Məhkəmə qərarları › İş №3(005)-3738/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3738/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3738/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu, A.Molla Cümə küçəsində **-BG-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4. və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə xx.xx.2023-cü il tarixli , İXP5821912 nömrəli protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhər DYPİ -nin polis mayoru X1 tərəfindən inzibati tənbeh vermə haqqında Qərar çıxarılmışdır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4. və 327.7-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəmdə 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bu qərar qeyriqanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir . Qərarda nömrəsi qeyd edilməmişdir.Onun protokol tərtib edilməsi və qərar qəbul edilməsindən məlumatı olmamışdır, şəxsi kabinetə yerləşdirilməmişdir. Ona görə də qeyri-qanuni və qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən X4 xx.xx.2023-cü il tarixdə **-BG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı avtomobili idarə edərkən Azərbaycan Resublikası İXM-nin 327.4-cü və 327.7-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulması səbəbilə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X2 İXM-nin 327.4-cü və 327.7-ci maddələri ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X4 barəsində xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-in 327.4-cü və 327.7-ci maddələri ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Bakı şəhəri X6 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İnzibati Xətalar Məcəlləsinin 327.4-cü və 327.7-ci maddələri ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar