Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3720/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin nümayəndəsi X5, Barəsində iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X1 iştirakları ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin direktoru X7 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixli 3-17-5/2-42039/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X9 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X6 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə Şəxs MMC-nin direktoru X7 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş, X.Məmmədovun əmək haqqından hər ay 50% olmaqla 3000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 iş günü ərzində Xidmətə yazılı formada məlumat verilməsi barədə hüquqi şəxsə xx.xx.2025-ci il tarixli 3-17-5/2-A-42039/2025 nömrəli məktub ünvanlanmış, həmin məktub xx.xx.2025-ci il tarixdə ünvana çatdırılmış, lakin 3 iş günü ərzində tədbir görülməsi barədə Xidmətə məlumat verilməmişdir. Bu səbəbdən hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMCnin barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili X2 bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-3234 saylı qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan səlahiyyətli orqan tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli 3(103)-2868/2024-cü il tarixli qərarına əsasən şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. X6 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarından Şəxs MMC Müfəttişliyin müvafiq tədbirlərin görülməsi barədə məktubu daxil olduqdan sonra xx.xx.2025-ci il tarixdə məlumatlı olmuş, qərar onlara həmin vaxt təqdim edilmişdir. Hüquqi şəxslə bağlı eyni məsələyə görə icraata xitam verilməsi haqqında qəti qərar olduğuna görə Müfəttişliyin həmin məktubunda nəzərdə tutulan qərarı mübahisələndirmək üçün səlahiyyətli orqanın qərarın ləğv edilməsi üçün dəfələrlə şikayət edilmişdir. Belə ki, hüquqi şəxs həmin qərarla razı olmamışdır. Nəticə də Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-45994/2023 nömrəli qərarına əsasən Şəxs MMC-nin direktoru X7 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin 16 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bunları nəzərə alaraq, hüquqi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin direktoru X7 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixli 3-17-5/2-42039/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-A-57602/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar üzrə Şəxs MMC-nin direktoru X3 əmək haqqından hər ay 50% olmaqla 3000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 iş günü ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılacağı barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-3234/2025 saylı qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3- 17-5/1-45994/2023 nömrəli qərarından görünür ki, Şəxs MMC-nin baş direktoru X7 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5 və 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-A-57602/2025 nömrəli “cərimənin ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi və 3 iş günü ərzində məlumat verilməsi barədə” məktubu xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin ünvanına çatmış, hüquqi şəxs həmin məktubla daxil olmuş X6 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə razı olmadıqları üçün onu mübahisələndirməklə səlahiyyətli orqana şikayət etmiş, nəticədə Xidmətin xx.xx.2025-ci il tarixli 3-17-5/1-45994/2023 nömrəli qərarı ilə icrası üçün tədbir görülməsi tələb olunan qərar ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi hüquqi şəxs qeyd olunan qərarın icrası ilə bağlı tədbir görməyərək onu hüquqi müstəvidə mübahisələndirməklə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən hərəkətsizliklə, subyektiv cəhətdən isə bir başa qəsdlə törədilən inzibati xətadır. Belə ki, şəxs hərəkətsizlikdə ifadə olunan əməlinin hüquqazidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Hüquqi şəxsin direktoru tərəfindən məhz qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi qeyd olunan qərarın mübahisələndirilməsi ilə əlaqədar olduğuna görə İXMin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə yönələn qəsdin olması müəyyən edilmir. Beləliklə məhkəmə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs İnşaat Şirkəti barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 48-51, 53.1.2, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs İnşaat Şirkəti barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3720/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3720/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver