Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3714/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsi tərəfindən İXP seriyalı xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq piyada X1 “Yüngül” dərəcəli bədən xəsarəti yetirmişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: xx.xx.2023-cü il tarixli, HK-1 № 1218 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:43-da DİN-in 102 XZM-dən məlumat daxil olmuşdur ki, vətəndaş Şəxs Ak.H.Əliyev küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində HYUNDAİ markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etdiyi zaman qarşısına LEXUS markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin çıxması səbəbi ilə YNH olması qarşı tərəfin sürücüsünün xəsarət almasını, həmin şəxsin polis əməkdaşı olmasını bildirmişdir. xx.xx.2023-cü il tarixli, HK-2 № 20009 nömrəli raportdan görünür ki, xx.xx.2023-ci il tarixdə saat 11:50-də, X8 həkim Nurmmədov məlumat verərək bildirmişdir ki, H.Əliyev küçəsində baş vermiş YNH-si zamanı, xx.xx.1994-cü il təvəllüdlü X5 qapalı kəllə-beyin travması, sağ qaş və burun nahiyyəsinin əzilməsi xəsarətləri almışdır. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 00:09 radələrində, “Kral R.C” rent a car şirkətindən yol vərəqəsi əsasında əldə edərək idarə etdiyi “Hyundai Sonata” markalı ** MA *** d.q.n-lı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, AK.Həsən Əliyev küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində AK.Həsən Əliyev küçəsi ilə düzünə hərəkət edirmiş. Bu zaman o yolayrıcında olan svetofora diqqət etməmiş və svetoforun qadağan edici qırmızı işıqmda hərəkətimi davam etdirmişdir. Yolayrıcında sağdan M.Qaşqay küçəsi ilə svetoforun yaşıl işıqmda hərəkət “Lexus ES300” markalı 10-SR- 557 d.q.n-lı avtomobil ilə toqquşmuşdur. Hadisə baş verən zaman o təxminən 65-70 km/saat sürətlə hərəkət edirmiş. Hadisə baş verən zaman o əyləcdən istifadə etmiş, bundan başqa mümkün qədər hadisədən yayınmağada çalışsada hadisənin qarşısını ala bilməmişdir. Aparılan araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 00:09 radələrində o, özünə məxsus olan “Lexus ES300 Hibrid minik” markalı **-SR-*** d.q.n-lı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi ilə AK.Həsən Əliyev küçəsi ilə kəsişməsində hərəkətdə olan zaman sola yəni Azadlıq prospekti istiqamətində svetoforun icazə verici yaşıl işıqı yandıqdan sonra dönərkən soldan yəni AK.Həsən Əliyev küçəsi ilə hərəkətini düzünə davam etdirən “Hyundai Sonata” markalı avtomobilin sürücüsü hərəkətini qırmızı işıqda davam etdirirək avtomobilinin sol yan hissəsindən vurmuşdur. Hadisə nəticəsində o qaş nahiyəsindən və burun nahiyəsindən xəsarət almışdır. Hadisə baş verən zaman o hərəkətə yenicə başlamışdır belə ki, təxminən 15-20 km/saat sürətlə hərəkət edirmiş. Hadisə baş verən zaman o əyləcdən istifadə etməmişdir belə ki, həmin avtomobilin sürücüsü qəfildən qırmızı işıqda keçmiş o hadisənin baş verəcəyini düşünməmişdir. O almış olduğu xəsarət ilə bağlı olaraq “Baku Medical” xəstəxanasına müraciət etmişdir. MTE-dən keçmək istəyir belə ki, xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli 1394 saylı ekspert rəyindən görünür ki, X3 aşkar olunmuş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözün üst qapağının və sol qaş nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsicərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, burun belinin səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nərimanov rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3714/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3714/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver