.2022-ci il tarixədək 16 gün ərzində protokol haqqında ona sms bildiriş gəlməmişdir. Hesab edir ki, ona elektron qaydada tərtib olunmuş protokol aşağıdakı əsaslara görə ləğv edilməlidir. Tərəfindən ərizəyə əlavə olunmuş asan pay asan ödəniş sistemindən olan çıxarışdan da göründüyü kimi, guya qayda pozuntusu xx.xx.2022-ci il tarixdə baş vermiş və elektron kabinetə 16 gün sonra, yəni 18 08.2022-ci il tarixində yerləşdirilmişdir. Asan pay asan ödəniş sistemindən də açıq aşkar görünür ki, elektron protokol İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin tələblərinə zidd formada tərtib olunmuşdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhər DYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarından görünür ki: “Asan Ödəniş” Sistemindən çıxarışdan görünür ki, İXP ******* nömrəli inzibati tənbeh vermə qərar xx.xx.2022-ci il tarixində qəbul edilmiş, inzibati xəta 02 avqust 2022-ci il tarixdə törədilmiş və inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-2743/2022 nömrəli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilmiş, X1 Bakı şəhər BPİ-nin X4 İdarəsinin 29 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi hissəsində təmin edilmiş və işə yenidən baxılması Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilmişdir. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - 100 manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda qeyd olunan normaların tələblərindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Bakı şəhər BPİ-nin X4 İdarəsi tərəfindən ilkin olaraq 29 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar qəbul edildikdən 16 gün sonra, yəni 18 avqust 2022-ci il tarixdə nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetə yerləşdirilmişdir. Daha sonra X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)- 2743/2022 nömrəli qərarı ilə isə sözügedən inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilmişdir. Bundan sonra Bakı şəhər BPİ-nin X4 İdarəsində inzibati xəta üzrə obyektiv araşdırılma aparılmamış və X1 barəsində yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilməsinə dair 29 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, X2 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi əsas gətirilərək İXMnin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2022-ci il tarixdə baş vermiş, barəsində xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi qərar 16 gün sonra nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetə yerləşdirilmişdir. İnzibati işin yenidən araşdırlmağa göndərilməsinə baxmayaraq qanunvericiliyin tələblərinə riayət olunmamış və X2 barəsində yenidən inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar