Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3733/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərər çəkmiş şəxs – X2, Müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 14 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-737/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-737/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx"xxxx"xxxx" MMC fəaliyyətini dayandırarkən 6 nömrəli Lənkəran vergilər idarəsinin qəbul etdiyi dəqiqləşdirilmiş son maliyyə hesabatının (ƏDV bəyannaməsinin, Mənfəət vergisi bəyannaməsinin, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin), 2016-cı ildə "xxxx" MMC (sonradan "xxxx" MMC) ilə "xxxx" MMC arasında bağlanmış 2.234.400 manatlıq malların alqı-satqı müqaviləsinin və elektron vergi hesab fakturasının, 2016-cı ilin mənfəət vergi bəyannamələrinin və əlavələrinin surətlərinin, 2016-cı ilin ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin surətlərinin (1, 2, 3, 4-cü rüb), 2016-2017-ci illərdə aparılan səyyar vergi yoxlamaları aktlarının surətlərinin, son yoxlamanın nəticəsi olaraq dəqiqləşdirilmiş hesabatların surətlərinin (ƏDV bəyannaməsinin, mənfəət vergisi bəyannaməsinin), xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək vergilər idarəsi tərəfindən təsdiqlənmiş şəxsi hesab vərəqələrinin surətləri borclular "xxxx" MMC və Şəxs alınaraq tələbkar X3 təqdim edilməlidir. Məlum icra sənədi Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1.2-ci maddəsinə əsasən Nərimanov rayon icra şöbəsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədində qeyd olunan sənədlər tələb edilmiş, borclu şöbədə xx.xx.2023-cü il tarixdə izahat verərək "xxxx" MMC ləğv prosesində olduğu üçün sənədlər arxivə təhvil verildiyini qeyd etmişdir. Borclunun izahatında göstərilənlərlə bağlı xx.xx.2023-cü il tarixdə 6 saylı Ərazi Lənkəran Vergilər Baş İdarəsinə və Dövlət Arxivinin Bakı filal;na sorğu göndərilmişdir. Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli, 3-48-4-4/2-2269/2023 saylı cavab məktubunda qeyd olunmuşdur ki, icra sənədində qeyd olunan sənədlər arxivə təhvil verilməmiş, həmçinin 6 saylı Ərazi Lənkəran Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********006400 saylı cavab məktubunda qeyd olunmuşdur ki, icra sənədində göstərilən sənədlərin təqdim edilməsi "xxxx" MMC və Şəxs üzərinə qoyulmuşdur. Borclu Şəxs şöbəyə dəvət olunmasına baxmayaraq çağrışa gəlmədiyi üçün barəsində icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli axtarış qərarı qəbul edərək Bakı şəhəri Nərimanov rayon polis İdarəsinə göndərilmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 çıxış edərək bildirmişdir ki, o, Astara rayonuna cəmi bir dəfə getmişdir. Vergi ödəmə bəyannaməsi 4-cü rüb üzrə və tam olaraq şəxsi hesab vərəqəsi təqdim edilmişdir. Onlara səyyar yoxlamaya dair akt lazımdır. Hazırda ona 2016-2017-ci illərin yoxlama aktı lazımdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, mümkün olan sənədləri elektron sistemdən çıxarıb tələbkara təqdim etmişlər. Odur ki, barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Vəkil çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs qətnaməni icra etməkdən yayınmır. Bu icra sənədi bir neçə icra şöbəsində olmuş və müvafiq məlumatlar şöbəyə təqdim edilmişdir. Onlar sənədlərin arxivə təhvil verilməsinə baxmayaraq elektron sistemdən müəyyən qədər çıxarda bildikləri sənədləri çıxarıb təqdim etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-737/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, "xxxx"xxxx"xxxx" MMC fəaliyyətini dayandırarkən 6 nömrəli Lənkəran vergilər idarəsinin qəbul etdiyi dəqiqləşdirilmiş son maliyyə hesabatının (ƏDV bəyannaməsinin, Mənfəət vergisi bəyannaməsinin, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin), 2016-cı ildə "xxxx" MMC (sonradan "xxxx" MMC) ilə "xxxx" MMC arasında bağlanmış 2.234.400 manatlıq malların alqı-satqı müqaviləsinin və elektron vergi hesab fakturasının, 2016-cı ilin mənfəət vergi bəyannamələrinin və əlavələrinin surətlərinin, 2016-cı ilin ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin surətlərinin (1, 2, 3, 4-cü rüb), 2016-2017-ci illərdə aparılan səyyar vergi yoxlamaları aktlarının surətlərinin, son yoxlamanın nəticəsi olaraq dəqiqləşdirilmiş hesabatların surətlərinin (ƏDV bəyannaməsinin, mənfəət vergisi bəyannaməsinin), xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək vergilər idarəsi tərəfindən təsdiqlənmiş şəxsi hesab vərəqələrinin surətləri borclular "xxxx" MMC və Şəxs alınaraq tələbkar X3 təqdim edilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-737/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2023-cü il tarixdə rəsmi qaydada bildirişə imza etməklə Şəxs tərəfindən icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildiriş qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, özünün izahatı və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, borclunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, borcunun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3733/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3733/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver