Məhkəmə qərarları › İş №3(005)-3778/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3778/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3778/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X6 iştirakları ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov Rayon Baş X16 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X7, X10 barəsində Nərimanov Rayon Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Nərimanov Rayon Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 03:50 radələrində Nərimanov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbi kimi qırmızı işıqda keçməsini səbəb göstərmişlər. Daha sonra inpektordan həmin iddanı təsdiq etmək üçün vizual görüntü tələb etsə də, heç bir sübut təqdim olunmamışdır. Daha sonra barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra post patrul xidməti çağırılmış və maşını duracağa aparmağa məcbur edilmişdir. Həmin vaxt maşında xanım müştəri olmuşdur. Polislərin çoxluğu və yaranmış güclü qorxu və həyəcan səbəbindən maşındaki xanımın əsəbləşməməsi və utanmaması üçün içkili olduğunu demiş və imza atmışdır. İmza atmağının səbəbi yaranmış olduğu təziq və vəziyyət xatirinə edilmiş məcburi davranış olmuşdur. Protokol tərtib edildikdən sonra Səhiyyə Nazirliyinin müvafiq Tibb Müəssəsinə müraciət edərək alko-test müayinəsindən keçmiş və tam ayıq olduğu rəsmi şəkildə təsdiq olunmuşdur. Odur ki, Nərimanov Rayon Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini və Nərimanov Rayon Polis Şöbəsi əməkdaşlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X10 şikayətə uyğun izahat verərək bildirmişdir ki, içkili vəziyyətdə olmamışdır. Yaranmış olan təzyiq və çətin vəziyyət ucbatından sərxoş olduğunu demişdir. Alko-testinin nəticəsinin təmiz olduğunu yəni tam ayıq vəziyyətdə olduğunu söyləmişdir. Barəsində tərtib olunmuş qərarın qanunsuz olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov Rayon Baş X16 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X4 Zaur Süleymanov oğlunun verdiyi şikayət ərizəsinin əssassız olduğunu bildirmiş və sərxoşluq vəziyyətini təsdiq edən çıxarışı məhkəməyə təqdim etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən tərtib olunmuş seriyalı İXP ******* nömrəli, xx.xx.2025-ci il il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X2 içki qəbul etdiyi və alqokolun miqdarı sərxoşluq vəziyyətini müəyyən edən cihazla 0,508% promil olduğu müəyyən edilmişdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X3 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətməsinin səbəbi kimi taksilər üçün dayanmağa şəraitin olmamasını bildirsə də, məhkəmə qeyd olunanları, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyünü və həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsitərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 329.3 və 333.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsitərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar