Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3722/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan EP ******* nömrəli, 21 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 146475.00 avro məbləğində vəsaiti 26 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 146475.00 avro məbləğində vəsait hesabına alınan malları ölkəyə daxil etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 27 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, SİM-TRANS şirkəti ilə müqaviləyə (05.08.22, № 22CT - 39) əsasən, sonradan ödəniş şərti ilə 3030 ton 42 709 048,20 RUB dəyərində buğda alınıb və 3 (üç) deklarasiya əsasında təqdim olunmuşdur. Alınan buğda məhsulu İMLİTEX AQRO şirkətinə xx.xx.2022 tarixli AQRO/22/07-07/1 saylı müqaviləyə əsasən Latviyaya 742 423,50 AVRO dəyərində satılmışdır və vəsait DİBA MMC-nin ABBda olan cari hesabına ödənilmişdir. DİBA MMC-nin SİM-TRANS şirkətinə mövcud olan 42 709 048,20 RUB borcdan xx.xx.2022-ci il tarixdə 10 000,00 ABŞ dolları (599 974,27 RUB əvəzi) ödəniş edilmişdir. (10131010/250822/3388516-12 634 566,30 RUB deklarasiya üzrə borcu azalaraq, 12 034 592,03 RUB təşkil etmişdir). Nəticədə 2 şirkət arasında qarşılıqlı borc yaranmışdır. xx.xx.2022-ci il tarixdə qarşılıqlı razılaşma əsasında borcların əvəzləşdirilməsi qərara alınmışdır. SİM-TRANS şirkətinə xx.xx.2022-ci il tarixli 22CT-50 saylı müqaviləyə əsasən ödənilmiş 707 265,00 AVRO (o cümlədən, xx.xx.2022 -146 475,00 AVRO) 05.08.22, № 22CT-39 saylı kontrakta əsasən deklarasiyalar üzrə olan DİBA MMC-nin SİM-TRANS şirkətinə olan borclarla əvəzləşdirilmişdir. 707 219,91 AVRO (o cümlədən, xx.xx.2022-146 475,00 AVRO) borca silinmişdir, 45.09 AVRO sonrakı əməliyyatlar nəticəsində əvəzləşmə aparılması qərara alınmışdır. Bu əməliyyatlar nəticəsində SİM-TRANS şirkətindən 05.08.22,№22CT-39 saylı müqaviləyə əsasən tərəflərindən alınaraq satılan mallar müqabilində 742 423,50 AVRO məbləğində vəsait xaricdən valyuta şəkilində ölkəyə daxil olmuş və xx.xx.2022-ci il tarixli 22CT-50 saylı kontrakta əsasən SİM-TRANS şirkətinə ödənilən məbləğ 707 265,00 AVRO (o cümlədən, xx.xx.2022 — 146 475,00 AVRO) olmuşdur, yəni ödənilən məbləğ daxil olan məbləğdən azdır. Göstərilənlərə əsasən, təsdiqedici sənədləri məhkəməyə təqdim edib Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş prtotokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 tərtib edilmiş protokolun məzmununa uyğun çıxış edərək məhkəmədən hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hüquqi şəxslə “Sim-Trans” şirkəti ilə bağlanılmış müqaviləyə əsasən ödənilmiş məbləğin qarşılığı olan mallar təyinatı üzrə ölkəyə çatdırılmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, 26 oktyabr 2022-ci il tarixdə Şəxs hesabından 146475.00 avro ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində EP ******* nömrəli, 21 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs tərəfindən SİM-Trans şirkəti ilə bağlanılmış müqaviləyə əsasən 42709048,20 rubl dəyərində buğda alınmasına dair razılıq əldə edilmişdir. Daha sonra alınan buğda məhsulu Azərbaycan Respublikasına idxal edilmədən İmlitex Aqro şirkəti ilə bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən həmin şirkətə satılmışdır. Nəticədə buğda məhsulu ölkəyə idxal edilməsə də, lakin həmin məhsulun İmlitex Aqro şirkətinə satılması nəticəsində əldə edilmiş valyuta vəsaiti qanunvericiliklə müəyyən olunmuş müddət ərzində ölkəyə qaytarılmışdır. Beləliklə, məhkəmə işin hallarını və qanunun tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3722/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3722/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver