Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3771/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X27 və onun vəkili Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X51 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X51 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X72 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X72 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X51 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X72 "X52'' MMC-nin Direktorudur. X51 Xidmətinin tərəfindən Babalı haqqında 14.08,2025-d İl tarixli ******* saylı Qərar çıxarılaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 469-1-ci maddəsi, üzrə 1.500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilmiş dir. Bu qərarın çıxarılmasına əsas kimi İ.Babalının cəmiyyətin rəhbəri (vəzifəli şəxsi) olaraq işçilərin İstehsalatda X103 peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirknəsi hallarından icbari sığorta haqqında" Qanuna əsasən müvafiq risklərdən İcbari qaydada sığorta, etməməsi gösterilmişdir. Halbuki, "X52" MMC uzun illərdir "xxxx" ASC ilə əməkdaşlıq edir və şirkətin işçiləri vaxtı-vaxtında həmin sığorta şirkətində sığortalanır. Qeyd edilməlidir ki, "X52" MMC ilə "xxxx" ASC arasında xx.xx.2025-ci il tarixdən qüvvədə olan sığorta müqaviləsi mövcuddur. Mübahisəli Qərar xx.xx.2025-ci il tarixində çıxarılmışdır və qararda göstərilən, işçilərin siyahısından məlum olur ki, həmin işçilər artıq xx.xx.2025-ci il tarixindən sığortalı idilər. Maddənin dizpozisiyasıdanda məlum olduğu kimi inzibati xətanın mövcud olması üçün icbari sığorta müqaviləsinin olmaması şərtdir. Lakin xx.xx.2025-ci il tarixdən sığorta müqaviləsi vardır. Bu halda DƏMX-nin hansı əsaslı qərar qəbul etməsi mümkün deyildir. Nəticə etibarı ilə DƏMX tam əsassız və qanusux olaraq İ.Babalını inzibatı məsuliyyətə cəlb edərək 1500 manat cərimələmişdir. Məhkəmə iclasında X72 şikayəti müdafiə edərək təmin olunmasını, DƏMX-nın MN № ******* nömrəli xx.xx.2025-ci il tarixli Qərarının ləğv edilməsi və X27 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X51 Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək şikayətin əsassız olduğunu bildirmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X51 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında adları qeyd edilmiş əməkdaşların barələrində aktiv icbari sığorta müqaviləsi olmadığını bildirmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X51 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X51 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, "X53" Məhdud Məsuliyyətli Cəmiyyəti İlə (Vöen: **********) X10, X11, X36, X60, X37, X3, X38, X28, X39, X21, X79, X61, X40, X73, X41, X62, X42, X12, X63, X64, X29, X13, X43, X30, X14, X65, X66, X44, X45, X31, X5, X46, X20, X32, X87, X15, X22, X47, X6, X23, X48, X16, X67, X17, X24, X33, X49, X18, X50, X2 İşçilərin İstehsalatda X103 X8 X59 X9 sığortalanmaması faktı aşkar edilmiş və İXM-nin 469-1-ci maddəsi ilə X72 təqsirli bilinərək barəsində1500 manat məbləğində cərimə tətbiq edilmişdir. **********0216 nömrəli, xx.xx.2025-ci il tarixli İstehsalatda X103 peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin X9 sığorta müqaviləsindən görünür ki, Meqa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti-nin İdarə Heyətinin sədri X26 Oğlu ilə "X53" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında «İstehsalatda X103 peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin X9 sığorta haqqında» müqavilə imzalanmışdır. Meqa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti-nin xx.xx.2025-ci il tarixli, 09/1632 saylı məktubundan görünür ki, Cəmiyyət ilə "X53" MMC arasında İstehsalatda X103 peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından xx.xx.2025-ci il tarixli, MH********** saylı icbari sığorta müqaviləsi mövcuddur. Sığorta müqaviləsi xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixinədək qüvvədədir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X72 təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən İstehsalatda X103 peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin X9 sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda X103 peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin X9 sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin maddəsinin qeyd hissəsinə əsasən Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla X27 əməlində qanunvericiliyin tələblərinin pozulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən müvafiq müəssisə ilə İstehsalatda X103 peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin X9 sığorta müqaviləsi imzalamışdır. Bundan başqa Meqa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti-nin xx.xx.2025-ci il tarixli, 09/1632 saylı məktubuna əsasən Cəmiyyət ilə "X53" MMC arasında İstehsalatda X103 peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından xx.xx.2025-ci il tarixli, MH********** saylı icbari sığorta müqaviləsi mövcud olması və həmin müqavilənin xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixinədək qüvvədə olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X51 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ilə X27 əməlində inzibati xəta tərkibinin olmamasını bir daha təsdiq edir. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X72 tərəfindən AR İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi və inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilməsi əsassızdır. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün X72 inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X51 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunsun. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3771/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3771/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver