Məhkəmə qərarları › İş №3(005)-3708/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3708/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3708/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4, Şərur MTK-nin nümayəndəsi X3 iştirakları ilə, Şərur MTK-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şərur MTKnin rəhbəri Şəxs barəsində MN seriyalı, ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, icra sənədinin icrası Şərur MTK-nin rəhbəri Şəxs tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, tələbə biganə yanaşılmışdır. Nəticədə Şərur MTK-nin rəhbəri Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək Şərur MTK-nin rəhbəri Şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şərur MTK-nin nümayəndəsi X5 MN seriyalı, ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola etiraz edərək, üzərinə həbs qoyulmuş əmlakrada dair məhkəmə qərardadı ləğv olunmuş və yenidən baxışa qaytarılmışdır. Lakin buna baxmayaraq müəssisənin balasında olan iki dəyərli avtomobili icra şöbəsinə təklif etmişlər və bu barədə ərizə vermişlər. Qeyd olunan avtmobillər satıldığı təqdirdə borc tam bağlanacaqdır. Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur.Qeyd edilən icra vərəsəqinin icrasından qərəzli boyun qaçırılmır və qısa zamandan ödəniş ödəniləcəkdir. Qeyd edilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şərur MTK-nin rəhbəri Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)- 94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativindən cəmi 482.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) və 2.223 manat məhkəmə xərcləri tutularaq X2 ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü İcrası ilə bağlı borcluya bildiriş göndərilmişdir (icra məmuru Rafail Səfərov, xx.xx.2025-ci il tarixdən böyük icra məmuru İmran Cəfərquliyev).İcraat zamanı borclu hüquqi şəxsin mülkiyyətində 11 ədəd (“BMWXM Hibrid “ minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanli, “KİA RİO” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, ’’Kamaz” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, “DONG FENG DFL5311GFLA4” yük markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, “JİUSHENG JS - HQCD25T056” xüsusi təyinatlı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “KİA Carnival” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nömrəli, ’’X13 Plug-İN” hibrid markalı, **-YA-*** dövlət qeydiyyat nömrəli, “Lexus LX600” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, Toyota Hilux” minik markalı, **- PZ-*** dövlət qeydiyyat nömrəli və “X13 MY25 Plug-İn” hibrid minik markalı,**-PO-*** dövlət qeydiyyat nişanlı avtomobil) və 2 ədəd (Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal- 1 qeyri yaşayış binası, Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi şosessi,200E saylı) daşınmaz əmlakın olduğu müəyyən edilmiş və icra məmurunun 21,06.2025-ci və xx.xx.2025-çi tarixli qərarları ilə həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Həyata keçirilmiş icra tədbirləri nəticəsində borcluya məxsus “Kia Rio” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nömrəli və Toyota Hilux” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nömrəli avtomobillər saxlanılaraq Nərimanov Rayon İnzibati ərazisində yerləşən meydançaya yerləşdirilmişdir. İcra haqqında “Azərbaycan Respublikasının Qanunun 10.1 -ci maddəsinə əsasən borclu hüquqi şəxdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Tələb borclu hüquqi şəxs tərəfindən könüllü təmin edilmədıyindənj “Elektron icra” İnformasiya sistemi vasitəsi ilə aşkar edilmiş bank hesablarına inkasşo sərəncamları tətbiq edilmiş və bank hesabından 62560.37 manat məbləğində pul tutularaq tələbkarın bank hesabına köçürülmüşdür. Hal hazırda icra sənədi üzrə 759062,63 manat borc mövcuddur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativindən cəmi 482.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) və 2.223 manat məhkəmə xərcləri tutularaq X2 ödənilməsi nəzərdə tutulmuşdur. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativindən Ali Məhkəməsinin 2-2(102)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin könüllü icra edilməsi barədə məlumat verilmişdir. Borclunun əmlakı üzrərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görüünr ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin mülkiyyətində olan Kia Rio minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Borclunun əmlakı üzrərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərar görüünr ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin mülkiyyətində olan X13 Plug-İn Hibrid minik markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8(005)- 568/2025 nömrəli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1 borclu "Şərur” MTK-nın mülkiyyətində olan “Lexus LX 600” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, “X13 Plug-İn” hibrid minik markalı, 10- YA200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, “X13 MY25 Plug-İn" hibrid minik markalı, **-PO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə 21,06.2025-ci il tarixli qərarı, “Toyota Hilux” minik markalı, **-PZ-*** nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, “JİUSHENG JS-HQCD25T056” xüsusi təyinatlı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, “KİA Carnival” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, “BMW XM Hibrid” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, "Kia Rio" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, “Kia Rio” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(103)-504/2025 saylı qərarından görünür ki, maraqlı şəxs X6 (Bakı şəhəri Nərimanov İcra Şöbəsinin) şikayəti təmin edilməmişdir. Məhkəmə, işdə olan sənədləri araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şərur MTK-nin rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədi üzrə tələb borclu tərəfindən qismən yerinə yetirilmişdir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8(005)-568/2025 nömrəli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1 borclu "Şərur” MTK-nın mülkiyyətində olan “Lexus LX 600” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025ci il tarixli qərarı, “X13 Plug-İn” hibrid minik markalı, 10-YA200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, “X13 MY25 Plug-İn" hibrid minik markalı, **-PO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə 21,06.2025-ci il tarixli qərarı, “Toyota Hilux” minik markalı, **-PZ-*** nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, “JİUSHENG JS-HQCD25T056” xüsusi təyinatlı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025ci il tarixli qərarı, “KİA Carnival” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, “BMW XM Hibrid” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, "Kia Rio" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı, “Kia Rio” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv olunmuşdur. Eyni zamanda müəssisə tərəfindən bir neçə avtomobil icra şöbəsinə təklif olunmuş və qeyd edilən avtomobillər satışa çıxaralaraq tələbkarın borcu ödəniləcəkdir. Təqdimatdan da görünür ki, həyata keçirilmiş icra tədbirləri nəticəsində borcluya məxsus “Kia Rio” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nömrəli və Toyota Hilux” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nömrəli avtomobillər saxlanılaraq Nərimanov Rayon İnzibati ərazisində yerləşən meydançaya yerləşdirilmişdir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şərur MTK-nin rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 icra sənədinin icrası ilə bağlı borclu Şərur MTK-nin rəhbəri Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şərur MTK-nin rəhbəri Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar