Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3772/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 17:50 Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Şəxs narkotik vasitə qəbul etdiyi müəyyən olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə rəisi X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu ərazisində xidmət aparan zaman bir nəfər vətəndaşın özünü şübhəli apardığından və narkotik vasitə istifadə etməsində şübhəli olduğundan həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün Nərimanov RPİ-nin 17-ci PŞyə gətirilmişdir. Daha sonra müvafiq araşdırma başlanılmış və Şəxs qanunsuz olaraq saxladığı az miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs barəsində tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, təxminən 10 gün əvvəl yaşadığı küçədə yoldan narkotik vasitə olan qurudulmuş marixuananı tapmış və düşünmüşdür ki, ürəyindən keçəndə istifadə edər. Ona görə də narkotik vasitəni üzərində gəzdirmişdir. Belə ki, arabir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında mülki geyimli şəxslərin gəldiyini görüb polis əməkdaşları olduqlarından şübhənməklə yolunu dəyişdirib yayınmaq istəmişdir. Bu vaxt şəxslər onu saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, sonra isə onun şəxsiyyətini müəyyən etmək üçün suallar vermişlər. O, həmin vaxt aqressiv cavab verərək yayınmaq istədiyinə görə polis şöbəsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və bir ədəd bükümdə az miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Narkotik vasitəni son zamanlar istifadə etməyə başlamışdır. Qeyd olunanları nəzərə alınaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət hadisəsi olmadığından fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Şübhəli şəxsin tutulması haqqında 15 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 17:30 radələrində şübhəli şəxs kimi saxlanılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şəxs əynində olan qara rəngli idman şalvarının sol cibindən bir ədəd içərisində yaşıl rəngli qurudulmuş kütlə olan büküm aşkar edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/1208 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “…Quliyev” yazılar və imzalar olan zərfdə 1 ədəd siqaret sellofanı bükümündə təmiz çəkisi 0.35 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbsin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 17:30-dan hesablanmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin əvvəli 15 sentyabr 2025-ci il saat 17:30-dan hesablansın. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3772/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3772/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver