Məhkəmə qərarları › İş №3(005)-3735/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3735/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3735/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şikayətçi- X1 iştirakı ilə, X1 Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində ona məxsus Lada Vesta makalı, **-OD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi ilə hərəkətdə olan zaman YPX-nin əməkdaşının göstərişi ilə avtomobili kənara verib saxlamışdır. X3 yaxınlaşan özünü təqdim etməyən YPX-nin əməkdaşı saxlanmanın səbəbi kimi, nəqliyyat vasitəsinin arxa şüşələrinin pərdə ilə örtülməsi ilə bağlı olduğunu bildirdi. O, isə öz növbəsində həmin inspektora mövcud qaydalara əsasən nəqliyyat vasitəsinin arxa şüşələrinə pərdə çəkilməsinə icazə verildiyini və göstərilən əsasla onun nəqliyyat vasitəsinin saxlanmasının qanunsuz olduğunu bildirmişdir. Bundan bir neçə dəqiqə sonra X1 mobil telefonuna İXM-in 342.2.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmağı və inzibati qaydada 150 manat cərimə olunmağı barədə məlumat daxil oldu. X4 hərəkətdə olan nəqliyyat vasitəsini YPX-nin əməkdaşının “saxla" əmrinə əsasən dayandırmış, lakin nəqliyyat vasitəsini saxlayan inspektor tərəfindən onun barəsində kağız daşıyıcıda protokol tərtib edilmədən birbaşa elektron qaydada protokol və onun əsasında qərar qəbul olunmuşdur. X3 məxsus Lada Vesta makalı, **-OD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ban şüşələrinə qanunla istifadəsinə qadağan olunmuş hər hansı örtük çəkilməmişdir. Bundan sonra o, YPX əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokol əsasında qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın ləğvi olunması barədə şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2243/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinə tapşırılmışdır. xx.xx.2023-cü il tarixdə (050)-625-74-04 mobil nömrəmə göndərilmiş SMS-də xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən tərtib olunmuş İXP ******* nömrəli protokola əsasən ona məxsus olan **-OD-*** nömrəli avtomobilin 150 AZN cərimə olunduğu göstərilmişdir. Lakin həmin protokol əsasında ikinci dəfə inzibati məsuliyyətə cəlb olunmağı barədə qəbul olunmuş qərarın nömrəsi və tarixi barədə ona məlumat verilməmişdir. xx.xx.2023-cü il tarixdə İXP5543101 nömrəli protokol əsasında qəbul olunmuş qərar ona rəsmi qaydada verilmədiyindən (qərar ona təqdim edilmədiyindən onun nömrəsi və məzmunu barədə məlumatı olmayıb) qərardan şikayət vermə müddətini ötürməmək üçün mobil nömrəsinə daxil olmuş SMS-də göstərilən məlumatlar əsasında yenidən İXP5543101 nömrəli protokol əsasında qəbul olunmuş qərarın ləğv olunması üçün şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. O, Bakı şəhəri X6 İdarəsinə müraciət edərək xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı əldə etmişdir. X4 ona məxsus Lada Vesta makalı, **-OD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ban şüşələrində qadağan olunmuş örtük olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3 (005)- 2243/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, X1 **-OD-*** dövlət qeydiyyat nişanlı, “Lada Vesta” minik markalı avtomobilinin ban şüşələrində heç bir örtük yoxdur (həmin şəkil hadisə baş verən gün həmin yerdə çəkilmişdir. Həmin qərarın ləğv edilməsi və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək bildirdi ki, ona məxsus “Lada Vesta” markalı, **-OD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ban şüşələrində qadağan olunmuş örtük olmamışdır. Ona görə də Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X4 xx.xx.2023-cü il tarixdə saat 10:52-də Bakı şəhəri, Gülayə Qədirbəyova 1 ünvanında ”Lada Vesta” minik markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi nəticəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Bakı şəhər X6 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 342.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni 342.2.4-cü maddəsində qeyd edilən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X2 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Bakı şəhər X6 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 342.2.4-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X6 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar