Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-378/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, ARDNŞ-nin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ARDNŞ-nin Şəxs barəsində İXM-in 482.3-cü maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 00100-1571/20 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs (VÖEN **********1) Çexiyada fəaliyyət göstərən “Rig Supply and Services S.R.O.” şirkətinin tapşırığı ilə Özbəkistanda fəaliyyət göstərən “Uzkimyoimpeks” şirkətindən 4/E nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 28038065 nömrəli, 24583007 nömrəli, 24530255 nömrəli, 24370959 nömrəli, 24371379 nömrəli, 28351369 nömrəli vaqonlarda göndərilmiş yükləri Bakı Baş Gömrük İdarəsində xx.xx.2020-ci il tarixdə **********1097 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edərkən bəyannamədə malları “615” imtiyaz qeydi ilə idxal zamanı “0” dərəcəsi müəyyən edilən mal kimi bəyan etməli olduğu halda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1046 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin 5.1-ci bəndinin “a” yarımbəndinə əsasən mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə əsasən idxal edildikdə mənşə ilə bağlı preferensiya tətbiq edilməli olduğundan üçüncü ölkənin tapşrığı ilə malların idxalı zamanı Azad Ticarət ilə əlaqədar imtiyaz tətbiq edilməli olduğundan bəyannamənin 36-cı qrafasında buna hüququ olmamasına baxmayaraq “210” qeydi ilə imtiyaz müəyyən edərək mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(005)- 1814/2020 nömrəli qərarı ilə ARDNŞ-nin Şəxs İXM-in 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(103)-24/2021 nömrəli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(005)- 1814/2020 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarında olan 34/013/018912 nömrəli xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş idarəsindən daxil olmuş 1000- 154/150- 25/009410 nömrəli xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Özbəkistan Respublikasının gömrük xidmətinin təqdim etdiyi ixrac bəyannaməsinin qrafaları və həmin bəyannaməyə aid sənədlər xx.xx.2018-ci il tarixli **********1097 nömrəli bəyannaməsinin qrafaları ilə, həmçinin birgə təqdim edilmiş sənədlərlə uyğunluğu araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ixrac bəyannaməsinə əsasən Özbəkistan Respublikasında yerləşən OOO “Uzkimyoimpeks” şirkəti malları Çexiya Respublikasında qeydiyyatda olan “Rig Suplly and Services S.R.O” şirkətinə satmış, qeyd olunan şirkət isə öz növbəsində xx.xx.2017-ci il tarixli “KQ-RSS-05-2017” saylı müqaviləyə əsasən ARDNŞ-nin Şəxsnə satılmasını və təchizatını təmin etmişdir. Özbəkistan Respublikasına aid ixrac bəyannaməsində qeyd olunan malın invoys qiyməti Azərbaycan Respublikasında yerləşən rezidentə satış qiymətini deyil, Çexiyada yerləşən qeyrirezident şəxsə aid satış qiymətini əks etdirir və “FCA Dexkonobod” daşınma şərti ilə qeyd olunmuşdur (malın dəyərində daşınma və digər xərclər əlavə edilməmişdir). Azərbaycan Respublikasına aid gömrük bəyannaməsində bəyan olunan malın dəyəri, satıcı və ticarət edən Çexiyada yerləşən qeyri-rezidentdə aid olmaqla, “DAP Bakı” daşınma şərti ilə bəyan edilmiş və müqavilə şərtlərinə uyğun olaraq daşınma və digər xərclər malın dəyərinə əlavə edilmişdir. Bəyan olunan “kalium xlorid, kalium miqdarı 40%dən çox, lakin 62%-dən az” adlı malın dəyərinin araşdırılması zamanı məlum olmuşdur ki, Özbəkistan Respublikasına aid satış qiyməti həmin dövrdə birja qiymətlərinə nisbətən daha aşağı olmuşdur. Belə ki, malın orta qiyməti həmin dövr üzrə hər tonu 235 ABŞ dolları olduğu halda (illik orta qiyməti hər tonu 215 ABŞ dolları, istinadlar əlavə edilir), Özbəkistan tərəfi malı hər tonunu 140 ABŞ dollarına satmışdır. Çexiyada yerləşən şirkət isə Azərbaycan Respublikasında yerləşən alıcıya malın hər tonu 380 ABŞ dolları olmaqla satışını həyata keçirmişdir. Qeyd olunan qiymətin reallığa uyğun olmasına dair araşdırma zamanı malın daşınması zamanı 4 ayrı-ayrı daşıyıcıya ödəniş edilməsi nəzərə alınmalıdır. Çexiya Respublikasında qeydiyyatda olan “Rig Suplly and Services S.R.O” şirkəti Baxşıyev Sabir adlı fiziki şəxs tərəfindən təsis edilmiş və ünvanı ünvan 1 kimi qeyd edilmişdir (buna dair istinad veb səhifəsi əlavə olunur). Eyni zamanda xx.xx.2018-ci il tarixli **********1097 nömrəli gömrük bəyannaməsinin 36-cı qrafasının düzgün bəyan edilməməsi (“615” kodu əvəzinə “210” kodu qeyd olunub), həmçinin 44-cü qrafaya aid sənədlərin tam təqdim edilməməsi (ticarət edən ölkənin göndərən ölkədən fərqli olmasını nəzərə alaraq, malın dəyərinin ödənilməsi üçün təqdim edilmiş proformainvoysun əlavə edilməmişdir) kimi səhvlər aşkar edilmişdir. İş materiallarında olan (səh 14) **********1097 nömrəli gömrük bəyannaməsindən görünür ki, inzibati xəta haqqında protokolda sözügedən pozuntu xx xxxxxx 2018-ci il tarixdə baş vermişdir. Lakin iş materillarında olan (səh 54) 00100-1571/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol xx xxxxxxxx 2020-ci il tarixdə, yəni inzibati xətanın törədildiyi gündən 02 ildən artıq müddət keçdikdən sonra tərtib edilmiş və protokolda inzibati xətanın törədildiyi tarix yanlış, yəni xx xxxxxx 2020-ci il kimi göstərmişdir. İXM-in: 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir; 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsindəməlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq səlahiyyətli orqan prosessual pozuntuya yol verərək qanunvericiliklə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün müəyyən edilmiş müddətlərə riayət etmədən inzibati xətanın törədildiyi gündən 02 ildən artıq müddət keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə səlahiyyətli orqan inzibati xəta haqqında protokolun qanunvericiliklə həmin protokolun tərtib olunması üçün nəzərdə tutulmuş prosessual müddət pozulmaqla tərtib olunmasını, sözügedən protokolda inzibati xətanın törədilmə tarixinin yanlış göstərilməsini və inzibati xətanın törədildiyi gündən qanunla inzibati məsuliyyətə cəlb etmə müddətinin (01 il) keçməsini nəzərə alaraq, hesab edir ki, təqdim olunmuş sənədlər düzgün tərtib olunmamışdır, buna görə də inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109.1, 109.1.6 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-378/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-378/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver