Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3783/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi İnzibati protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 şikayət vermiş şəxs X1 nümayəndəsi Heydari Alınin iştirakı ilə, X1 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X2 qəbul etdiyi “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarı ilə o Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək,avtomobil almaq məqsədilə göndərdiyi, lakin Cinayətkarlar tərəfindən ələ keçirilərək mənimsənilmiş 32.990,01 Avronun 10 faizi həcmində-yəni 3.299.00 Avro məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X2 qəbul etdiyi “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarı qanunsuz və əsassızdır, qərarda qeyd olunanlarla əlaqədar nə inzubati xəta hadisəsi, nə də ki əməlimdə inzibati xəta tərkibi olmadığından həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir və həmin inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankına da rəsmi qaydada bildirdiyi kimi, avtomobil almaq məqsədilə xx.xx.2020-ci il tarixdə X6 AG şirkətinin İBAN GB61TSBS**********5588 hesab nömrəsinə 32.990,01 EUR vəsaiti X13 X11 filialından köçürmüşdür. Lakin sonradan avtomobilin göndərilməsi ilə maraqlandıqda məlum olmuşdur ki, göndərdiyi qeyd olunan pul vəsaiti X6 AG şirkətinin deyil, X9 AG şirkətinin hesabına daxil olmuşdur. Bankın təşəbbüsü ilə ad düzəlişi ilə əlaqədar pul hesaba oturmadığı üçün xx.xx.2020ci il tarixdə ad düzəlişi etmişlər, lakin məlum olmuşdur ki, həmin vəsait xx.xx.2020-ci il tarixdə X9 AG şirkətinin hesabına daxil olmuşdur. O, X6 AG şirkətindən avtomobil almaq istədiyimi bildirdiyi halda, bank tərəfindən vəsait bank sənədində qeyd edildiyi kimi guya X9 AG şirkətinin hesabına göndərilmişdir. O, qeyd olunan vəsaiti avtomobil almaq üçün göndərərkən banka bildirmişdir ki, göstərilən hesab Mersedes Benz AG şirkətinin hesabıdırsa pul köçürülsün. Bankda isə ona bildirilmişdir ki, hesab Mersedes Benz AG şirkətinin hesabıdır və Mersedeslə əlaqədar hər hansı bir problemin olmayacağına inanaraq və həmin hesabın Mersedes Benz AG şirkətinin hesabı olduğunu bank da bildirdikdən sonra pulu avtomibil almaq üçün göndərmişdir. Bank tərəfindən ona verilmiş ödəniş sənədində vəsaitin X4 AG şirkətinin hesabına oturduğu göstərilmişdir. Lakin almaq istədiyi avtomobil göndərilmədiyi üçün maraqlandıqda məlum olmuşdur ki, həmin vəsait ümumiyyətlə Mersedes Benz AG şirkətinin hesabına daxil olmamışdır. Məlum olmuşdur ki, qeyd olunan vəsait xakerlər tərəfindən hesab nömrəsi dəyişdirilərək başqa hesaba daxil edilmişdir və mənimsənilmişdir. Göndərilmiş pul vəsaitinin geri alınması üçün dəfələrlə “X14 Azərbaycan" QSC-nə rəsmi qaydada müraciət etsələr də, nəticəsi olmamışdır. Bundan sonra vəsaitin geri alınmasın köməklik göstərilməsi xahişi ilə Azərbaycan Respublikası Mərkəzi Bankına xx.xx.2021-ci il tarixdə rəsmi qaydada ərizə ilə müraciət etmiş, həmin məktuba Mərkəzi Bank tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 26-00792- 2021 nömrəli cavab məktubunda bildirilmişdir ki, müraciətilə əlaqədar araşdırma aparılır, nəticəsi baradə ona məlumat veriləcəkdir. Lakin bununla əlaqədar heç bir köməklik göstərilməmiş və həmin vəsaitin təqsirkar Bank tərəfindən onlara ödənilməsi üçun Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış, lakin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bununla əlaqədar külli miqdarda pulunun mənimsənildiyi üçün Hüquq Mühafizə orqanlarına da rəsmi qaydada müraciət olunmuşdur. Ordan da bir nəticə olmamışdır. Bütün yuxarıda qeyd olunan müraciətlərlə əlaqədar sənədləri şikayətinə əlavə edərək bir daha bildirmişdir ki, onun tərəfindən göndərilən məbləğ kimlərsə tərəfindən mənimsənilmişdir, oğurlanmışdır, nə bank tərərfındən nə də hüquq mühafızə orqanları tərəfindən həmin məbləğin geri qaytarılması təmin edilməmişdir. Yuxarıda istinad olunan sənədlərdən də görünür ki,göndərilmiş 32990,01 Avro məbləğində pulumuzun faktiki olaraq oğurlanaraq mənimsənildiyi üçün nə avtomobil alınmamışdır nə də ki, həmin məbləğ geri qaytarılmamışdır. Ona görə də hesab edir ki, yuxarıda qeyd olunanlar həmin əməliyyatla əlaqədar onun tərəfindən hər hansı bir inzibati xəta törədilməsi tam istisna edilir. Şikayət vermiş şəxs X1 nümayəndəsi Heydari Alı bildirmişdir ki, X1 xaricə köçürdüyü vəsait xakkerlər tərəfindən oğurlanmış və bu səbəbdən lazimi hesaba oturmamışdır. Nəticədə alqı-satqı predmetinin də əldə edilməsi mümkün olmamışdır. Göstərilən məsələdə X1 təqsirkar olmadığını, onun aldandığını və maddi zərərlə üzləşməsini nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş orqanın nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iki il öncə 32990,01 Avro məbləğində pul vəsaiti xaricə köçürülmüş, lakin bu müddət ərzində həmin valyuta vəsaiti ölkəyə idxal edilməmiş, bu səbəbdən hesab edirlər ki, tərtib edilmiş inzibati tənbek vermə haqqında qərar əsaslıdır və şikayətin təmin edilməsinə heç bir əsas yoxdur. Bundan əlavə şikayət vermiş şəxsin ərizəsində göstərdiyi hallara dair, yəni onun aldadılmasına dair hər hansı sübut, istintaq orqanının qərarı onlara təqdim edilmədiyindən bu halın araşdırılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X5 32990.01 Avro məbləğində vəsaiti 23 sentyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 32990.01 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Qeyd edilən protokol əsasında xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X7 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən görünür ki, avtomobil almaq məqsədilə göndərilmiş 32.990,01 Avro məbləğində pul faktiki olaraq mənimsənilmişdir. Buna görə də həmin əməliyyat üzrə hər hansı bir inzibati xəta törədilməsi və həmin əməliyyatla əlaqədar onun əməlimdə hər hansı bir inzibati xəta tərkibinin olub-olmaması məsələsinin yenidən araşdırılmasına zərurət vardır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X5 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılmalıdır. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X5 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X5 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3783/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3783/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver