Məhkəmə qərarları › İş №3(005)-3718/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3718/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3718/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 19 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs 08 oktyabr 2022-ci il tarixdə idarə etdiyi “Tufan M 50” markalı moped ilə Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsində “Toyota Prius” minik markalı, **- EL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nin polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Nərimaov Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, barəsində inzibati qaydada protokol tərtib edilmiş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Nərimanov Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin və barəsində inzibati qaydada protokol tərtib edilmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nin polis kapitanı X1 tərəfindən tərtib edilmiş 19 noyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2022-ci il tarixdə idarə etdiyi “Tufan M 50” markalı moped ilə Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsində “Toyota Prius” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. xx.xx.2022-ci il tarixli, 2/24411 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə“ haqqında protokoldan görünür ki, hadisə vaxtı Şəxs sərxoş vəziyyətində olmamışdır. “Azərbyacn Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 078-HK-1/1099 nömrəli ekspert rəyindən görünür ki, Şəxs sağ dirsək oynağının siyrığı, sağ aşıq-baldır oynağının sıyrığı və əzilməsi küt əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixə uyğun gəlmiş və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs idarə etdiyi 8 oktyabr 2022-ci il tarixdə təxminən saat 18:00 radələrində özünə məxsus texniki cəhətdən saz olan “Tufan M 50” markalı moped ilə saat 50-60 km sürətlə Bakı şəhəri, Nərimanov rayon, Heyədər Əliyev prospektini köməkçi yolu ilə A.Neymətulla küçəsinin kəsişməsi yaxınılığına çatanda hərəkətdə olduğum zolaqdan sağ zolağa keçmiş və həmin anda ondan sağ zolaqda hərəkətdə olan “Toyota Prius” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol tərəf fara hissəsi idarə etdiyi mopedin arxa təkərinə dəymişdir. Aparılmış təhqiqat araşdırmaları ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Hadisə Şəxs ehtiyyatsızlığı nəticəsində baş verdiyindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuş, Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsi üçün materiallar Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar