Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3667/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1994-cü il tarixdə Lənkəran rayonunda anadan olan, ailəli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsi Salyan yolu ev 290da qeydiyyatda olan "xxxx" MTK-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin "xxxx" MTK-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 05 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, MTK-Real» MTK-nin rəhbəri Şəxs tərəfindən bir sıra icra sənədləri icra edilmir. Bununla da "xxxx" MTK-nin rəhbəri Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2502/2023-026 nömrəli,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nərimanov rayonu. X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 6-cı mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 158 nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 5 nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın tələbkarın sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin X15 verilməsi öhdəliyi "MTK- REAL” MTK-nın üzərinə qoyulmuşdur. Ödənilmiş 100 manat dövlət rüsumu və vəkil üçün ödənilmiş 120 manat "xxxx" MTKdan alınaraq X15 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü tarixdə şöbənin icratına daxil olmuş, həmin tarixdə icra məmuru Azər Əliyev tərəfindən icraata başlanılmış, icraata başlamaq haqqında qərarın surəti tələkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X11 Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 ünvanında yerləşən (zirzəmidə) çoxmənzilli binanın zirzəmi mərtəbəsində qarajla təmin edilməsi və iddiaçı X16 həmin qaraja dair yerləşmə sxeminin (plan-cizginin) verilməsi öhdəliyi "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməlidir. Məlum icra sənədi xx.xx.2023-cü ıl tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar əsasında tərtib edilmiş bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X2 və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok 5-ci mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 155 nömrəli mənzilə və 23 may 2009cu il tarixli, 4-nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın iddiaçı X3 və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin iddiaçı X17 verilməsi öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, vəkil üçün ödənilmiş 120 (yüz iyirmi) manat pul cavabdeh "MTK- REAL” MTK-dan alınaraq X12 xeyrinə ödənilməlidir. Məlum icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxıl olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar əsasında tərtib edilmiş bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1045/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ünvan 3 ünva X1 rayonu. X.Şuşinski küçəsi. 21 saylı ünvanda yerləşən 20 mərtəbəli evin ikinci blok, ikinci korpusunun 6-cı mərtəbəsində yerləşər 91 saylı mənzilinə köçürülməsi, “'MTK- Real" MTK üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı iddiaçının MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının X5 təqdim edilməsi MTK-Real" MTK-nın üzərinə öhdəlik olaraq qoyulmalıdır. İddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi ziyan cavabdeh ''MTK-Real" MTKdan alınaraq X4 xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumuna görə 270 manat məbləğindən 4 manat "xxxx" MTK-dar tutularaq X5 ödənilməlidir. Məlum icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar əsasında tərtib edilmiş bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001 )-157/2024-040 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MTK-dən 287500 manat məbləğində pul vəsaiti və 549 manat dövlət rüsumu tutularaq tələbkar X9 xeyrinə ödənilməlidir. Məlum icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar əsasında tərtib edilmiş bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə məhkəməyə göndərilmişdir. İcraat zamanı borclu "xxxx" MTK-nın rəhbəri Şəxs icra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq tələbi təmin etməmişdir, icra məmurunun qanuni tələblərinə əməl etməyən "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində 06.04,2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1045/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarı ilə o, 1200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İcra sənədinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 6-cı mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 158 nömrəli mənzilə və 23 may 2009-cu il tarixli 5 nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın iddiaçının sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınmasına dair icra hərəkətləri xx.xx.2024-cü ıl və xx.xx.2024-cü il tarixə təyin edilmiş, icra prosesi zamanı qarajın ayrı şəxsə aid olduğu, bır qarajın boş olduğu aşkar edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (2 korpus) 6-cı mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 158 nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 5 nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün olan qarajın texniki və hüquqi sənədlərinin (çıxarışın) surətini və kimə məxsus olmasına dair xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Sözügedən icra sənədi xx.xx.2024-cü il tarixdə böyük icra məmuru Zaur Əlizadənin icraatına verilmişdir. İş üzrə borclu ”MTK-Real" MTK-nın rəhbəri Şəxs icra sənədinin icrasını təmin etmək üçün xx.xx.2024-cü il tarixdə yeni müddət təyin edilmiş, lakin o, həmin müddət ərzində də tələbi təmin etməmişdir.İş üzrə borclu "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində təkrarən xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis idarəsinə göndərilmişdir. (nəticəsi barədə şöbəyə məlumat daxıl olmamışdır) Axtarış işinin açılıb-açılmaması barədə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Səbail rayon Polis idarəsinə sorğu göndərilmişdir.İcra sənədində qeyd olunan qarajların yeri dəqiq göstərilmədiyindən icra sənədinə izah verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət olunmuş, lakin Nərimanov Rayon Məhkəməsinin 8(005)-441/2025 saylı, xx.xx.2025-cı il tarixli qərardadı ilə icra məmurunun ərizəsi təmin edilməmişdir. Borclu "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində axtarış işi açılmadığından xx.xx.2025ci il tarixdə yenidən axtarış qərarı qəbul edilərək icra edilməsi uçun Səbail rayon Polis İdarəsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MTK-nın rəhbəri Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdimat verilmiş və Nərimanov Rayon Məhkəməsinin e-8(005)-582/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Daha sonra borclu "xxxx" MTK tərəfindən qarajın hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlər X15 verilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədlərinin icrasını təmin etməmişdir. Bununlada borclu MTK-Real MTK-nın rəhbəri Şəxs icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaarq tərəflər məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxslərinin iştirakı olmadan işə baxılmasını uyğun hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 157/2024-cü il saylı icra vərəqəsindən görünür ki, 287500(iki yüz səksən yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və 549(beşyüz qırx doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər "xxxx"Mənzil-Tikinti Kooperativi, X19 və X6 müştərək qaydada tutularaq iddiaçı X10 ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1045/2024-cü il saylı icra vərəqəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli evin ikinci blok, ikinci korpusunun 6-cı mərtəbəsində yerləşən 91 saylı mənzilin və ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli evin ikinci blok, ikinci korpusunun zirzəmisində yerləşən müqavilədə nəzərdə tutulan qarajın X5 təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuş, X1 rayonu, X.Şuşinski küçəsi, 21 saylı ünvanda yerləşən 20 mərtəbəli evin ikinci blok, ikinci korpusunun 6-cı mərtəbəsində yerləşən 91 saylı mənzilinə köçürülməsi, "xxxx" MTK üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı iddiaçının MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının X5 təqdim edilməsi cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəlik olaraq qoyulmuş, iddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi ziyan cavabdeh "xxxx"MTKdan alınaraq X4 xeyrinə tutulması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, Ödənilmiş dövlət rüsumuna görə 270 manat məbləğindən 4 manat cavabdeh "xxxx" MTK-darı tutularaq X5 ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2502/2023-cü il saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (2 korpus) 6-cı mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 158 nömrəli mənzilə və 23 may 2009cu il tarixli, 5 nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın iddiaçının sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin iddiaçı X15 verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1750/2023-cü il saylı icra vərəqəsindən görünür ki, iddiaçı X13 Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 ünvanında yerləşən (zirzəmidə) çoxmənzilli binanın zirzəmi mərtəbəsində qarajla təmin edilməsi və iddiaçı X16 həmin qaraja dair yerləşmə sxeminin (plan-cizginin) verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2497/2023-cü il saylı icra vərəqəsindən görünür ki, İddiaçı X2 və istifadəsində olan Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (2 korpus) 5-ci mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 155 nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 4-nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın iddiaçı X3 və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin iddiaçı X17 verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuşdur. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən “İcraata başlamaq haqqında” qərarların və müvafiq bildirişlərin surətindən görünür ki, borclu MTK-Real MTK-ya icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardam görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2502/2023- 026 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda e278030/2023 № ilə birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MTK-nin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqələrinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" MTK-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" MTK-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3667/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3667/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver