Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3684/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs X3 vəkili “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, 18 iyul 2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X3 X9 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, 18 iyul 2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X1 X7 Xidmətinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks X12 əmək hüquqlarının pozulmasından şikayət etmişdir. Şikayət əsasında X9 Xidməti tərəfindən Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-yə sorğu göndərilmiş, Cəmiyyətdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr, təqdimatlar, on iki aylıq iş vaxtının uçotu tabeli, ödəniş cədvəli və digər sənədlər tələb edilmişdir. Təqdim edilən sənədlər əsasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyev tərəfindən Cəmiyyətin sabiq müdiri Pirim İsayev barəsində MN № ******* nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək vəzifəli şəxs AR İXM-nin 192.4-cü maddəsinə əsasən, 1000.00 AZN məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərarın əsaslandırıcı hissəsində aşağıdakı kimi qeyd olunmuşdur: “X1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq xx.xx.2023; xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində iş vaxtından artıq işlərə cəlb edilmiş, həmin Məcəllənin 165-ci maddəsinin tələbləri pozularaq iş vaxtından artıq vaxtda görülən işə görə müvafiq ödənişlər edilməmişdir”. Qərarın ləğv olunması üçün əsas ondan ibarətdir ki, əməldə inzibati xəta hadisəsi mövcud deyildir. Belə ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X4nun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Komplek X12 növbəli iş rejimində - cəmlənmiş uçot qaydalarına uyğun çalışdığını və bu cür iş vaxtı rejiminin xüsusiyyətlərini nəzərə almamışdır. X4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks X14 tabeliyində olan Sahil İstehsalat bölümünün 1 saylı briqadasında böyük mühəndis vəzifəsində çalışmışdır. İşçinin vəzifəsi istehsalat bölümünün daxilində fəaliyyət göstərən 1 saylı briqada daxilində növbəli rejim əsasında sosial-məişət şəraitinə mütəmadi nəzarət edilməsi və digər əlaqəli xidmətlər olmuşdur. Bu fəaliyyəti həyata keçirmək üçün təşkilat daxilində iki növbəli iş rejimi müəyyən edilmiş və işçilərə onlarla bağlanmış əmək müqaviləsi əsasında cəmlənmiş uçot rejimi tətbiq edilməkdədir. Bildirilir ki, cəmlənmiş uçot iş vaxtının elə bir rejimidir ki, əməyin və işin spesifik xüsusiyyətləri nəzərə alınaraq AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş bəzi qadağa və məhdudiyyətlər bu rejimin tətbiq olunduğu iş yerlərində istisna hal olaraq nəzərə alınmır. Məsələn, cəmlənmiş uçot rejiminin tətbiq olunduğu işlərdə işçilər digər iş rejimində çalışan işçilərdən fərqli olaraq günlük 8 (səkkiz) saatdan və ya həftəlik 40 (qırx) saatdan artıq işləməli olur və ya bayram və istirahət günləri onlar üçün bayram və istirahət günü hesab edilməyərək həmin günlərdə normal iş günü kimi işə çıxmalı olur. Cəmlənmiş uçot rejimi, bir qayda olaraq, fasiləsiz və növbəli rejim əsasında fəaliyyət göstərən istehsalat, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində tətbiq edilir. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir, həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Səlahiyyətli orqan işçinin cəmlənmiş uçot rejimində çalışdığını və cəmlənmiş uçot üzrə müəyyənləşdirilmiş iş vaxtı normasının aşılmadığını nəzərə almamışdır. Belə ki, iyirmi dörd saat fasiləsiz xidmət göstərən müəssisənin cəmlənmiş uçot rejiminə çalışan işçisinin iş vaxtının bir saat qısaldılması digər növbədə çalışan işçinin bir saat tez işə cəlb edilməli olmasını (bax: xidmət fasiləsiz həyata keçirilir) şərtləndirir ki, bu da yolverilməzdir. Bundan əlavə cəmlənmiş uçot dövründə iş vaxtından artıq iş uçot dövrü (aylıq, yarımillik və ya illik) üzrə müəyyənləşdirilmiş yekun iş vaxtı normasının aşılıb-aşılmadığı ilə müəyyən olunur. Cəmlənmiş uçot məhz bu tip mübahisəli və çıxılmaz məqamların qanunvericiliklə nəzərdə tutulmuş qaydada obyektiv və ədalətli həlli üçün tətbiq edilməkdədir. Lakin səlahiyyətli orqan tərəfindən işçiyə dair tətbiq olunan iş vaxtı rejimi araşdırılmadan və onun cəmlənmiş uçot dövrü üzrə hər hansı iş vaxtından artıq işə cəlb olunmadığı halda vəzifəli şəxs Pirim İsayev tərəfindən AR Əmək Məcəlləsinin 108 və 165-ci maddələrinin tələblərinin pozulduğu qənaətinə gəlinərək o, AR İXM-nin 192.4-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb ounmuşdur. Qərarın ləğv olunması üçün digər mühüm əsas ondan ibarətdir ki, inzibati xəta haqqında qərar qəbul edərkən səlahiyyətli orqan inzibati məsuliyyətə cəlb ediləcək vəzifəli şəxsi doğru müəyyənləşdirməmiş, inzibati məsuliyyətə cəlb edərkən həmin hüquqi şəxsin vəzifəli şəxsi hesab olunmayan vətəndaş X5 vəzifəli şəxs kimi məsuliyyətə cəlb etmişdir. Bildirilir ki, Azərsun Holdinq MMC-nin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı iş vaxtının cəmlənmiş uçotu barədə məsələlərlə bağlı sorğusuna AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 mart 2020-ci ildə **********5 nömrəli məktubu ilə cavab verilmiş və cavab məktubunun 11-ci bəndində aşağıdakı kimi qeyd edilmişdir: “Açıq-aşkar göründüyü kimi səlahiyyətli orqanın tabe olduğu AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məktubu ilə də yuxarıda qeyd etdikləri tam öz təsdiqini tapır və cəmlənmiş uçot tətbiq edilən iş yerlərində bayramqabağı günlərdə iş vaxtı bir saat qısaldılmır.” Belə olduğu təqdirdə hazırki işdə inzibati xəta hadisəsinin olmadığı bir daha təsdiqlənir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 vəkili Nümayəndə1 məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Məhkəməyə zəruri sənədləri təqdim edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verilmiş şikayətə etiraz edib qəbul edilmiş qərarın qanuni olduğunu bildirərək qeyd etmişdir ki, müvafiq araşdırma aparılmış və aşkar edilmiş pozuntu əsasında da vəzifəli şəxs X8 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, qərar qanuni və əsaslı olduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* nömrəli, 18 iyul 2024-cü il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. - Əmək müqaviləsinin surətindən görünür ki, X10 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks X12 “12-ci dərəcəli elektrik avadanlığı üzrə mexanik” vəzifəsi üzrə işə qəbul olunmuşdur. - “Kompleks qazma işləri” trestinin müdiri ilə X10 arasında bağlanmış 15 sentyabr 2021ci il tarixli əmək müqaviləsinə 5 saylı Əlavədən görünür ki, onun iş qrafiki 2 növbəlidir. Məhkəmə şikayət vermiş şəxsin vəkili və səlahiyyətli orqanın nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 95-ci maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir; 96-cı maddəsinin 1-ci hissəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz; 96-cı maddəsinin 2-ci hissəsinə əsasən iş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir; 104-cü maddəsinin 2-ci hissəsinə əsasən iş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Məhkəmə, məhkəmə tədqiqi zamanı işin faktiki müəyyən olunmuş halları və qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından qeyd edir ki, X10 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks X12 “12-ci dərəcəli elektrik avadanlığı üzrə mexanik” vəzifəsində işləyərkən onun iş rejimi 15 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə 5 saylı Əlavəyə əsasən 2 növbəli olaraq müəyyən edilmişdir, hansı ki, belə işlər cəmlənmiş uçot rejiminin tətbiq olunduğu işlərə aid olunur. Həmin işlərdə işçilər digər iş rejimində çalışan işçilərdən fərqli olaraq günlük 8 saatdan və ya həftəlik 40 saatdan artıq işləməli olur və ya bayram və istirahət günləri onlar üçün bayram və istirahət günü hesab edilməyərək həmin günlərdə normal iş günü kimi işə çıxmalı olurlar. Cəmlənmiş uçot rejimi, bir qayda olaraq, fasiləsiz və növbəli rejim əsasında fəaliyyət göstərən istehsalat, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində tətbiq edilir. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir, həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 96-cı maddəsində müəyyən edildiyi kimi, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Nəzərə alınmalıdır ki, X4 “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks X12 cəmlənmiş uçot rejimində çalışmışdır və cəmlənmiş uçot üzrə müəyyənləşdirilmiş iş vaxtı norması aşılmamışdır. Bu, onunla izah olunur ki, iyirmi dörd saat fasiləsiz xidmət göstərən həmin müəssisənin cəmlənmiş uçot rejimində çalışan işçisinin iş vaxtının bir saat qısaldılması digər növbədə çalışan işçinin bir saat tez işə cəlb edilməsi ilə nətiəcələnəcək haldır. Konkret şəraitdə isə, X4 iş vaxtından artıq işə cəlb olunmamışdır, ödənişlərin edilməsində yanlışlığa yol verilməmişdir, ona münasibətdə müəssisənin vəzifəli şəxsi tərəfindən qanun pozuntularına yol verilməsi, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin mövcud olması barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 18 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 18 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3684/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3684/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver