Məhkəmə qərarları › İş №3(005)-3736/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3736/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3736/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, X16 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X10 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 555.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəmdə 2200 (iki min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, vətəndaş X8 27 may 2025-ci il tarixdə xəsarət alması ilə bağlı hadisə baş verən gün X14 Xidmətinə məlumat verilmədiyi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta, yəni “İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi'’ inzibati xətası törədildiyi qeyd olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar nəzərə alınmamışdır: 1. Qərarda vətəndaş X8 xəsarət alması qeyd edilmiş, lakin xəsarətin nədən ibarət olması, X8 hansı müəssisənin işçisi olması qeyd edilməmişdir. Bildirir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət X1 adlı şəxs çalışmır.

2. Həmçinin qərarın verilməsi üçün əsas olmuş 25 avqust 2025-ci il tarixli, MN ******* nömrəli protokolda da işçinin iş yeri və vəzifəsi barədə məlumat qeyd edilməmişdir. Əlavə olaraq protokolun tərtib edilməsi üçün əsas faktın "Respublika Təcili və X9 Mərkəzi” PHŞnin işçisi X6 27 may 2025-ci il tarixli məlumatı əsasında təsdiq edildiyi qeyd edilmişdir. 3. xx.xx.2025-ci il tarixdə qərar qəbul edilən zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 25 avqust 2025-ci il tarixli, 3-17-5/2-75794/2025 nömrəli bildirişinə uyğun olaraq xx.xx.2025-ci il tarixli MN2340766 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması üçün 04 sentyabr 2025-ci il tarixdə videokonfransda X14 Xidməti iştirak etməmişdir. Nəticə etibarilə, tərəf kimi hüquqlarımız pozulmuş, iş üzrə ətraflı araşdırma aparılmadan, sübutlarla tanış olunmadan və tərəf kimi dinlənilmədən qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, şikayətin əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Belə ki, işə götürən X16 olmasada, istehsalatda baş verən bədbəxt hadisə onun direktoru olduğu dövrdə olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxyaraq şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, elektorn kabinet vasitəsilə onun iştirakı olmadan işə baxılması ilə bağlı müraciət etmişdir. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan məhkəmə iclasına baxılmasını uyğun hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, vətəndaş X8 xx.xx.2025-ci il tarixdə xəsarət alınması ilə bağlı işəgötürən X16 tərəfindən hadisə baş verdiyi gün məlumatı X14 Xidmətinə verilmədiyi məlum olmuşdur. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin çağrı mərkəzinə edilən müraciətdən görünür ki, "X2 (FİN: 1QGCMAA) bildirir ki, Yasamal rayonu 1 saylı TTTYS-də "böyük həkim'" vəzifəsi üzrə çalışır. Qeyd edir ki, xx.xx.2025-ci il tarixində, saat 10:40 radələrində istehsalatda bədbəxt hadisə baş vermişdir. ünvan 1 ünvanında yerləşən 35 saylı məktəbə təmir səbəbi ilə köçürülən 151 saylı məktəbin təsərrüfat müdiri vəzifəsi üzrə çalışan əməkdaşı X12 (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA 3820527) əmək funksiyalarının icrası zamanı kənar şəxs tərəfindən fiziki şiddətə məruz qalmışdır. Hadisə baş və badən nahiyələrinin travması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 555.1-ci maddəsinə əsasən: İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə –min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar