Məhkəmə qərarları › İş №3(005)-3774/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3774/2022

28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3774/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Razdan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri ikinci Alatava 26K ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN1059177 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi kimi Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6619/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Beləliklə, barəsində İXMnin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6619/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-nin üzərinə “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 25 fevral 2020-ci il tarixli 569 saylı müqavilə üzrə ödənilmiş 19106 manat məbləğində pul vəsatinin iddiaçı X2 qaytarılması öhdəliyi qoyulmuşdur. Qeyd olunan məhkəmə qərarı icra edilmədiyi üçün "xxxx" MMC-nin direktoru olan Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasınında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak etməmiş və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron məlumat yerləşdirərək səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasınında tələbkar iştirak etməmiş bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6619/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu "xxxx" MMC-nin üzərinə “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 25 fevral 2020-ci il tarixli 569 saylı müqavilə üzrə ödənilmiş 19106 manat məbləğində pul vəsatinin iddiaçı X2 qaytarılması qeyd olunmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarın və həmin tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, e259934/2021-15-18-003 nömrəli bildirişin surətindən görünür ki, borclu MMC-nin direktoru Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6619/21 saylı, 26.07.21-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, "xxxx" MMC-nin qeydiyyata qalındığı********** VÖEN-i aktiv statusundadır. “Elektron icra” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Şəxs "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.01.202-ci il tarixli 8(005)-46/2022 saylı qərardadı ilə "xxxx" MMC-yə məxsus “Nissan Qaşqai” minik markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarından aydın olur ki, "xxxx" MMC-nin direktoru Şəxs barəsində axtarış elan edilmişdir. "xxxx" MMC-nin direktoru Şəxs elektron qaydada təqdim etdiyi məllumatdan qeyd olunur ki, Şəxs xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin olunmuşdur. Məhkəmə qərarı ilə X2 ödənilməli olan borcun 1500 manat hissəsi icra məmurunun inkasso sərəncamı ilə tutularaq ödənilmişdir. "xxxx" MMC ləğv edildiyi üçün Əmanətlərin Sığortalanma Fondu tərəfindən bütün hesablar dondurulmuşdur. Bu səbəbdən ödəniş həyata keçirilə bilmir. "xxxx" MMC-dən əldə edilmiş 13 dekabr 2021-ci il tarixli məktubdan aydın olur ki, "xxxx" MMC-nin hesablarına göndərilən xx.xx.2021-ci il tarixli e259934/24 nömrəli inkasso sərəncamı qismən (1102.12 AZN) ödənilib. Qeyd olunanlar borclu vəzifəli şəxs tərəfindən icra sənədinə əsasən onun üzərinə qoyulan tələblərin tam icra olunmaması onun tərəfindən icra sənədinin üzrsüz səbəbdən və qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədi üzrə tələbləri qərəzli olaraq yerinə yetirməmişdir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar