Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-37/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib olunan MN ******* nömrəli, 21 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş inzibati xəta haqqında MN ******* nömrəli, 21 dekabr 2022-ci il tarixli protokola görə İD********** nömrəli müraciət əsasında idxal olunmuş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan Bakı şəhəri, Nərimanov rayonu, 18-ci Zavağzal küçəsində yerləşən anbarda 06 dekabr 2022-ci il tarixdə satmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hüquqi şəxsin barəsində tərtib edilmiş protokola etiraz edirlər. Belə ki, onlar AQTA-nın əməkdaşlarını çağıraraq məhsula baxış keçirilməsini bildirmişlər. Məhsullara baxış keçirilmişdir. Sertifikat tərtib edilmişdir. Daha sonra şirkət tərəfindən sertifikata dair ödəniş edilmədiyindən AQTA tərəfindən sertifikat ləğv edilmişdir. Burada mühasibatlıq tərəfindən səhvə yol verilmişdir. Odur ki, başlanmış icraata xitam verilməsini xahiş etmişdir. 19 yanvar 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, Şəxs yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi ilə bağlı olan xx.xx.2022-ci il tarixli, İD********** nömrəli müraciətə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmışdır. Müraciət qanunvericiliyə uyğun olaraq müvafiq qaydada icraata götürülmüşdür. Sözügedən məhsul partiyalarının satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması barədə məlumatların əldə edilməsi üçün xx.xx.2022-ci il tarixli, 23/1/İSN-11186 nömrəli məktub ünvanlanmışdır. Sözügedən məhsul partiyalarının Agentliyin Bakı regional bölməsinə xx.xx.2022-ci il tarixədək məlumat verilməsi qeyd olunsa da, lakin Şəxs tərəfindən cavab məktubu ünvanlanmamışdır. Yekunda müəyyən edilmişdir ki, İD********** nömrəli müraciət əsasında idxal olunmuş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan Bakı şəhəri, Nərimanov rayonu, 18-ci Zavağzal küçəsində yerləşən anbarda 06 dekabr 2022-ci il tarixdə satmışdır. Sonda Şəxsnə inzibati icraatın başlanılmasına dair müvafiq məktubların göndərilməsini özündə əks etdirən poçt xəbərnamələrini məhkəməyə təqdim edərək MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin, idxal və ixrac olunan qida məhsullarının, qida təhlükəsizlik sertifikatının alınması üçün baxışın keçirilməsi haqqında 21 dekabr 2022-ci il tarixli aktdan görünür ki, İD********** nömrəli müraciət əsasında idxal olunmuş buğda unu məhsulları barədə xx.xx.2022-ci il tarixli 23/s/1-N-11186 nömrəli məktubla məlumat verilməsi üçün Şəxs MMC-nin həm hüquqi, həm də anbar ünvanına məktub çıxarılmışdır. Sahibkar tərəfindən məlumat verilməsi üçün xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə bildiriş məktubu ünvanlanmışdır. Məktubda qeyd olunan tarixdə yəni, xx.xx.2022-ci il tarixdə Şəxs MMCnin səlahiyyətli nümayəndəsi X2 ilə ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış və AQTA Bakı regional bölməsinə dəvət edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC İD********** nömrəli müraciət əsasında ölkəyə idxal etdiyi qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan anbarda satmış və bununla da Şəxs MMC tərəfindən İXMin 447.0.4-cü maddəsinin tələbləri pozulmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 19.11-ci maddəsinə əsasən dövlət rüsumunu və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya və icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir; Həmin Qanuna 3 saylı Əlavə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 47-ci bəndində qida təhlükəsizliyi sertifikatının alınması nəzərdə tutulmuşdur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın: 2.5-ci bəndinə əsasən sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmalıdır; 2.14-cü bəndinə əsasən sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-37/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-37/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver