Məhkəmə qərarları › İş №3(005)-3766/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3766/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3766/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsindən daxil olmuş 00100-03181/23 nömrəli, 08 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 77XS926/99YC926 nömrəli nəqliyyat vasitəsiİə daxil olmuş və **********8332 sorğu nömrəli xx.xx.2023-cü il tarixli Gömrük Bəyannaməsi əsasında xx.xx.2023-cü il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 6.7 kq ərzaq məhsulları yüklərinin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Bakı Baş Gömrük idarəsinin əməkdaşları və anbardarın iştirakı ilə "xxxx" MMC tərəfindən **********8332 sorğu nömrəli, 21,07.2023-cü il tarixli gömrük bəyannaməsi ilə saxlanc gömrük prosedurunda yerləşdirilmiş yüklərə baxış keçirilmiş və yüklərin toxunulmaz və istifadəsiz olması barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsini nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Rəsmiləşdirmə Mərkəzinin 3-cü Şöbəsi tərəfindən verilmiş raportdan görünür ki, "xxxx" MMC tərəfindən **********8332 saylı GB-ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2023-cü il tarixində bitməsinə baxmayaraq malların digər gömrük prosedurı altında rəsmiləşdirilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC tərəfindən **********332 saylı GB-ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023-cü il tarixində başa çatsa da, "xxxx" MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi təmin edilməmişdir. Bununla da, "xxxx" MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar