Məhkəmə qərarları › İş №3(005)-3667/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3667/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3667/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 10100-2381/22 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Çin Xalq Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin adına 94332392 nömrəli yük nəqliyyat vasitəsində EİSU9952671 nömrəli konteynerdə idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********1944 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləsdirilərək saxlanca götürülmüş mallara dair öhdəlik müddəti basa çatsa da, qeyd olunan malların müvəqqəti saxlanc müddəti basa çatanadək digər gömrük proseduru altında rəsmiləşdirilməsi üpün Şəxs QSC tərəfindən bəyan olunmadığı aşkar edilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs QSC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 xx.xx.2022-ci il tarixdə izahatı alınmış, o, Şəxs QSC-nin adına Çin Xalq Respublikasından EİSU9952671 nömrəli konteynerlə idxal edilmiş “qapıların bağlanması üçün avtomatik qurğular və elektron seyflər” yüklərinin **********1944 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini. **********1944 sorğu nömrəli gömrük bəyannaməsinin xx.xx.2022-ci il tarixdə yazılsa da, qeyd edilən bəyannamənin faktiki olaraq xx.xx.2022-ci il tarixdə təsdiq edildiyini və malların həmin tarixdə müvəqqəti saxlanca götürüldüyünü, həmçinin, xx.xx.2022-ci il tarixdə **********1944 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanca götürülmüş malların gömrük anbarı prosedurunda rəsmiləsdirilməsinə icazə verilməsi üçün Bakı Bas Gömrük İdarəsinə ərizə ilə müraciət etdiklərini, mallar faktiki olaraq xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlanca götürüldüyü üçün müvəqqəti saxlanc müddətinin başa çatmadığını bildirmişdir. Bununla da Şəxs QSC barəsində İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqındaİnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 10 noyabr 2022-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/025303 nömrəli xx.xx.2022-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Çin Xalq Respublikasından ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin adına 94332392 nömrəli yük nəqliyyat vasitəsində, EİSU9952671 nömrəli konteynerdə idxal edilmiş və Bakı Baş Gömrük idarəsində **********1944 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək saxlanca götürülmüş mallara dair öhdəlik müddəti başa çatsa da, qeyd olunan mallar müvəqqəti saxlanc müddəti başa çatanadək digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün bəyan olunmamışdır. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs QSC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 xx.xx.2022-ci il tarixdə izahatı alınmış, o, Şəxs QSC-nin adına Çin Xalq Respublikasından EİSU9952671 nömrəli konteynerlə idxal edilmiş “qapıların bağlanması üçün avtomatik qurğular və elektron seyflər” yüklərinin **********1944 sorğu nömrəli xx.xx.2022- ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, **********1944 sorğu nömrəli gömrük bəyannaməsinin xx.xx.2022-ci il tarixdə yazılsa da, qeyd edilən bəyannamənin faktiki olaraq xx.xx.2022-ci il tarixdə təsdiq edildiyini və malların həmin tarixdə müvəqqəti saxlanca götürüldüyünü, həmçinin, xx.xx.2022-ci il tarixdə **********1944 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanca götürülmüş malların gömrük anbarı prosedurunda rəsmiləşdirilməsinə icazə verilməsi üçün Bakı Baş Gömrük idarəsinə ərizə ilə müraciət etdiklərini, mallar faktiki olaraq xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlanca götürüldüyü üçün müvəqqəti saxlanc müddətinin başa çatmadığını bildirmişdir. Beləliklə, araşdırma zamanı Şəxs QSC tərəfindən **********1944 sorğu nömrə xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə dair gömrük bəyannaməsinin xx.xx.2022-ci il tarixdə gömrük orqanı tərəfindən təsdiq edildiyi, yəni, Gömrük Məcəlləsinin 152.6-cı maddəsinə əsasən həmin tarixdən qeyd edilən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunduğu, qeyd edilən malların Gömrük Məcəlləsinin 179.3cü maddəsinə əsasən 4 ay ərzində, yəni xx.xx.2022-ci il tarixədək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra Şəxs QSC tərəfindən **********1101 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə malların gömrük anbarı prosedurunda bəyan edildiyi, nəticədə, Şəxs QSC tərəfindən müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Həmçinin, Şəxs QSC tərəfindən **********1944 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük idarəsinin Abşeron gömrük terminalında tərəfimizdən baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və gömrük nəzarəti altında saxlanıldığı müəyyən edilmiş, bu barədə fotoşəkil əlavə olunmaqla akt tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC tərəfindən **********1944 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə dair gömrük bəyannaməsinin xx.xx.2022-ci il tarixdə gömrük orqanı tərəfindən təsdiq edildiyi, yəni. Gömrük Məcəlləsinin 152.6-cı maddəsinə əsasən həmin tarixdən qeyd edilən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunduğu, qeyd edilən malların Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən 4 ay ərzində, yəni xx.xx.2022-ci il tarixədək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda müvəqqəti saxlanc müddəti basa çatdıqdan sonra Şəxs QSC tərəfindən **********1101 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə malların gömrük anbarı prosedurunda bəyan edildiyi, nəticədə, Şəxs QSC tərəfindən müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır; 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar