Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3708/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, X4 Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətdən görünür ki, “VAZ-2107” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Ceyhun Hacıbəyli 102 ünvanında yol hərəkəti qayda pozuntusu törədilməsinə görə, xx.xx.2024-cü il tarixində EQ/22702484 saylı elektron qərar tərtib edilmiş və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X6 barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qeyd edilən avtomobil oğlu X2 adınadır və onun tərəfindən idarə olunur. Yol hərəkəti qaydası onun tərəfindən pozulmuşdur. Lakin, onun adına etibarnamə olduğu üçün elektron qərar yanlış verilmişdir. Belə ki, onun sürücülük hüququ xx.xx.2023-cü il tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə 2 il müddətinə məhdudlaşdırılmışdır. Həmin tarixdən də nəqliyyat vasitəsini idarə etmir. Etibarnamənin gələcək fəsadlarının olacağını bilmədiyinə görə, etibarnəməni vaxtında ləğv etdirməmişdi. Hal-hazırda qeyd edilən avtomaşını idarə olunması barəsində ona verilmiş etibarnamə ləğv edilmişdir. Digər tərəfdən də, onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması və ciddi xəstəliyi ilə əlaqədar avtomobili idarə etmək imkanına malik deyildir. Eyni zamanda, mən yol hərəkəti qaydalarının pozulması barədə məlumatlı olmamuşdur. Əgər bu barədə məlumatlı olsa idi, bir ailədə yaşadığı oğluna məlumat verər və vaxtında tədbir görülərdi. X1 İş fəaliyyəti ilə əlaqədar avtomaşınıdan müntəzəm istifadə edir. Yol polisi müfəttişləri tərəfindən avtomobil saxlanılmamış və ona xəbərdarlıq edilməmişdir. Cari ilin sentyabr ayının 8-də avtomobilin növbəti texniki baxışı zamanı avtomobillərin texniki müayinəsi mərkəzində qeyd edilən yol hərəkəti qayda pozuntusunun törədilməsi barədə məlumat alınmışdır. Müayinə mərkəzindən məsləhət görüldüyü kimi, yanlış tərtib edilmiş elektron qərarın ləğvi ilə əlaqədar, Baş X11i idarəsinə tərəfimizdən rəsmi müraciət olunmuş və 02 oktyabr 2024-cü il tarixli, № 3-13-16/2-N-149587 saylı məktubla cavab verilmişdir. Cavab məktubunda qeyd edilir ki, “VAZ-2107" markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qayda pozuntuları törədilməsinə görə barənizdə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayətinizə qanunvericiliyin tələbinə əsasən qərardan şikayət vermə müddəti ötürüldüyündən baxılmamışdır. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə qeyd edilən şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22702484 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixində, saat 09:44:44 radələrində Bakı şəhəri, Ceyhunbəy Hacıbəyli yaxınlığında Vaz 21074 minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X4 İXM-nin 346.9-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X4 İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törədib törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X4 İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə dayanma və ya durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X4 barəsində Baş X11 İdarəsinin xx.xx.2024-cü il inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3708/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3708/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver