Məhkəmə qərarları › İş №3(005)-3776/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3776/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3776/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyevin 27 noyabr 2023-cü il tarixli qərarından və 14 dekabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 17:02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ilə özünə məxsus idarə etdiyi “Toyota Carolla” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi zaman Dəmirçizadə küçəsinə çıxdığında yolun sağından avtomobilin gəlib-gəlməməsinə baxmış, avtomobilin gəlmədiyini gördükdə yola çıxdığı zaman Dəmirçizadə küçəsi ilə hərəkətdə olan “Toyota Carolla” markalı **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Toyota Carolla” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər xx.xx.1993-cü il təvəllüdlü sərnişin X5, xx.xx.2015-ci il təvəllüdlü sərnişin X3 yüngül bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 17:02 radələrində Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ilə özünə məxsus idarə etdiyi “Toyota Carolla” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi zaman Dəmirçizadə küçəsinə çıxdığında yolun sağından avtomobilin gəlib-gəlməməsinə baxmış, avtomobilin gəlmədiyini gördükdə yola çıxdığı zaman Dəmirçizadə küçəsi ilə hərəkətdə olan “Toyota Carolla” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu bildirmişdir. Bundan sonra hadisə yerində digər avtomobildə xəsarət alanlar üçün TTYS-na zəng edib çağırıb və TTYS-nm həkimləri gələrək onları KTM-ə aparmışdır. Bundan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman 15 km/saat sürətlə hərəkət etdiyini, spirtli içkili olmadığını, heç bir xəsarətinin olmadığı üçün MTE-dən keçmək istəmədiyini və avtomobilində heç bir sərnişin olmadığını bildirmişdir. bildirmişdir. X6 və X5 ilə barışdığını, onlara dəyən maddi ziyanı tam ödədiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacığını bildirmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı vətəndaş X6 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 17:02 radələrində Nərimanov rayonu, Dəmirçizadə küçəsi ilə yol vərəqəsi ilə idarə etdiyi “Toyota Carolla” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi zaman Dəmirçizadə küçəsi ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişməsində Əliəşrəf Əlizadə küçəsi ilə gələn “Toyota Carolla” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən onun hərəkətdə olan yoluna çıxaraq avtomobilini vurmuşdur. Hadiə zamanı avtomobildə olan həyat yoldaşı X5 və qızı X8 xəsarət almışdır və TTYS-nm həkimləri gələrək müayinə olunmaları üçün KTM-ə aparılmışdır. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman 40 km/saat sürətlə hərəkət etdiyini, spirtli içkili olmadığını, heç bir xəsarətinin olmadığı üçün MTE-dən keçmək istəmədiyini və hadisə baş verən zaman onun idarə etdiyi avtomobildə həyat yoldaşı X5 və qızı X8 olduğunu bildirmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş X5 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki. qeyd olunan tarixdə saat təxminən 17:02 radələrində həyat yoldaşı X6 idarə etdiyi “Toyota Carolla” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu zaman Nərimanov rayonu, Dəmirçizadə küçəsi ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişməsində Yol nəqliyyat hadisəsi baş verdiyində o, 2015-cı il təvəllüdlü qızı X8 ilə birlikdə xəsarət aldıqlarını və bundan sonra müayinə olunmaq üçün o və qızı Həcər KTM-ə getdiklərini bildirmişdir. O, verilən suallara cavab olaraq xəsarəti olduğu üçün MTE-dan keçmək istədiyini bildirmişdir. Araşdırma zamanı vətəndaş X8 verdiyi izahatında bildirmişdir ki, izahatının atası X2 iştirakı ilə alınmasına heç bir etirazı olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 17:02 radələrində atası X6 idarə etdiyi “Toyota Carolla” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu zaman Nərimanov rayonu, Dəmirçizadə küçəsi ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişməsində Yol nəqliyyat hadisəsi baş verdiyində anası Solmaz və o, xəsarət almışdır. Bundan sonra müayinə olunmaq üçün o və anası Solmaz KTM-ə getdiyini bildirmişdir. O, verilən suallara cavab olaraq xəsarəti olduğu üçün MTE-dan keçmək istədiyini bildirmişdir. Araşdırma zamanı vətəndaş X6 ərizəsində göstərmişdir ki, Şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanı tam ödədiyi üçün, azyaşlı qızı X9mada dəymiş maddi ziyanı tam ödədiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də bununla bağlı hər hansı bir şikayəti olmayacağını bildirmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş X5 ərizəsində göstərmişdir ki, Şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanı və xəstəxana xərclərini tam ödədiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də bununla bağlı hər hansı bir şikayəti olmayacağmı bildirmişdir. Araşdırma zamanı Şəxs ərizəsində göstərmişdir ki, X4, X9ma və X5 ilə barışdığını və onlara dəymiş maddi ziyanı və xəstəxana xərclərini tam ödədiyini bildirmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis polkovnik-leytenantı Zaur Axundov tərəfindən tərtib edilmiş HK 1№ 1243/102-0075 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:20-də, X6 “DİN”-nin XZM-nə məlumat verərək bildirdi ki, Təhsil Nazirliyinin yanında baş vermiş YNH-si zamanı 2 nəfər şəxsin xəsarət almsını olmasını bildirdi. 2/20379 nömrəli, 30 oktyabr 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1449 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər-alının cırılmış yarası küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1450 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər-burun sümüyünün yerdəyişməyən sınığı, alın və burun belinin cırılmış yarası, burun belinin şişkinli qançırı, sağ baldırın və sol dizin qançırları küt əşyanın belinin şişkinli qançırı, sağ baldırın və sol dizin qançırları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan X2 və X1 ərizəsindən görünür ki, onlar Şəxs ilə barışdığını, onlara dəyən maddi ziyanı tam ödəndiyini, onların Şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacığını bildirmişdirlər. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin (Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıb, onlara dəyən maddi ziyanın ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar