Məhkəmə qərarları › İş №3(005)-3756/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3756/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3756/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X5 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməməsi ilə bağlı borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 26 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 3686 manat dəyərində ehtiyat hissələri tələbkara qaytarılmalıdır. Borcludan vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat tələbkar X2 ödənilməlidir. Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməmiş və icra sənədi üzrə öhdəliyi təmin etməmişdir. Nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, tələbkara və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 26 noyabr 2024-cü il tarixli protokola əlavədə qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3154/2023-011 nömroli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar X1 şəxsi avtomobilinin arxa yük hissəsindən götürülmüş 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 066, 1 ədəd 600 manat dəyərində N52 beyin komplekti, 25 ədəd 400 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Porrıpa N62, 5 ədəd 150 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində Beyin MSV 70, 1 ədəd 600 manat dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenval, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat dəyərində avtomobil ehtiyat hissələri iddiaçıya qaytarılmalıdır. İddiaçı X2 məxsus cavabdeh “Energy Group" MMC- də saxlanılan 6 ədəd ev qapıları cavabdeh “Energy Group'’ MMC-dən alınaraq iddiaçı X2 qaytarılmalıdır. Cavabdeh “Energy Group" MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Məlum icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə məhkəməyə göndərilmişdir. İş üzrə tələbkar xx.xx.2023-cü il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borclu "xxxx" MMC tərəfindən ona yalnız 6 ədəd ev qapısının verildiyini, icra sənədində göstərilən heç bir ehtiyat hissəsinin həmin ünvanda olmadığını və olmayan ehtiyat hissələrinin əvəzində ona pul vəsaitinin verilməsini xahiş etmişdir. Həmçinin borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə ödənilən 1000 (bir min) manat məbləğində pul vəsaiti şöbənin depozit hesabına köçürülməmişdir. İş üzrə tələbkar X3 xx.xx.2024-cü il tarixdə ərizə ilə şöbəyə müraciət edərək ona da heç bir vəsait ödənilmədiyini, həmin ödəniş tapşırığının saxta olduğunu bildirmiş və borclu barəsində icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. İcra sənədinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin bank hesablarına müxtəlif tarixlərdə inkasso sərəncamları tətbiq edilmiş, lakin borclunun bank hesablarında pul vəsaiti olmadığından icra sənədi üzrə borc tələbi icra edilməmişdir. Borcludan dəfələrlə icra sənədinin tam icrası tələb olunsada tələbi təmin etməmişdir. Bununla da borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “Energy Group'' MMC ilə X4 arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə “Energy Group" MMC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı X1 şəxsi avtomobilinin arxa yük hissəsindən götürülmüş 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 066 1 ədəd 600 manat dəyərində N52 beyin komplekti, 25 ədəd 400 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Pompa N62, 5 ədəd 150 1 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində Beyin MSV 70, 1 ədəd 600 manat dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenval, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat dəyərində avtomobil ehtiyat hissələrinin iddiaçıya qaytarılması, iddiaçı X2 məxsus cavabdeh "xxxx"xxxx" MMC-dən alınaraq iddiaçı X2 qaytarılması, cavabdeh “Energy Group" MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 04 iyul 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, yuxarıda sadalanan icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədlərinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar