Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3749/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Məmməd oğlunun iştirakları ilə, 12 04 1981-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balndin: kuçəsı, 42 ünvanında qeydiyyatda olan Şəxs Məmməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X1 Ruslan Məmməd oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə 28 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. 28 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Məmməd oğlu xx.xx.2022-ci il tarixdə və eləcə də digər tarixlərdə Nərimanov C.Hacıbəyli kücəsi 28 D - ünvanında yerləşən “Spar”mağazasından ümumilikdə 490 manat dəyərində xörək yağı oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X7 protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məmməd oğlu özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon. C.Hacıbəyli küçəsində yerləşən “Spar marketə girmiş, mağazada olan süd və yağ məhsulları bölümündən 1 ədəd dəyərini bilmədiyi Valio adlı yağı oradan götürərək əyninidə olan gödəkcəmin içərisinə qoyaraq mağazadan çıxmaq istəyən zaman mühafizəçi tərəfindən saxlanılmış və götürdüyü yağı geri qaytarmışdır. Həmçinin əvvəllərdə həmin mağazadan 4- dəfə , hər dəfəsində də eyni adlı bir kiloluq yağı oğurlamışdır. Maddi imkanının çox aşağı olması səbəbindən bu cür əməli törətmişdir. Himayəsində xəstə övladı var. Onun dərmanlarını almaq üçün maddi imkanı çatmadığından mağazadan oğurladığı malları bir nıəfər şəxsə verir o isə qarşılığında övladına lazım olan dərmanları verirmiş. Lakin törətdiyi əməldən çox peşmandır və gələcəkdə bir daha bu cür hallara yol verməyəcək. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X6 RPİ-nin 18-ci PŞ-nin rəisi cənab Bayram Alıyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, xx.xx.2022-ci ilcu il tarixdə vətəndaş ünvan 4 ünvanında yaşayan X4 18-ci PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə Baki şəhəri Nərimanov C.Hacıbəyli kücəsi28 D- ünvanında yerləşən “Spar”mağazasından dəyəri 490 manat olan yağın oğurlanması bildirmişdir. Qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barədə tərəfindən qərar qəbul edilmişdir. Hadisəni törədən xx.xx.1981.ci ildə Bakı şəhərində anadan olmıış ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Məmməd-Əli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş olunmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanımış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Məmməd-Əli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı hesab edir ki, Şəxs Məmməd oğlunun barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə, təqdim edilmiş sübutları tədqiq edərək bildirir ki, iş materiallarına əlavə edilmiş 26 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda şəxsin törətdiyi xətanın mağazada quraşdırılmış müşahidə kameralarında qeydə alınması göstərilsə də, məhkəməyə təqdim edilmiş materiallarda həmin görüntüləri əks etdirən sübut mövcud deyil. Bundan başqa, inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2022-ci il tarixdə və digər tarixlərdə xörək yağı oğurladığı qeyd edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda və zərərçəkmiş şəxs X2 izahatından görünür ki, Şəxs mağazadan dəyəri 20 manat olan yağı gödəkçəsinin iç cibinə qoymaqla oğurlamağa cəhd etmişdir. Qeyd edilən xüsusatla bağlı məhkəmə bildirir ki, inzibati xətalara dair qanunvericilik inzibati xətaya cəhdə görə məsuliyyət nəzərdə tutmur. Yalnız başa çatmış inzibati xəta inzibati məsuliyyətə səbəb ola bilər. Belə olan halda Şəxs 1 ədəd xörək yağını gödəkçəsinin iç cibinə qoyaraq mağazadan çıxmağa çalışarkən marketin mühafizəçisi tərəfindən saxlanılması, inzibati xətanın başa çatdırılmasına mane olmuş, bununla da inzibati xətanın obyektiv cəhəti Şəxs iradəsindən asılı olmayan səbəbdən başa çatmamışdır. Məhkəmə, həmçinin inzibati xəta haqqında protokolda və “cinayət işinin başlanmaısnın rədd edilməsi barədə” qərarda qeyd edilmiş Şəxs xx.xx.2022-ci il tarixdə və “digər tarixlərdə” oğurluq etməsi xüsusatına münasibət bildirərək göstərir ki, iş üzrə əhəmiyyət kəsb edən hallar obyektiv sübutların məcmusu ilə təsdiq edilməlidir. Həmin epizodlar üzrə əməlin törədildiyi vaxt, həmin vaxt hansı məhsulun oğurlanması, həmin əmlakın dəyəri və əməlin məhz Şəxs tərəfindən törədilməsi kimi əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Hazırki halda isə “digər tarixlərdə” anlayışı qeyri-müəyyən xarakter daşıyır və həmin tarixlərin əhatə etdiyi zaman kəsiyi, başqa sözlə, konkret hansı tarixlərin nəzərdə tutulması iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən davam edən inzibati xəta kimi talama epizodları üzrə tarixlərin müəyyən edilməməsi, həmin əməllərə dair məsuliyyətə cəlb etmə müddətinin nəzərə alınmasını mümkünsüz edir. Əlavə olaraq məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparmış şəxsin diqqətini cəlb edərək bildirir ki, talama əməlinin obyektinin dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni onun dəyərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis və ya ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 8-ci madddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs Məmməd oğlunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məmməd oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 28 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs Məmməd oğlu məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3749/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3749/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver