Məhkəmə qərarları › İş №3(005)-3779/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3779/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3779/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Nərimanov rayonu K.Rəhmov küçəsi 2-də kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 20 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində ünvan 1 ünvanında polis əməkdaşlarına nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru X5 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Koroğlu Rəhimov küçəsi Azərbaycan Dillər Universitetinin qarşısında piyada keçidində polis əməkdaşı xidməti vəzifəsinin icras zamanı bir nəfər şəxsin piyada keçidindən qanunsuz şəkildə yolu keçdiyini görmüş və bu barədə şəxsə bildirilmişdir. Bu zaman Şəxs polis əməkdaşını nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bundan sonra polis əməkdaşı ona yaxınlaşaraq saxlamaq istədikdə şəxs sonuncunu vurmuş, itələyib, tabe olmamış və Şuşa restoranı istiqamətində gedərək oraya daxil omuşdur. Lakin daha sonra saxlanılaraq şəxs barəsində protokol tərtib edərək polis idarəsinə aparılmışdır. Göstərilənlər nəzərə alınaraq Şəxs barəsində tərtib olunan protokol üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qeyd edilən ərazidə yolu keçərkən polis əməkdaşı tərəfindən ona heç bir əmr verilməmişdir. Yolu keçdikdən sonra ünvanına polis əməkdaşı tərəfindən ilk öncə təhqiramiz ifadə işlədilmiş, o da qarşılığında cavab vermişdir. Yoluna davam etmək istəyərkən polis əmkədaşı yolunu kəsmişdir və getməsinə icazə vermədiyi üçün ona əsəbləşmişdir. İlk növbədə polis əməkdaşı tərəfindən ona qarşı əl-qol atmış oda özünü qorumaq üçün qarşılıq vermişdir. Bundan sonra isə o, işlədiyi Şuşa restoranına getmişdir. Son olaraq 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını və ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhəkmə iclasında şahid qismində dindirilən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin bilavasitə tabe olan YPX Alayənən Müşayiət-eskort bölüyünü yol patrul xidməti baş inspektoru X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Koroğlu Rəhimov küçəsində Azərbaycan Dillər Universitetinin qarşısında piyada keçidində xidməti vəzifəsinin icrası zamanı bir nəfər şəxsin piayada keçidindən qanunsuz şəkildə yolu keçdiyini görmüş və bu barədə həmin şəxsə iradını bildirilmişdir. Bu zaman Şəxs onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bundan sonra o, qeyd edilən şəxsə yaxınlşaraq onu saxlamaq istədikdə şəxs ona tebe olmamış, təhqir edici ifadələr işlətməyə davam etmiş, döş nişanını qoparmış, əli ilə itələyib, vurmuş və qaçar addımlarla Şuşa restoranına daxil omuşdur. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati qaydada tutma haqqında” 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən DVD diskdən görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmamış və dəfələrlə polis əməkdaşını itələyərək ərazidən getməyə və polis əməkdaşının tələlərindən yayınmağa çalışmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Medalının Vəsiqə surətlərindən görünür ki, Şəxs X3 zamanı göstərmiş olduğu qəhrəmanlığı səbəbilə bir sıra medallarla təltif olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün qismən etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddələrinə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, barəsində protokol tərtib edilən Şəxs özünün qismən etirafedici ifadəsi, şahid ifadəsindən və məhkəmədə tədqiq edilən video görüntüdən də aydın olur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, ictimai qaydaya riayət etməsi barədə xəbərdar edilməsinə baxmayaraq mübahisəyə davam etmiş, polis əməkdaşının qanuni tələblərini icra etməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, İXM-nin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 19 dekabr 2023-cü il tarixdən saat 20:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar