Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3708/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs “X15” publik hüquqi şəxsin direktoru X5 nümayəndəsi və vəkili “Defendo” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan X5 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12 Bakı şəhər idarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. X12 Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında X19 xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Həmin Qərarda onun İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən 1500 manat cərimələndiyi göstərilmişdir. Qərarda müəyyən edilmişdir ki, o, vətəndaş Mehdiyev Anarla aralarında bağlanmış əmək müqaviləsini ləğv edərkən inzibati xətaya yol vermişdir. X12 Bakı şəhər idarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, vətəndaş Mehdiyev Anarla aralarında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə 18-1-19/3-1- 589/2023 saylı əmrlə Əmək Məcəlləsinin 70.ç bəndi ilə ləğv edilmişdir. Əmr tam qanuni və əsaslıdır. Lakin vətəndaş Əmək Müfəttişliyinə müraciət edərək müəssisədən şikayətçi olmuşdur. Qərarın müzakirəsində etibarnamə üzrə nümayəndəsi Pərvin Abbasov və Nümayəndə iştirak etmişdir və həmin tarixdə yəni xx.xx.2023-cü il tarixdə vəsatət vermişdir. İnzibati Xətalar Məcəlləsinin 52-ci maddəsinin tələbləri X7 Bakı şəhər idarəsi tərəfindən pozulmuşdur. Vəsatətdə qeyd olunmuşdur ki, vətəndaşın eyni vaxtda eyni predimet üzrə məhkəməyə müraciət etdiyini nəzərə alaraq inzibati icraatın dayandırılması zəruridir. Eyni mübahisə üzrə yalnız Məhkəmənin icraatında olan iş üzrə Qərar verilməli olduğunu bilərək vəsatət vermişlər. X12 Bakı şəhər idarəsi tərəfindən belə qənaətə gəlinib ki, Anar Mehdiyevin əmək müqaviləsi ləğv olunarkən Tibb Müəssisəsində fəaliyyət göstərən Həmkarlar Komitəsinin rəyi işçinin əmək müqaviləsinin ləğvinə imkan vermir. Bütün bu müzakirələr nümayəndəsinin xahişi ilə video görüntü əsasında aparılıb. Qeyd etdiyi bütün xüsusatlar həmin video görüntülərdə əksini tapıb. Qeyd etdiklərinin nəzərə alaraq X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs “X15” publik hüquqi şəxsin direktor X5 nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X12 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, X4 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək “X15” publik hüquqi şəxsin direktor X8 tərəfindən əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilməsini bildirmişdir. Bu səbəbdən də araşdırma aparılaraq “X15” publik hüquqi şəxsin direktor X8 tərəfindən əmək qanunvericilinin tələblərinin pozulması müəyyən edilərək İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək 1500 manat məbləğində cərimə cəzası müəyyən edilmişdir. Həmin qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 izahatında göstərmişdir ki, 27 sentyabr 2023-cü il tarixindən onların işlədikləri xəstəxana təmirə bağlandığı üçün 6 saylı Xəstəxanaya köçürülmüşlər. Həmin gün işə gecikmişdir. Bu səbəbdən də işə gecikməsi ilə bağlı izahat yazılması tələb edilmişdir. O isə izahat yazmışdır. Elə həmin gün bildirilmişdir ki, Şuşa şəhərinə ezam olunmuşdur. Səhhətində problemlər olması səbəbindən, yəni xroniki xəstəliyi olduğu üçün həkim qəbuluna getməli olduğunu, əgər indi gedə bilməsə növbəti dəfə həkimə getməyinin mümkün olmadığını bildirmişdir. Yazdığı izahatda isə işə gecikməyi ilə bağlı məsələyə, həm də ezam məsələsinə münasibət bildirmişdir. Həmin gündən iki-üç gün sonra onunla telefon vasitəsilə əlaqə saxlayaraq 04 oktyabr tarixində gedib əmək kitabçasını götürməyini bildirmişlər. Belə halın baş verəcəyini heç vaxt ağlına belə gətirməmişdir. Ümumiyyətlə 2007-ci ildən bəri işlədiyi müddət ərzində Fazil müəllimin rəhbərliyinə qədər yalnız bir neçə dəfə işə gecikmişdir. Barəsində tətbiq edilmiş şiddətli töhmətdən isə ümumiyyətlə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahatında göstərmişdir ki, “X15”nin Həmkarlar İttifaqı 02 oktyabr 2023-cü il tarixli iclası onun sədrliyi ilə keçirilmişdir. İclasda müzakirə olunan məsələlərdən biri də X9 işdə yol verdiyi nöqsanlar ilə bağlı olmuşdur. X9 həmin iclasda iştirakı təmin edilmişdir. X2 işdə yol verdiyi nöqsanlar, işə geçikməsi, tərəfindən öhdəliklərinin yerinə yetirilməməsi, bu barədə məlumatlandırılmış olması, 2023-cü ilin aprel ayında işdə yol verdiyi nöqsanlara görə barəsində şiddətli töhmət tətbiq edilməsi müzakirə olunaraq “X15”PHŞ-nin rəhbərliyi tərəfindən onun barəsində müvafiq qərara etiraz edilməməsi qərara alınmış, barəsində həkimlər tərəfindən mümkün qədər humanist qərar qəbul edilməsi tövsiyyə edilmişdir. Məhkəmə, tərəflərin və şahidlərin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, “X15” publik hüquqi şəxsin direktoru X8 Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. “X15” publik hüquqi şəxsin direktoru X8 tərəfindən “X15”nin Həmkarlar Komitəsinə ünvanlanmış 02 oktyabr 2023-cü il tarixli müraciətdən görünür ki, X9 əmək müqaviləsinə xitam verilməsinə və barəsində intizam tənbeh tədbirinin seçilməsi məsələsinə münasibət bildirilməsi “X15”nin Həmkarlar Komitəsindən xahiş olunmuşdur. “X15”nin Həmkarlar İttifaqı iclasının 02 oktyabr 2023-cü il tarixli, 16 nömrəli protokolundan görünür ki, həkimlər Mikayılov Rasim və Mehdiyev Anar barəsində qeyd olunan intizam qaydalarının pozulmasına görə NTM PHŞ-in rəhbərliyi tərəfidən həkilmər barəsində veriləcək müvafiq qərara HİK etiraz etmir. HİK olaraq NTM rəhbərliyindən həkimlər barəsində mümkün qədər humanist qərar verilməsi tövsiyyə olunmuşdur. “X15” publik hüquqi şəxsin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Məmmədov tərəfindən imzalanmış 04 oktyabr 2023-cü il tarixli Əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cərrahiyə şöbəsinin həkim-ümumi cərrahı X11 ilə 2011-ci il 28 fevral tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 04 oktyabr tarixindən xitam verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi qeyd edilmişdir. 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X5 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində inzibati tənbeh qərarı qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati tənbeh qərarını qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən X13 ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq xitam verilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Yəni, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkib hissəsinin yaranmasına əsas olan hallar mövcud deyildir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsində əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilə bilməsini təsbit edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X15” publik hüquqi şəxsin direktoru X8, X9 əmək müqaviləsinə xitam verilməsinə və barəsində intizam tənbeh tədbirinin seçilməsi məsələsinə münasibət bildirilməsi üçün “X15”nin Həmkarlar Komitəsinə müraciət etmişdir. “X15”nin Həmkarlar İttifaqı iclasının 02 oktyabr 2023-cü il tarixli, 16 nömrəli protokoluna əsasən qeyd olunan intizam qaydalarının pozulmasına görə “X15” PHŞ-in rəhbərliyi tərəfidən həkim Anar Mehdiyev barəsində veriləcək müvafiq qərara HİK etiraz etməmişdir. HİK olaraq “X15” PHŞ-in rəhbərliyindən həkimlər barəsində mümkün qədər humanist qərar verilməsi tövsiyyə olunmuşdur. Beləliklə vəzifəli şəxs X8 tərəfindən X9 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin normalarına əməl olunmuşdur. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, “X15” publik hüquqi şəxsin direktoru X8 tərəfindən X9 əmək müqaviləsinə xitam verilməsində qanun pozuntusuna yol verməsi heç bir sübutla öz təsdiqini tapmır, inzibati orqan iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmiş və əsassız olaraq vəzifəli şəxs tərəfindən İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrək onu inzibati məsuliyyətə cəlb etmiş və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXMin 12.1-ci maddəsi). Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X8 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X8 Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin: 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3708/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3708/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver