Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3682/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-2444/2024 saylı qərardadına əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və sənədlər geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış Şəxs Qapalı Səhmdar Cəmiyyətinin bəzi əməkdaşlarının “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X16 məhkəmə iclasında izahatında DİN tərəfindən verilmiş məlumat əsasında portaldan iş icazəsi alınmış Şəxs Qapalı Səhmdar Cəmiyyətinin işçilərinin ƏMAS sistemində əmək müqaviləsi bildirişinin olub-olmamasına dair araşdırılma aparıldığını bildirmişdir. 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən DİN tərəfindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, bir sıra şirkətlər tərəfiindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Şirkətlər müəyyən edilmiş, siyahı tərtib edilmişdir. Bu siyahı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə göndərilmişdir. Daha sonra həmin şirkətlərə bu barədə məlumat verilmişdir. X16 protokolu müdafiə edərək qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti subpodratçı şirkətdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə sifarişçidir. İşğaldan azad edilmiş ərazilərə iş icazəsinın alınması ilə bağlı Şəxs Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti yoxdur. İşçilərin iş icazələri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məşğul olur. Bu proses isə müəyyən müddət tələb edir. İşçilərin bir hissəsi subpodratçı şirkətlərin işçiləridir. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin 7 nəfər işçisinin əmək müqaviləsinə isə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. O, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki Şəxs Qapalı Səhmdar Cəmiyyətinın əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış Şəxs Qapalı Səhmdar Cəmiyyətinin bəzi əməkdaşlarının “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. “Tikinti işləri üçün №006/23 saylı subpodrat müqaviləsi”-dən görünür ki, bir tərəfdən “Podratçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti digər tərəfdən “Subpodratçı” Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə arasında üzrə 24 iyun 2023-cü il tarixli №006/23 nömrəli tikinti işləri üçün subpodrat müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X3 əmək müqaviləsinə “əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. XM № 001/24 saylı, 05 yanvar 2024-cü il tarixli “Xidmət müqaviləsi”-dən görünür ki, sifarişçi Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidmət müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətində “qaynaq inspektoru” vəzifəsində işləmiş X4 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətində “iş icraçısı” vəzifəsində işləmiş X5 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətində “satış bölməsinin rəhbəri” vəzifəsində işləmiş X17 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətində “qaynaqçı köməkçisi” vəzifəsində işləmiş X13 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətində “direktor” vəzifəsində işləmiş X14 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətində “qaynaqçı köməkçisi” vəzifəsində işləmiş X11 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətində “elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru” vəzifəsində işləmiş X9 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “tərəflərdən birinin təşəbbüsü” əsası ilə onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. № PG-ND-1 saylı, 12 aprel 2023-cü il tarixli “Nəqliyyat-Xidmət müqaviləsi”-dən görünür ki, sifarişçi Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə ekspeditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidmət müqaviləsi bağlanmışdır. İş materiallarında olan X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı izahatından görünür ki, X14 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs Qapalı Səhmdar Cəmiyyətində direktor vəzifəsində çalışmışdır. Qarabağa giriş icazəsi üçün göndərilmiş müraciətə 2-3 həftə sonra cavab gəlir. Əvvəlcə müraciət SOCAR-a göndərilir. Daha sonra SOCAR DİN-ə göndərir. Bu səbəbdən icazə uzun müddətə gəlir. Onun icazəsinə sənəd Şəxs Qapalı Səhmdar Cəmiyyətində işlədiyi zaman göndərilmişdir. Bundan sonra X14 işdən çıxmışdır. İşdən çıxdıqdan sonra Şəxs Qapalı Səhmdar Cəmiyyətində, Qarabağ bölgəsində heç bir əmək fəaliyyəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Qarabağ bölgəsində fəaliyyət göstərən şirkətlərdən biridir və o, subpodratçı şirkətdir. Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə bir sıra cəmiyyətlər arasında subpodrat müqaviləsi və xidmət müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sifarişçidir. İşğaldan azad edilmiş ərazilərə iş icazəsinın alınması ilə bağlı Şəxs Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti yoxdur. İşçilərin iş icazələri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məşğul olur. Bu prosesin müəyyən müddət tələb etdiyini nəzərə alaraq əvvəlcə müraciət SOCAR-a göndərilir. Daha sonra SOCAR DİN-ə göndərir. Bu səbəbdən icazə uzun müddətə gəlir. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti son zamanlar yazılan siyahılarda səhvlər ilə bağlı DİN-in portalına yükləməsində problemlər yaranır. Düzgün olan siyahıların da yüklənməsi də gecikir. Problemlər üzündə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə şikayətlər gəlir. Bundan başqa X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı izahatından görünür ki, X14 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs Qapalı Səhmdar Cəmiyyətində direktor vəzifəsində çalışmışdır. Qarabağa giriş icazəsi üçün göndərilmiş müraciətə 2-3 həftə sonra cavab gəlir. Əvvəlcə müraciət SOCAR-a göndərilir. Daha sonra SOCAR DİN-ə göndərir. Bu səbəbdən icazə uzun müddətə gəlir. Onun icazəsinə sənəd Şəxs Qapalı Səhmdar Cəmiyyətində işlədiyi zaman göndərilmişdir. Bundan sonra X14 işdən çıxmışdır. İşdən çıxdıqdan sonra Şəxs Qapalı Səhmdar Cəmiyyətində, Qarabağ bölgəsində heç bir əmək fəaliyyəti olmamışdır. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin bəzi əməkdaşlarının əmək müqaviləsi olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin bəzi əməkdaşlarının əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərkən yalnız DİN tərəfindən verilmiş məlumata əsaslanmış və X12 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, müxtəlif zamanlarda Şəxs Qapalı Səhmdar Cəmiyyətində çalışmış işçilərin əmək müqaviləsinə “əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə və ya əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə xitam verilmişdir. Bununla da, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin bəzi əməkdaşlarının əmək müqaviləsi olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi sübuta yetirilmişdir. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs Qapalı Səhmdar Cəmiyyəti inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3682/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3682/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver