Məhkəmə qərarları › İş №3(005)-3679/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3679/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3679/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsinin nümayöəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91 və 119-cu maddələrinin tələblərini pozduğumuzu iddia edərək barəmizdə 13 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tenbeh vermə haqqında qərar qəbul etmişdir. İnzibati orqan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91 və 119-cu maddələrinə istinad edərək həmin qərarı qəbul etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinə əsasən Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti - 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Hesab edirik ki, İnzibati orqan araşdırma aparmadan, bizdən izahat almadan iş üzrə qeyri-obyektiv və əsassız qərar qəbul etmişdir və bu səbəbdən həmin qərar ləğv edilməlidir. Belə ki, İnzibati orqan Azər Alıyevin əlil olduğunu əsas göstərərk barəmizdə sözügedən inzibati tenbeh vermə haqqında qərar qəbul etmişdir. Diqqətinizə çatdırmaq istəyirik ki, X4 Şəhər Heyvanat Parkına işə qəbul olunarkən tam sağlam olması barədə tibbi arayışı təqdim edərək əlil olduğu barədə heç bir məlumat verməmişdir. İşə qəbul Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemi (EMAS) vasitəsi ilə həyata keçirilir və 2021 -ci ildə Emas-da şəxsin əlil olub-olmaması barədə isə məlumatlar əks olunmayıb. EMAS-da əlillik barədə məlumatlar olmadığı halda, Azər Alıyev isə əlil olduğu barədə məlumatı qizlətdiyi və bu barədə heç bir məlumat vermədiyi səbəbindən Azər Alıyevlə bağlanmış əmək müqaviləsində 8 saatlıq iş rejimi qeyd edilmişdir. X15 tərəfindən əlil olduğu barədə məlumatın gizlədilməsinə səbəb isə X7 əmək qabiliyyətsiz olduğu olmuşdur. Yəni, Azər Alıyev əlil olaraq əmək qabiliyyətsiz olduğu faktını qəsdən gizlətmişdir, çünki o bilirdi ki, əmək qabiliyyətsiz olduğu onunla əmək müqaviləsinin bağlanmamasına səbəb ola bilər və yaxud əmək fəaliyyətinə başlasa, əlil olaraq müavinət almaqdan məhrum oluna bilər. 2021 -ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində işçinin əlil olması barədə məlumatlar əks olunmurdu və Azər Alıyev öz maraqlarını güdərək həmin faktı bizdən gizlətdiyi halda onunla əmək münasibətləri rəsmiləşdirilərkən əlil olduğunun nəzərə alınması qeyri-mümkün olmuşdur. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsinin nümayöəndəsi X8 qeyd olunan şikayət üzrə artıq müvafiq məhkəmə qərarının qəbul edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında qərardan görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 700( yeddi yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)- 3613/2023 saylı qərarından aydın olur ki, X2 şikayəti təmin edilmiş və 13 noyabr 2023-cü il tarixli MN ******* saylı qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərdən aydın olur ki, X5 tərəfindən 13 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə verilmiş şikayətə xx.xx.2023-cü il tarixdə məhkəmədə baxılmış və müvafiq qərar qəbul edilmişdir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayətə dair inzibati xətaya dair iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar