Məhkəmə qərarları › İş №3(005)-373/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-373/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-373/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3 və 445.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin baş məsləhətçisi Eyvaz-zadə Tahir Cahad oğlu tərəfindən Şəxs MMC barəsində xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. “İnzibati xəta haqqında” protokoldan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı ünvan 1 ünvanında yerləşən “Elnur” aptekdə xx.xx.2021-ci il tarixdə Tarif (Qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə dərman vasitəsinin satılması və qiymətləri dövlət tərəfindən tənzimlənən malların satışı zamanı qiymət intizamı pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına dair” xx.xx.2021-ci il tarixli, 000004 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2021 xx.xx.2021-ci il tarixlərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-16.1.4-cü maddələrinə istinad edilərək yoxlamanın aparılması qərara alınmışdır. xx.xx.2021-ci il tarixli “Yoxlama suallarının siyahısı”ndan görünür ki, Tarif (Qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə dərman vasitəsinin satılmasının olub-olmaması və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı qiymət intizamına əməl edilib-edilməməsi ilə bağlı suallara cavab olaraq “tələb yerinə yetirilməmişdir” qeydi mövcuddur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidməti tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, 000004 nömrəli “Yoxlama aktı”ndan görünür ki, Tarif (Qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə dərman vasitəsinin satılması və qiymətləri dövlət tərəfindən tənzimlənən malların satışı zamanı qiymət intizamının pozulması aşkar olunmuşdur. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 209 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydaları”nın 6.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Şəxs MMC-nin direktor müavini X3 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, Arpeflyu (100 m Belorusiya) adlı preparat Tarif Şurasının köhnə tərtib etdiyi siyahıda olmamışdır.xx.xx.2021-ci il tarixdə siyahıya əlavə edilmişdir. Zaman məhdudluğundan yeni əlavə edilmiş dərman preparatlarının qiyməti barədə məlumatları olmamışdır. Buraxılan nöqsanı tez bir zamanda aradan qaldıracaqlarına və gələcəkdə bir daha təkrar olunmayacağına söz verirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2020-ci il tarixdə aparılan növbədənkənar yoxlama zamanı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışı və qiymət intizamının pozulması, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmaması faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3 və 445.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3 və 445.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3 və 445.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar