Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3683/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə bağlı "xxxx" Firmasının dirketoru X9 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" Firmasının dirketoru X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmə əsası ilə barəmdə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək "xxxx" Firmasının direktoru olaraq vəzifəli şəxs kimi 900 (doqquz yüz) manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən barəmdə tərtib edilmiş protokol əsassızdır və hüquqi əsası yoxur. Hesab edirəm ki, vəzifəli şəxs kimi mənim əməlimdə inzibati xəta tərkibi olmadığı üçün məsuliyyətdən azad olunmalıyam, qanunsuz və əsassız olduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN 20121891 nömrəli inzibati protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1807917 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs kimi barəmdə qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN1807917 nömrəli inzibati tənbeh vermə haqqında qərarda "xxxx" Firmasının işçisi X5 xx.xx.2024-cü il tarixində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş verməsində mənim tərəfimdən işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilmədiyi qeyd olunmuşdur. Baş vermiş bədbəxt hadisə ilə əlaqədar Binəqədi rayon X1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarının tikintisində iş zamanı xəsarət alması ilə bağlı toplanmış material üzrə araşdırma aparılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin tərkib əlaməti olmadığından toplanmış material üzrə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 54.1 -ci bəndinə əsasən Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi inzibati xəta haqqında qərar qəbul edərkən Binəqədi rayon Prokurorluğunun iş üzrə müəyyən etdiyi faktları nəzərə almadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, Prokurorluğun apardığı araşdırmada "xxxx" Firmasının baş iş icraçısı işləyən X7 istisna olmaqla, Firmanın digər vəzifəli şəxslərinin əməlində inzibati xəta tərkibi, eləcə də bilavasitə mənim barəmdə tətbiq edilmiş İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin (işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi) əlamətləri müəyyən edilməmişdir. Eyni iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş bədbəxt hadisənin Təhqiqat aktında hadisənin baş verməsində "xxxx" Firmasının baş iş icraçısı X2 cavabdehliyi və biriqadiri X3 nəzarətsizliyi qeyd edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən X8 haqqında iş üzrə icraata başlanması haqqında protokol və ona əlavə olunmuş materialllar Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə (iş № 3(001 )- 6331/2024) X8 da vəzifəli şəxs kimi 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarından da göründüyü kimi nə Binəqədi rayon Prokurorluğunun apardığı araşdırmada, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin tərtib etdiyi Təhqiqat aktında və digər müvafiq sənədlərdə İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi faktı müəyyən edilməmişdir. Qeyd edim ki, tərəfimdən iş yerlərində işçilərin əmək funksiyasının yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əmək şəraitinin təmin etməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi və nəzərdə tutulan digər şərtlərin yerinə yetirilməsi istiqamətində davamlı tədbirlər görülmüş, məsuliyyətlər müəyyən edilmiş, cavabdeh şəxslər təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şikayət verən "xxxx" Firmasının dirketoru X9 nümayəndəsi və vəkili X6 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək bildirmişdir ki, şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X16 şikayətin əsassız olmasını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar, eləcə də məhkəmə iclasında şikayət verən "xxxx" Firmasının dirketoru X13 tərəfindən qeyd edilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Əksinə qeyd olunan pozuntuların mövcud olduğunu təsdiq etmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, "xxxx" Firmasının dirketoru X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 900 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli Qərardan aydın olur ki, X5 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. “İstehsalatda bədbəxt hadisə haqqında” 01/2024 saylı Akt-dan aydın olur ki, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələbləri poluzlumuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Şikayətçi "xxxx" Firmasının dirketoru X13 şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanın törədilməsi qanunvericiliyin və daxili tənzimləmənin tələbindən irəli gələrək İdarədən asılı olmayan səbəblərdən baş vermiş olmasını, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və ya şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi "xxxx" Firmasının dirketoru X9 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə şikayətçi "xxxx" Firmasının dirketoru X9 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs "xxxx" Firmasının dirketoru X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar”ının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3683/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3683/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver