Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3716/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1984-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Tuqay Mehtiyevin 21 noyabr 2023-cü il tarixli qərarından və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023cü il tarixdə idarə etdiyi “Range Rover” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi ilə X8 küçəsinin kəsişməsində ehtiyatsızlıq edərək düzgün ara məsafəsi seçmədiyinə görə piyadaçı X7 yüngül bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxsə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təhqiqat araşdırması üzrə izahatı alınmış Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 02:50 radələrində Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi ilə üzü Dərnəgül istiqamətinə qaynatası X1 məxsus “Range Rover” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman Müzəffər Nərimanov küçəsi ilə X8 küçəsinin kəsişməsində anidən olaraq piyada yolu keçdiyində əyləcdən istifadə edib avtomobili saxlamağa çalışsa da, həmin piyadaya dəydiyini bildirmişdir. Bundan sonra həmin oğlanı avtomobilə əyləşdirirək müayinə olunması üçün KTM-ə və oradan da Travmatologiya xəstəxanasına apardığını və sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etdiyini bildirmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman o, təxminən 50 km/saat sürətlə hərəkət etdiyini, hadisə baş verən zaman spirtli içkili olmadığını, həmin günü qayınatası yorğun olduğu və xəstə olduğu üçün ona məxsus olan “Range Rover” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyini və onu yaşadığı evə aparmağını dediyi üçün avtomobili idarə etdiyini bildirmişdir. Araşdırma zamanı vətəndaş X7 ərizə və izahatında göstərmişdir, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 02:50 radələrində Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi ilə X.R.Ulutürk küçəsinin kəsişməsində yerləşən yolu keçərkən “Range Rover” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurduğunu bildirmişdir. Hadisə ilə bağlı həmin avtomobili sürən Şəxs ilə barışdığını, onun bütün xəstəxana xərclərini və ona dəymiş maddi ziyanı tam ödədiyi üçün onun barəsində heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 02:50 radələrində Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi ilə üzü Dərnəgül istiqamətinə ona məxsus “Range Rover” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilini yeznəsi Şəxs idarə etdiyində Müzəffər Nərimanov küçəsi ilə X8 küçəsinin kəsişməsində anidən olaraq piyada yolu keçdiyində Natiq əyləcdən istifadə edib avtomobili saxlamağa çalışsa da, həmin piyadaya dəymişdir. Bundan sonra həmin oğlanı avtomobilinə əyləşdirirək müayinə olunması üçün KTM-ə və oradan da Travmatologiya xəstəxanasına aparmışdırlar. Bundan sonra Nərimanov RPİdə aparılan araşdırmada iştirak etmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman yeznəsi Şəxs təxminən 50 km/saat sürətlə hərəkət etdiyini, həmin günü o, yorğun olduğu və xəstə olduğu üçün ona məxsus olan “Range Rover“markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili yeznəsi Şəxs sürmək üçün verdiyini və onu yaşadığı evə aparmasını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 20 noyabr 2023-cü il tarixli, № 298-M nömrəli MTE-nin rəyindən görünür ki, X5 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət-sağ baldırın hematoması küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Vüsal Həsənov tərəfindən tərtib edilmiş HK-1 №-1211 nömrəli, xx.xx.2023-cü il tarixdə saat 03:20-də KTM-dən həkim Qasımova məlumat verərək bildirdi ki, 1999-cu il təvəllüdlü X4 17-ci PŞ-nin qarşısında avtomsın vurması barədə məlumat verdi. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 1 Saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; 2/40588 nömrəli, xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3716/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3716/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver