Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3782/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, Nadir Rzazadənin 15 noyabr 2022-ci il tarixli qərarından və xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində etibarnamə əsasında idarə etdiyi Hyundai A 30 markalı ** KG *** dövlət nömrə nişanlı avtomobillə Nərimanov rayonu A.Neymətulla küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsin doğru iki tərəfli yolun bir zolağı ilə saatda 40 km sürətlə hərəkət edib sağ tərəfə dönmə əməliyyatını edən zaman ehtiyatsızlıq edərək onunla eyni istiqamətdə hərəkədə olan sürücü X1 idarə etdiyi Nama 48 markalı mopedlə toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/25949 nömrəli, xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AC 096802 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücüdür; Təhqiqat araşdırması zamanı izahatı alınmış X4 göstərmişdir ki, xx.xx.2022- ci il tarixdə saat təxminən 20:30 radələrində o idarə etdiyi Nama 48 markalı mopedlə Nərimanov r-nu Y.V.Çəmənzəminli küçəsindən A.Neymətulla küçəsi ilə üzü F.X.Xoyski küçəsi ilə olan kəsişməyə doğru iki tərəfli yolun bir zolağı ilə saatda 15-20 km sürətlə hərəkət etmişdir.Onunla eyni istiqamətlə sol tərəfi ilə ondan təxminən 3-4 metr irəlidə Flyundai markalı avtomobili görmüş və ona maneə yaratmamışdır.Qəfltən həmin avtomobil xəbərdaredici işığını yandırmayıb sağ tərəfə manevr etmiş və o dərhal əyləcdən istifadə etsədə mopedin sol tərəfi ilə həmin avtomobilin sağ arxa qanad tərəfin daha sonra mopedi asfalta düşüb sürüşüb onu sağ qabaq qapısının alt hissəsi ilə toqquşmuşdu.Nəticədə o sol əlindən xəsarət almışdır. Həmin sürücü maşını saxlayıb düşüb ona köməklik edib maşınına əyləşdirib xəstəxanaya onu aparmışdır. Həmin sürücü sağ yan güzgüsü ilə onu görmək üçün heç bir məhdudiyyəti yox idi. Mopedinin həmçinin qabaq işığıda yanmışdır.Başına dəbilqə qoymamışdır.Mopedinə ziyan dəyib özüdə xəsarət almışdır. Araşdırma müddətində izahatı alınmış Şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:30 radələrində o etibarnamə əsasında idarə etdiyi Hyundai A 30 markalı ** KG *** dövlət nömrə nişanlı avtomobillə Nərimanov r-nu Ə.Rəcəbli küçəsindən Şəki dairəsi adlanan yerdən Y.V.Çəmənzəminli küçəsinə dönüb bir qədər hərəkət edib sağ tərəfə dönüb A.Neymətulla küçəsi ilə üzü F.X.Xoyski küçəsi ilə olan kəsişməyə doğru iki tərəfli yolun bir zolağı ilə saatda 40 km sürətlə hərəkət edib sağ tərəfdə olan parklanma yerində avtomobilini saxlamaq istəyərkən sağ tərəfə dönmə əməliyyatını edən zaman qəflətən görmədiyi halda avtomobilinin sağ arxa hissəsindən bərk səs eşitmişdir.Maşının içindən baxdıqda o mopedlə toqquşmasını görmüşdür.Moped onunla eyni istiqamətlə onun sağ tərəfi ilə hərəkət etmişdir.O maşından düşüb ona köməklik etmiş və onu maşınına əyləşdirib xəstəxanaya aparmış və ona köməklik göstərmişdir.O sadəcə olaraq sağa dönmə əməliyyatını edərkən sağ tərəfini gözləməli idi. Hadisə zamanı avtomaşınında sağ qabaq oturacaqda dostu Samir adlı şəxs əyləşmişdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1138 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X2 aşkar edilmiş xəsarətlər-sol əlin V barmavğının dırnaq falanqasının çıxığı ilə müşayiət olunan yumşaq toxumalarpının şikşinlik halında əzilməsi- qançırı, sol əlin ovuc səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3782/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3782/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver