Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3707/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Salyan rayonunun, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 23 noyabr 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2022-ci il tarixdə saat 14:10-da Nərimanov rayon A.Neymətulla 23 ünvanında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə ödənilməli olan məbləğ tələb olunmuş, lakin heç bir məbləğ ödənilməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Beləliklə, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 23 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2000 Avro “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman adına tələbin yönəldiləcəyi "VAZ 21070" minik markalı, **-FP-*** nömrə nişanlı, "VAZ 2101" minik markalı, **-CO-*** nömrə nişanlı və "VAZ 21011" minik markalı, 10- EO-709 nömrə nişanlı avtomobillər aşkar edilmişdir. Əmlakların üzərinə həbs qoyulmasına dair xx.xx.2021-ci il tarixli təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov rayon Məhkəməsinin 8(005)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məlum əmlaklara həbs qoyulmuş və borclunun həbs qoyulmuş əmlaklarının axtarılması haqqında qərar qəbul edilərək xx.xx.2021-ci il tarixdə BDYPİ-yə göndərilmişdir. Borclu Şəxs barəsində 07,04.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddə əsasən inzibati protokol tərtib olunaraq Nərimanov rayon Məhkəməsinə təqdim olunmuş, Məhkəmənin 3(005)-772/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Biliririk ki, icra sənədi üzrə borclu Şəxs tərəfindən apellyasiya və kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7591/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən hal uzun müddət icra işi üzrə icra tədbirlərin dayandırılması ilə nəticələnmişdir. Həmçinin Nərimanov rayon Məhkəməsinin 8(005)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş avtomobillərin axtarışı haqqında qərarın icra vəziyətinə dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə BDYPİ-yə xatırlatma məktubu göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin hissə- hissə icra edilməsi üçün Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş, lakin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-436/2022 saylı, xx.xx.2022-ci il tarixli qərdadına əsəsən borclu Şəxs tərəfindən verilmiş ərizə təmin edilməmişdir. “Elektron İcra" İnformasiya sistemi vasitəsi ilə borclu Şəxs adına Beynəlxalq Bank ASC-də olan bank hesabı aşkar edilərək xx.xx.2022-ci il tarixdə inkasso sərəncamları tətbiq edilmişdir. Bundan “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə borclu Şəxs həyat yoldaşı X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev-mən 132 mənzilin olması müəyyən olunmuş, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən məlum mənzilin üzərinə həbsin qoyulması haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********14 saylı məktuba əsasən məlum əmlakın üzərinə qadağa qoyulmuş, daha sonra isə borclu Şəxs həyat yoldaşı X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev -mən 132 mənzilin 1/4 hisəsinin üzərinə həbs qoyulmasına dair xx.xx.2022-ci il tarixli təqdimatla məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-553/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs mhəyat yoldaşı X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev -mən 132 mənzilin 1/2 hisəsinin üzərinə həbs qoyulmasına dir təqdimat təmin edilməmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXMin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, üzərinə düşən öhdəliyin məsuliyyətini və borcu ödəmək vəzifəsi olduğunu başa düşür. Lakin, maddi imkanının olmamasından, borcunu vaxtında ödəyə bilməmişdir. Borcundan cəmi 1.500 manat ödəmişdir, borcunu ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 40000 manat və 2000 avro məbləğində pul iddiaçı X2 xeyrinə ödənilməlidir; Füzuli Rayon Məhkəməsinin 2(064)-1892/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən görünür ki, borclu Şəxs 3381,71 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” 02 dekabr 2020-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 17/69-№13946-8 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(064)-1892/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Həmçinin, müvafiq qərar və bildiriş Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. “İcraata başlamaq haqqında” 02 dekabr 2020-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında e212142/2020-15-26-003 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş “İcraata başlamaq haqqında” 02 dekabr 2020-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında e212142/2020-15-26-002 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Həmçinin, müvafiq qərar və bildiriş Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)- 772/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi xətanı etiraf etməsini əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 dekabr 2022-ci il tarixdən saat 15:15-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3707/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3707/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver