Məhkəmə qərarları › İş №3(005)-371/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-371/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-371/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Bay Ulu” mağazasının rəhbəri “xxxx” MMC-nin direktoru Şəxs Şevket oğlunun iştirakı ilə, “Bay Ulu” mağazasının rəhbəri “xxxx” MMC-nin direktoru Şəxs Şevket oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli, 2(005)-2360/2019 nömrəli icra sənədinin icrası ilə bağlı borclu “Bay Ulu” mağazasının rəhbəri “xxxx” MMC-nin direktoru Şəxs Şevket oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir MN seriyalı ******* nömrəli, 28 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli, 2(005)-2360/2019 nömrəli icra sənədi üzrə borclu “Bay Ulu” mağazasının rəhbəri “xxxx” MMC-nin direktoru Şəxs Şevket oğlu tələbkara olan borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə, borclu MMC-nin rəhbəri Şəxs Şevket oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İnzibati xəta haqqında protokola əlavədən görünür ki, borclu “Bay Ulu” mağazasının rəhbəri “xxxx” MMC-nin direktoru Şəxs Şevket oğlundan 2030 manat məbləğində pul alınaraq X3 ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2360/2019 saylı, 03.06.2019-cu il tarixli icra vərəqəsi 24.08.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Sözü gedən qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya şəxsən təqdim edilmiş, lakin icra sənədi könüllü icra müddətində icra edilməmişdir. Borclunun ünvan 1 ünvanda fəaliyyət göstərdiyi mebel mağazasına dəfələrlə gedilsə də, Şəxs kobud formada mağazanı dərhal tərk etməkləri, tələbkara heç bir borc ödəməyəcəyini, onu süründürəcəyini bildirərək borcu ödəməkdən yayınmışdır. Borclu sonradan həmin vəsaitin onun əmək haqqına yönəldilməsi barədə şöbəyə ərizə ilə müraciət etmiş, göstərilənlərə əsasən tərəflərindən həmin məbləğin borclunun əmək haqqına yönəldilməsi barədə qərar qəbul edilərək icra edilməsi üçün şirkətə rəsmən təqdim edilmişdir. Göstərilənlərə baxmayaraq tələbkarın xeyrinə tutmaların aparılması təmin edilməmiş və nəticədə tələbkarın şöbədən narazılığına, şikayətinə və rəhbərliyin qəbuluna yazılmasına səbəb olmuşdur. Hüquqi şəxsin direktoru Şəxs Şevket oğluna, o cümlədən digər səlahiyyətli şəxslərə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 3(005)- 371/2021 saylı qərarından görünür ki, “Bay Ulu” mağazasının rəhbəri “xxxx” MMC-nin direktoru Şəxs Şevket oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 30.03.2021-ci il tarixli, 3(103)-705/2021 saylı qərarından görünür ki, Şəxs Şevket oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Şəxs Şevket oğlunun barəsində olan 12 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Bay Ulu” mağazasının rəhbəri “xxxx” MMC-nin direktoru Şəxs Şevket oğlu icra sənədi üzrə borcunu ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin nümayəndəsinin və tələbkarın iştiraklarıı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli, 2(005)- 2360/2019 nömrəli icra sənədindən görünür ki, borclu “Bay Ulu” mağazasının rəhbəri “xxxx” MMC-nin direktoru Şəxs 2000 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu X7 borclunun xeyrinə tutulmalıdır; “İcraata başlamaq haqqında” 24 avqust 2020-ci il tarixli qərardan və həmin tarixli e121962/2020-15-26-002 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli, 2(005)-2360/2019 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; X1 tərəfindən yazılmış 30.03.2021-ci il tarixli ərizənin və qəbzin surətindən görünür ki, “Bay Ulu” mağazasının rəhbəri “xxxx” MMC-nin direktoru Şəxs Şevket oğlu tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli, 2(005)-2360/2019 nömrəli icra vərəqəsi üzrə ona ödənilməli olan 2030 manat tam olaraq ödənilmişdir və borclunun hazırda ona qarşı heç bir borcu qalmamışdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şevket oğlunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs Şevket oğlunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli, 2(005)-2360/2019 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs Şevket oğlunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Bay Ulu” mağazasının rəhbəri “xxxx” MMC-nin direktoru Şəxs Şevket oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli, 2(005)-2360/2019 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar