Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3688/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Jalə Məcidovanı küçədə söyüb təhqir etməklə və daha sonra hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına qarşı tabesizlik göstərməklə Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində digər polis əməkdaşı Mehman Əhmədovla inzibati ərazidə xidmətdə olan zaman ünvan 2 ünvanında küçədə bir nəfər şəxsin xanımı narahat etməsi və yüksək səslə nalayiq sözlər işlətməsi barədə daxil olmuş məlumat əsasında hadisə yerinə yaxınlaşıb özlərini təqdim edərək sonradan Şəxs olduğunu bildikləri şəxsi nizam-intizama dəvət etsələr də, şəxs qanunsuz hərəkətlərini davam etdirmişdir. Ora çatanda Jalə Məcidovanın ağladığını görmüşlər. Bu zaman şəxsi 16-cı PŞ-yə dəvət etdikdə, həmin şəxs polisin qanuni tələblərinə tabe olmamış, müəyyən müddətdən sonra 16-cı PŞ-nə gətirməyə nail olunmuşdur. Şöbəyə gətirildikdən sonra isə Anar mobil telefonu Növbətçi hissəyə təqdim etməkdən imtina etmiş, şöbənin qapısını təpikləmiş, mübahisə edərək iş rejimini 10 dəqiqə müddətində pozmuşdur. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğuna görə barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, təxminən üç il olar ki, həyat yoldaşından boşanmış, boşandığı vaxtdan X6 ilə tanış olmuş və qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. Son üç aydır ki, münasibətləri pozulmuşdur. xx.xx.2025-ci il saat 12 radələrində Jalənin işlədiyi Nərimanov rayonu, H.Əliyev küçəsinə gedərək orada gözəllik salonundan çıxıb birlikdə həyətdəki çardaqlı yerdə əyləşib barışıq əldə etmək istəmişdir. Bu vaxt təxminən 10 dəqiqə uca səslə danışmışam. Ondan sonra polis əməkdaşları ora gələndə Jalə ondan şikayətçi olmuşdur. O, Jaləni söyməmiş və təhqir etməmişdir. Polislər onların hər ikisini 16cı Polis şöbəsinə dəvət etdikdə narazılıq edib Jalənin getməsinə razılıq verməmişdir. Təxminən bu mübahisə 10-15 dəqiqə çəkmişdir. Polis şöbəsində isə onad mobil telefonu istədikdə atası ilə danışıb xəbər verəcəyini demiş, lakin polislər telefonu verməyini tələb etdiklərinə görə etiraz olaraq qapıya şillə vurmuşdur. Hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, Şəxs ilə aralarında sevgi münasibəti olmuş, lakin uzun müddətdir ki, ayrılmışlar. Buna baxmayaraq Anar ondan əl çəkməyərək telefonla zəng edərək və iş yerinə gələrək narahat etmişdir. xx.xx.2025-ci il saat 12 radələrində Anar sərxoş vəziyyətdə onun işlədiyi Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən gözəllik salonuna gəlmiş və qolundan tutub dartaraq: “Çölə çıx, səni sürüyəcəyəm” - demişdir. O da işdə başqa problem olmaması üçün qorxaraq yaxınlıqda olan “besedka”-ya keçmişlər. Orada Anar mübahisə edərək uca səslə nalayiq ifadələrlə onu təhqir etmişdir. Bir qədər sonra oraya polislər gəlmiş, o, polislərə Anardan şikayətçi olduğunu bildirmiş, Anar onların yanında da onu təhqir etmiş, polislər Anar sakitləşdirmək istəsə də məhəl qoymamış və polis şöbəsinə getməkdən imtina etmişdir. Polislər Anarı polis şöbəsinə apardıqdan sonra Anar orada da mübahisəni davam etdir və səs-küy salmışdır. Anardan şikayətçidir, ondan uzaq gəzməsini tələb edir, bir daha onu narahat etməsin. Məhkəmə iclasında şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X1 Araz Aydın oğlu ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 09 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 12:00-da inzibati qaydada tutulmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair xx.xx.2025-ci il tarixli, 2/51513 nömrəli protokoldan görünür ki, Şəxs həmin gün saat 14:00 radələrində yüngül dərəcəli sərxoş olmuşdur. Nərimanov RPİ-nin 16-cı PŞ-nin rəisinə ünvanlanan xx.xx.2025-ci il tarixli raportun məzmunundan müəyyən olunur ki, həmin gün Nərimanov rayonu ərazisində bir nəfər şəxs qışqıraraq bir xanımı təhqir etməsi barədə daxil olmyuş şifahi məlumat əsasında həmin əraziyə gedərək şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra o, hərəkətlərinə davam etmiş və onlara müqavimət göstərmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədir. Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmadığını, ağırlaşdıran halın isə mövcudluğunu nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 9 sentyabr 2025-ci il saat 12:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsin əvvəli 9 sentyabr 2025-ci il saat 12:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3688/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3688/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver