Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3759/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1983-cü il təvəllüdlü, evli, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan MR, Naxçıvan şəhəri Məhəllə 20A, ev 41-də qeydiyyatda olan vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 598.1.1, 598.1.2 və 598.1.6-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 598.1.1, 598.1.2 və 598.1.6-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Azərbaycan Respublikasmm Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində (QSC) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2024 -xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 protokolu müdafiə edərək Şəxs barəsində qanuna uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun tərtib edilməsinə etiraz etdiyini qeyd etmişdir. Belə ki, Protokolun tərtib edilmə müddəti qanunla müəyyən edilmiş müddətdən kənardır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməlidir. Bundan əlavə, həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Yalnız səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək uzadıla bilər. Halbuki, təqdim edilmiş materiallardan göründüyü kimi, inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. X4 tərəfindən MPAY MMC-də aparılmış planlı tematik yoxlama xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərini əhatə etmişdir. Belə olan halda, yoxlamanın başa çatmasından təxminən beş ay sonra protokolun tərtib edilməsi qanunla müəyyən edilmiş müddətlərin pozulmasıdır və bu, inzibati icraatın əsas prinsiplərinə ziddir. Qeyd edirik ki, MPAY MMC tərəfindən daha əvvəl Mərkəzi Banka təqdim edilmiş etirazda bu hallar ətraflı əsaslandırılmışdır. Lakin həmin arqumentlər nəzərə alınmadan və hüquqi qiymət verilmədən protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Yuxarıda göstərilən hüquqi və faktiki əsaslara istinad edərək, İnzibati xəta haqqında protokolun tərtib edilməsində İnzibati Xətalar Məcəlləsinin 101 və 102.5-ci maddələrinin tələblərinin pozulduğunu, və təqdim etdiyim əvvəlki etirazlarımın nəzərə alaraq, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 598.1.1, 598.1.2 və 598.1.6-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində (QSC) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2024 -xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1.1. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsmə qarşı mübarizə haqqında" (ƏL/TMM) 4.2-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasından əvvəl müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidir. "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydaların (MUT Qaydaları) 2.1-ci yarımbəndində öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onlarm səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə əldə edilməli olan mimunum məlumatlar qeyd edilmişdir. MUT Qaydalarının 7.1.1ci və 7.2-ci bəndlərinə görə əgər müştəri ilə ilk dəfə işgüzar münasibətlər qurulursa, bu Qaydalarm 7.1.1-ci, 7.1.2-ci, 7.1.3-cü və 7.1.7-ci yarımbəndlərində nəzərdə tutulmuş verifikasiya tədbirlərinin aparılması məcburidir.ƏL/TMM Qanununun 4.4.5-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində bu Qanunun 4.4.1- 4.4.4-cü maddələrində nəzərdə tutulmuş məlumatlar və sənədlər əsasında müştəri profilini yaratmalıdırlar. MUT Qaydalarının 3.1-ci bəndinə görə bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş məlumatlar müştəri profilinə daxil edilir və müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklər əsasında müştəri profili üzrə risk qrupu müəyyən edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC tərəfindən xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri arasmda 50.191 sayda müştərilərə münasibətdə MUT Qaydaları ilə nəzərdə tutulmuş zəruri məlumatlar əldə edilməmiş (MUT Qaydalarının 2.1.1.1 - 2.1.1.7-ci və 2.1.2ci yarımbəndləri üzrə), onlarla ilk dəfə işgüzar münasibətlər qurulan zaman gücləndirilmiş elektron imzadan istifadə edilməmiş, müştərinin təqdim etdiyi məlumatlar elektron məlumat bazalarından və ya müstəqil kənar mənbələrdən tam olaraq yoxlanılmamış (yalnız FİN, seriya nömrəsi), real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyası aparılmamış, həmçinin müştəri uyğunluğu tədbirləri çərçivəsində müştəri profili yaradılmamış, müştərinin hansı risk qrupuna aid edilməsi müəyyənləşdirilməmişdir dır (Yoxlama haqqında hesabat, səh 17-19). 1.2. "Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası"nın (MVEK MUT Qaydası) 3.1.4-cü yarımbəndinə görə emitent maliyyə institutu elektron köçürmələrdə, o cümlədən paket ödənişlərində vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VOEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasmda qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda) barədə məlumatların olmasını təmin edir. Həmçinin MVEK MUT Qaydasının 3.4-cü bəndinə görə emitent maliyyə institutu bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla elektron köçürmələr zamanı bu Qaydanm 3.1-ci bəndində göstərilən məlumatları elektron köçürmə zəncirində növbəti maliyyə institutuna ötürməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC emitent maliyyə institutu kimi çıxış etdiyi ölkədaxili elektron köçürmələrdə yuxarıda qeyd olunan məlumatlarm təmin olunmasını və benefisiar maliyyə institutuna ötürülməsini həyata keçirməmişdir. Belə ki, QSC-də yoxlama dövrü ərzində ümumilikdə 5,06 milyon manat həcmində 50.947 sayda əməliyyatla elektron pul kisələrindən bank kartlarına köçürmə zamanı vəsait alanın adını, soyadını, ata adını (şəxsiyyət vəsiqəsi olduqda) müştəridən əldə etməmiş və bu məlumatların elektron köçürülmə zəncirində ötürülməsi təmin edilməmişdir (Yoxlama haqqında hesabat, səh 23). 1.3. MVEK MUT Qaydasının 3.2-ci bəndinə görə emitent maliyyə institutu ölkədaxili və ya transsərhəd elektron köçürmədən öncə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 4.17-ci maddəsinin müddəaları nəzərə alınmaqla bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində ödəyici haqqmda nəzərdə tutulmuş məlumatları verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC-də məlumat və sənədlərin sığorta nüsxəsi yaradılmamış və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılmamışdır (Yoxlama haqqında hesabat. Səh 20). 2.4 DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC-nin daxili qaydalarmda şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarmm (indikatorlarm) müəyyən edilməsi (yenilənməsi) və meyarlar (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində MMX-ya təqdim edilməsi tələbi öz əksini tapmamış və MMX-ya göndərilməmişdir. 2.5 DNP-nin 2.7.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxs tərəfindən müəyyən edilmiş meyarların öhdəlik daşıyan şəxslərin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması, öhdəlik daşıyan şəxs üçün məhdudlaşdırıcı xarakterli olmaması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasma şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsində əsas istiqamətverici vasitə olması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC tərəfindən təsdiq edilmiş "Şübhəli əməliyyatların təhlil edilməsinə dair metodologiya"da müəyyən edilmiş meyarların Təşkilatın üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması tələbi müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 21). 2.6 DNP-nin 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC-nin daxili qaydalarında məsul şəxs və onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nın informasiya sistemində qeydiyyatdan keçirilməsi qaydası müəyyən edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 21). 2.7 DNP-nin 1.4-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq ƏL/TMM üzrə daxili nəzarət proqramı aşağıdakılardan ibarət olmalıdır: rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə müstəqil və effektiv riayət sisteminin təşkil edilməsi (1.4.2-ci yanmbənd). Bundan başqa, DNP-nin 3.1.4-cü yarımbəndinə görə komplayens sisteminin effektivliyi dedikdə, məsul şəxsin, həmçinin öhdəlik daşıyan şəxsin işçilərinin və struktur bölmələrinin qarşılıqlı fəaliyyəti nəticəsində daxili qayda, prosedur və nəzarət mexanizmlərinə uyğun olaraq şübhəli əməliyyatların (əqdlərin) vaxtında və təxirə salmadan aşkarlanması dayandırılması və bu barədə dolğun məlumat və sənədlərin MMX-ya ötürülməsi nəzərdə tutulur. Komplayens sisteminin effektivliyi, həmçinin MMX-nm öhdəlik daşıyan şəxsin geriyə məlumatlandırılması zamanı təqdim edilmiş şübhəli əməliyyat hesabatına dair verdiyi keyfiyyət kateqoriyası vasitəsilə müəyyənləşdirilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC-də leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə effektiv sistem qurulmamışdır. Məsul şəxsin, QSC-nin əməkdaşlarmm və struktur bölmələrinin qarşılıqlı fəaliyyəti nəticəsində daxili qayda, prosedur və nəzarət mexanizmlərinə uyğun olaraq şübhəli əməliyyatların (əqdlərin) vaxtında və təxirə salınmadan aşkarlanması, dayandırılması və bu barədə dolğun məlumat və sənədlər MMX-ya ötürülməsi təmin edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 20). 2.8 ƏL/TMM Qanununun 10.1.4-cü maddəsinə görə öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi barədə tədbirlər görməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlanılan dövr ərzində QSC-nin ƏL/TMM sahəsi üzrə çalışan əməkdaşları yoxlama dövrü ərzində davamlı olaraq təlimlərə cəlb edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 22). 2.9 ƏL/TMM Qanununun 10.1.4-cü maddəsinə görə öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsmdə mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi barədə tədbirlər görməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC-də yoxlamanın əhatə etdiyi dövr ərzində daxili nəzarət proqrammm səmərəliliyinin qiymətləndirməsi üzrə daxili audit yoxlamaları -yata keçirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 20). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini varadır. 3.1. ƏL/TMM Qanununun 8.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər yeni və inkişaf edən texnologiyalar vasitəsilə yaradılan işgüzar münasibətlərə və aparılan əməliyyatlara yüksək riskli münasibətlər və əməliyyatlar kimi yanaşmalı və bu münasibətlərin yaradılması və əməliyyatların həyata keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsiz tətbiq edilməsi üçün tədbirlər görməli və yeni texnologiyaların tətbiqinin risk qiymətləndirilməsi mexanizminə malik olmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC yeni texnologiyalar vasitəsilə yaradılan işgüzar münasibətləri və aparılan əməliyyatları ("W2C", "C2W", "W2W") yüksək riskli münasibətlər və əməliyyatlar kimi qiymətləndirməmiş, bu münasibətlərin yaradılması və əməliyyatların aparılması zamanı ƏL/TM risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər görməmişdir. Eyni zamanda, yeni texnologiyaların təhlükəsiz tətbiqi üçün QSC tərəfindən müvafiq tədbirlər həyata keçirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 19). 3.2. ƏL/TMM Qanununun 8.2-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər yeni texnologiyalar vasitəsilə yaradılan və ya onların tətbiqini nəzərdə tutan işgüzar münasibətlərin, məhsulların və aparılan əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC-də yeni texnologiyalar vasitəsilə yaradılan və ya onların tətbiqini nəzərdə tutan işgüzar münasibətlərin, məhsulların və aparılan əməliyyatlarm tənzimlənməsinə dair daxili qayda və prosedurlar mövcud olsa da, müştərilər ilə işgüzar münasibətlər zamanı ƏL/TM üzrə risklər müəyyənləşdirilməmiş (və ya tam olaraq müəyyənləşdirilməmiş), şübhəli əməliyyatlarm aşkarlanması üçün elektron nəzarət sistemi qurulmamış, məhsul və xidmətlərin tətbiqi zamanı mütəmadi olaraq qanunvericiliyin tələblərinin pozulmaması üçün önləyici tədbirlər olmamışdır (yalnız müştəri tərəfindən aparılan əməliyyatlardan sonra tətbiq edilmiş bir sıra limitlər, müştəriyə münasibətdə deyil, elektron pul kisəsinə münasibətdə tətbiq olunduğundan ƏL/TM risklərinin qarşısı tam alınmamışdır) (Yoxlama haqqında hesabat. Səh 19). 3.3. ƏL/TMM Qanununun 8.6-cı maddəsinə görə yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərinin tam tətbiqinə imkan vermirsə və ya müştərinin və benefisiar mülkiyyətçinin müəyyən edilməsində, eləcə də təqdim olunmuş məlumat və sənədlərin həqiqiliyinin yoxlanılmasında aradan qaldırılması mümkün olmayan şübhələr və ya uyğunsuzluqlar varsa, yeni texnologiyaların tətbiqindən imtina edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC-nin mobil tətbiqində müştəri uyğunluğu tədbirlərinin tam tətbiqinə şərait yaradılmamış, müştərilər müvafiq qaydada müəyyənləşdirilməmiş, habelə müştərilərdən ƏL/TMM Qanunun tələbi ilə məlumat və sənədlər tələb edilməmişdir və bunlara baxmayaraq tətbiqdən istifadə dayandırılmamışdır (Yoxlama haqqında hesabat. Səh 20).3-cü bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.6-cı maddəsinin tərkib əlamətlərini varadır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (50.209 sayda müştəri üzrə və 111.927 sayda əməliyyatlar üzrə), 598.1.2-ci və 598.1.6-cı maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Şəxs tərəfindən MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında xx.xx.2024 - xx.xx.2025ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentini Yoxlama Haqqında hesabatından görünür ki "xxxx" Qapalı Səhmdar Cəmiyyətində (QSC) xx.xx.2025 xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2024 -xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində ƏL/TMM Qanununun 11.3.2-ci maddəsinin, HMS Qanununun 5.1-ci və 5.5-ci maddələrinin və “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair” təlimatın (bundan sonra HMST təlimatı) 1.1-ci, 1.3-cü və 1.4-cü bəndlərinin tələblərinin pozulmasına səbəb ola biləcək risk faktorları aşkar edilmişdir. Beləliklə, müəyyən edilir ki, Şəxs maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə, maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə İXM-in 598.1.1, 598.1.2 və 598.1.6-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İXM-in 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; İXM-in 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İXM-in 598.1.6-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə –vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin "barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2 və 598.1.6-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qeyd olunan normaların məzmununa uyğun olaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi nəzərə alınmaqla 10.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-ci maddələri üzrə təqsirli bilinərək ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunsun və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 10.000 (on min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3759/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3759/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver